Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


08.11.2012


Dövlət proqramdan yan keçdilər?

Ölkə prezidenti cənab İlham Əliyev 3 iyul 2007-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramını" təstiq etmişdir. Bu roqramın yerinə yetirilməsi müddəti 2012-ci ilin iyun ayında başa çatmışdır. Lakin bu müddət ərzində proqramın əsas istiqamətlərindən heç biri: peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin məzmununun müasir tələblərə uyğun yeniləşdirilməsi və kadr hazırlığının müasir dövrün tələblərinə uyğun formalaşdırılması yerinə yetirilməmişdir.
Televiziya verilişlərinin birində iştirak edərkən  Təhsil Naziri Misir Mərdanov qeyd etdi ki, texniki peşə təhsilinin inkişafı üzrə bu Dövlət Proqramının qərarları üzərində işləyirik və nəyi çatdırarıq onu da edərik. Amma texniki peşə təhsilinin inkişafı üzrə yeni proqramını qəbul etmək qaçılmazdır. Həyat göstərdi ki, Təhsil Nazirliyi bu proqram da daxil olmaqla texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş bütün proqramlardan yan keçirlər. Amma onlardan cəmiyyəti azdırmaq üçün istifadə edirlər, güya sistemin təkmilləşdirilməsində daha yüksək mərhələyə keçirlər. Bu, bir neçə səbəbdən baş verir. Birincisi, Texniki peşə məktəblərinin inkişafı üzrə cavabdeh olan yuxarı təşikilatlar – kuratorlalar orada işlərin real vəziyyətini öyrənməyə maraq göstərmirlər, texniki peşə təhsili sisteminin dağılmasının davam etməsinə hamılıqla göz yumyrlar. Təhsil nazirliyinin özündə isə peşə məktəblərinə yuxarıdan aşağı baxırlar, ögey münasibət bəsləyirlər. Bunu bu təsisatın fəaliyyəti dövründə bütün bu illər ərzində bir-birini əvəzləyən dörd nazir müavinlərinin – texniki peşə təhsili kuratorlarının heç birinin heç vaxt texniki peşə təhsilinin problemləri ilə məşğul olmaması faktı bir daha tədtiq edir. Təhsil Nazirliyinin rəhbərliyi onun problemləri ilə məşğyl olmaq həvəsində olmayarq bunu texniki peşə təhsili şöbəsinin öhtəsinə buraxıb. Bu şöbənin məmurları isə texniki peşə məktəblərində işlərin vəziyyəti barədə heç bir məsuliyyət hiss etmirlər və onun ən mühüm vəzifələrinin yerinə yetirilməsində faktiki olaraq özlərini qırağa çəkiblər.
Fəhlə kadrları hazırlayan sistemdəki böhran vəziyyət ictimaiyyətdən gizlədilir, oradakı işlərin real durumu haqqında hansısa bir informasiya sızmasının qarşısı alınır. Bununla belə rəhbərlər, təhsil təsisatının məmurları KİV-də öz çıxışlarını yumuşaq desək, fantaziyalar əsasında qururlar ki, güya fəhlə kadrlarınin hazırlanması müvəffəqiyyətlə həyata keçirilir. Kütlənin məlumatsız hissəsi buna inana bilər, amma mütəxəssisləri beləcə asacnlıqla tovlaya bilməzsən.
Bakı texniki peşə təhsili mütəxəssislərinin təşəbbüs qrupunun etdiyi texniki peşə məktəblərinin fəaliyyətinin hər ilki təhlilində qeyd olunur ki, bu proqramda göstərilən əsas istiqamətləri yerinə yetirmək üçün Təhsil nazirliyi tərəfindən heç nə edilmir. Bunlar respublika KİV-ində dərc olunmuş məqalələrdə öz əksini tapmışdır. Burada həmin proqramı yerinə yetirmək üçün ayrılmış vaxt ərzində sahənin fəaliyyətinin və proqramın əsas prioritetlərinin yerinə yetirilməməsinin səbəblərinin təhlili təqdim olunur.
 Buyurun, bu da Dövlət Proqramının əsas istiqamərlərindən birinin - peşə təhsilinin ictimai statusunun yüksəldilməsi işindəki vəziyyətin təhlili.
Məlundur ki, texniki peşə məktəbləri tədris istehsalat ocağıdır zira, öz spesifikasına görə ikili xarakter daşıyır. Təhsilin tərkib hissəsi olmaqla yanaşı həm də məhsul istehsalçısı qismində çıxış edərək iqtisadiyyat kompleksinin bəndlərindən biridir. Orada proses bu cür sxemlə həyata keçirilməlidir: öyrənərək istehsal et, gəlir götür. Bunu şagirdlərin istehsalat təliminin təşliki zamanı məhsul hazırlanması prosesində həyata keçirmək mümkündür. Zira onun satışından əldə edilən gəlirin səviyyəsi onların tədris proqramını mənimsəməsindən, deməli fəhlə peşəsinə yiyələnməsinin səviyyəsindən ibarətdir. Lakin texniki peşə məktəbləri bunu yalnız tərəfdaş müəssisələrlə korporativ şəkildə birləşdikdə lazımi səviyyədə təşkil edə bilərlər.
Texniki peşə təhsili sistemi fəaliyyətə başladığı gündən şagirdlərin istehsalat təliminin alternativsiz modelidir budur. Peşə təhsili sistemi Təhsil nazirliyinin tərkibində fəaliyyəti dövründə bu model ləğv edildi. Həmin dövrdən şagirdlərin istehsalat təlimi prosesinin imitasiyası gedir, anomal forma alıb. Onlar istehsalat təlimi prosesi zamanı ictimai-faydalı əməyə cəlb olunmadıqlarından bütün tədris müddətində fəhlə peşəsinə yiyələnə bilmirlər. Keçən beş il ərzində şagirdlərin peşə hazırlığı prosesini böhrandan çıxarmaq üçün nəinki heç nə edilməmişdir, əksinə daha da dərinləşmişdir. Texniki peşə məktəblərinin şagirdlərin istehsalat təlimi prosesini təşkil etmək qabliyətinə malik olmadığına görə ora qəbul olmaq istəyənlərin sayı kıskin azalmışdır. Məsələm, iqtisadiyyatın sənaye sahəsi üçün fəhlə kadrları, tornaçı, elektrik, mexanik hazırlığı dayandırılmışdır.
Prezident İlham Əliyev respublika gənclərlərinin nümayəndələri ilə görüşündə ölkəmizin iqtisadi potensialının yüksək dinamika ilə inkişaf etməsini qeyd etdi. Yaradılan və istismsra verilən mütərəqqi texnologiyaya malik müasir sənaye müəssisələri paralel olaraq texniki peşə təhsili sistemindən zəruri ixtisaslara malik müasir peşəkar kadrların hazırlanmasını tələb edir. Bu vəzifənin texniki peşə təhsili sisteminin qarşısında qoyulduğunu nəzərə alaraq o, Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi üzrə çoxlu işlərin görülməsinin zəruriliyini qeyd etdi və bu sahədə atılacaq addımlar haqda göstərişlər verdi. Lakin, yuxarıda qeyd onunanlardan görünür ki, texniki peşə məktəbləri Təhsil nazirliyinin tərkibində göstərilən müəssisələr üçün zəruri ixtisaslara malik fəhlə kadrları hazırlamaq bacarığında deyil. Onlar bu müəssisələrdə xarici işçi qüvvəsini əvəz edib respublika prezidentinin qarşıya qoyduğu vəzifəni yerinə yetirə bilməzlər. Ona görə ki, tikinti, neftayırma, neftçıxarma, elektrik-maşınqayırması, yüngül, yeyinti sənayesi və s. sahələr üçün ixtisaslı fəhlə kadrları hazırlayan keçmiş ixtisaslaşdırılmış peşə məktəblərinin çoxu Təhsil nazirliyinin tərkibinə qatılandan sonra ləğv edilmiş, fəaliyyət göstərənlərin isə maddi-texniki bazası dağıdılmışdır. Onlar necə deyərlər, "əsli-nəsəbi" olmayan müəssisələrə, başqa sözlə "mutant peşə məktəblərinə" çevriliblər. Onların əksəriyyətini dövlət tərəfindən müəyyənləşdirilən iqtisadiyyatın bu və ya digər sahəsi üçün lazım olan ixtisaslı fəhlə kadrlarının hazırlanmasını təmin etməyi bacarmayan direktorlar faktiki olaraq ozəlləşdiriblər (oxu özününküləşdiriblər). Onlar əmək bazarınin tələbatını nəzərə almırlar və istehsalat təlimi prosesini tam şəkildə təşkil edə biləcək  lazımi maddi-texniki bazanın yoxlyğu şəraitində özləri bildikləri kimi tələbə qəbulu həyata keçirirlər. Texniki peşə məktəblərinin özündə şagirdlərin tədris proqramını yerinə yetirməsinə, onların fəhlə peşəsinə yiyələnməsinə imkan verə biləcək istehsalat təlimi prosesini təşkil etməyi bacarmayan məmurlar iddia edirlər ki, bu proses güya müəssisələrdə həyata keçirilir. Bu belədirmi? Bazar iqtisadiyyatı şəraitində texniki peşə məktəbləri ilə müəssisələr arasındakı münasibərlər fərqlidir. Reallıq belədir: əgər sosialist iqtisadiyyaı şəraitində müəssisə (baza müəssisəsi) şagirdlərin istehsalat təlimi prosesinin təşkilində müəyyən məsuliyyət daşıyırdılarsa, bazar iqtisadiyyatı şəraitində əksər müəssisələr, biznes strukturları öz obyektlərində peçə məktəbi şagirdlərini xilas etməyi (təhsillərini axıra çatdırmağı) öhtələrinə götürmürlər.
Hazırkı dövrdə texniki peşə məktəbləri ilə müəssisələrin birgə fəaliyyəti yalnız iqtisadi cəhətdən qarşılıqlı mənfəət əsasənda mümkündür. Bu peşə məktəbinin bazasında olmalıdır. Məsələn, onların sifarişi ilə şagirdlər tərəfindən məhsullar istehsal edilən və müəssisələrin özləri tərəfindən avadanlıqlarla təchiz edilmiş peşə məktəblərinin təlim emalatxanarı müəssisələrin filialları kimi istifadə oluna bilər. Bu zaman istehsalçılar, şagirdlərin istehsalat təliminə çəkilən xərclərin bir hissəsini odəməklə, fəhlə kadrlarının hazırlanmasına təsir edir. İndiki vaxtda bu, peşə məktəbləri ilə müəssisələrin fəhlə kadrları hazırlanması üzrə birgə fəaliyyətinin ən məqbul modelidir. Məsələn, Bakıda təsərrüfat hesablı texniki peşə təhsili tədris-istehsalat birliyinin fəaliyyəti dövründə də belə olub. Bu gün isə yuxarıda qeyd olunduğu kimi peşə məktəblərinin təlim emalatxanalarında sagirdlərin istehsalat təlimi prosesinin imitasiyası gedir, onlar ictimai-faydalı əməyə cəlb ilunmurlar. Buna görədir ki, müəssisələr, biznes strukturları texniki peşə məktəbləri ilə birgə fəaiyyəri dayandırıblar.
Peşə məktəbləri şagirdlərinin peşə hazırlığı işə göturənləri qane etmədiyi üçün onları istehsalata buraxmırlar. İxtisaslı fəhlə kadrlarının çatışmazlığından daim problrmlər yaşayan əksər müəssisələr, biznes strukturları fəhlə kadrları hazırlamaq üçün peşə mıktəblərinə sifariş vermirlər. Onlar bilirlər ki, peşə məktəbləri şagirdləri lazımi səviyyədə peşə təhsili ilə təmin etməyə qadir deyillər. Bu gün texniki peşə təhsili tədris ocaqları öz həyatlarını, müəssisələr öz həyatlarını yaşayırlar, onların yolları kəsişmir. Budumu, Təhsil Nazirliyi tərəfindən peşə təhsilinin ictimai statusunun yüksəldilməsi?
İndi də bu proqramın digər priaritetinin - yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsinin taleyi haqda.
   Texniki-peşə təhsili tədris ocaqlarının əsası qoyulduğu gündən büdcələri dövlət büdcəsinin vəsaiti ilə yanaşı, həm də özlərinin, birinci növbədə şagirdlərin istehsalat təlimi prosesi zamanı əmək fəaliyyətindən əldə etdikləri gəirlərin hesabına formalaşdırılırdı. Bazar iqtisadiyyatı şəraitində bunu lazımi səviyyədə təşkil etmək yalnız təsərrüfat hesablı münasibətləri tətbiq etməklə - öz möhür və bankda hesablama hesabına malik peşə məktəblərinin partnyor və köməkçilərini - hüquqi ststuslu texpeşə müəssisələrini yaratmaqla mümkündür. Təsərrüfat hesablı texniki peşə təhsili tədris-istehsalat birliyi – texniki peşə məktəblərini idarə edən ictimai-dövlət idarəetmə struktu məhz bu cür modeli tərənnüm etdirirdi.
Texniki peşə məktəbləri qazanmalıdırlar, onların bazar iqtisadiyyatı şəraitində müvəffəqiyyətlə fəaliyyət göstərmələri bundan asılıdır. Bu isə bir şərtlə mümkündür, əgər onlar fəhlə kadrları hazırlayan sistemin bir bəndi olaraq tədris-istehsalat sahəsi kimi - tədris prosesini birlikdə həyata keçirən peşə məktəbləri ilə təsərrüfat hesablı tərəfdaş müəssisələrin korporativ birliyi kimi fəaliyyər göstərəcəklərsə. Təsərrüfat hesablı texniki peşə təhsili tədris-istehsalat birliyi – texniki peşə məktəblərini idarə edən ictimai-dövlət idarəetmə struktu məhz bu cür modeli tərənnüm etdirirdi.
Belə bir struktur peşə məktəblərinə imkan verir ki, öz gəlirləri hesabına (dövlət büdcəsinin vəsaiti ilə yanaşı) özünümaliyə və təsərrüfat hesabı prinsirpi əsasında şagirdlərin istehsalat fəaliyyərini təşkil etməklə büdcələrini formalaşdırsınlar. Təhsil müddətində şagirdlərin əmək haqlarının, mühəndis-pedoqoji işçilərinin aylıq maaşlarına əlavələrin ödənilməsi təmin edilir. Peşə məktəblərinin gəlirləri onu idarə edən aparata öz fəaliyyətini təsərrüfat hesablı münasibətlər və iqtisadi maraqlar prinsipləri əsasında qurmağa imkan yaradır. O, texniki peşə məktəbləri, texpeşə və başqa təsərrüfat hesablı müəssisələrlə bağlanmış müqavilələr əsasında yerinə yetirdikləri işlərdən əldə etdikləri vəsaitlərin hesabına fəaliyyət göstərir.
Bu model texniki peşə təhsili mütəxəssisləri tərəfindən sahənin fəaliyyətini sosialist iqtisadiyyarından bazar iqtisadiyyarına mərhələli şəkildə keçməsi məqsədi ilə yaradılmışdır. Texniki peşə məktəblərini idarə edən bu cür alternativsisz idarəetmə strukturu Bakıda da fəaliyyət göstərirdi. Lakin Təhsil nazirliyinin məmurları onun mahiyyətini başa dümədilər, bu səbəbdən də onu ləğv elədilər.
Həmin vaxtlardan şagirdlərin istehsalat təlimi dövlət büdcəsinin cüzi vəsaiti hesabına həyata keçirilidiyinə görə bu vəsait tədris proqramına daxil olan bir və ya iki mövzunu belə mənimsəməyə imkan vermir. Bazar iqtisadiyyatı şəraitində şagirdlərin istehsalat fəaliyyətinini yalnız dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilmək fəhlə kadrlarının hazırlanması prosesini böhran vəziyyətinə gətirib çıxaran, texniki peşə məktəblərini isə müflisləşdirən avantüradır. Texniki peşə məktəbləri faktiki olaraq gəlirdən məhrum olublar və bazar iqtisadiyyatı dövrundə əsasən dövlət büdcəsinə "otuzdurulub" ki, bu da onun mahiyyətinə ziddir. Onun, təhsil müddətində şagirdlərin əmək haqlarını, mühəndis-pedoqoji işçilərinin aylıq maaşlarına əlavələrin ödənilməsini təmin edə bilməməsi kadrların, birinci növbədə təcrübəli istehsalat təlimi ustalarının itkisinə səbəb olmuşdur.
Texniki peşə məktəblərini idarə edən indiki srtukturun məmurları da dövlət büdcəsi vəsaiti hesabına təmin olunurlar və bu azsaylı tərkibdəki (dövlət büdcəsi daha artığına imkan vermir) şöbə fəhlə kadrları hazırlayan sistemin fəaliyyətini hərtərəfli qavraya və onun problemlərini həll edə bilmir. Bu şöbənin faktiki olaraq fəaliyyəti fəhlə kadrları hazırlayan sistemin həqiqətə uyğun olmayan müvəffəqiyyəti barədə yalanış məlumatlar verməklə yuxarı təşkilatları və cəmiyyəti azdırmaq, bununla da tabeçilikdə olan bolmələri, sistemin dağılma prosesoni təşviq etməkdən ibarətdir.
Burada  faktiki olaraq texniki teşə təhsili mütəxəssisləri yoxdur. Onlar vəzifəyə təyin edilərkən səriştə və peşəkarlılıqları nəzərə alınmır. Bu Təhsil nazirliyinin ziyanlı kadr siyasəti ilə əlaqədardır. Məsələn, axır illərdə peşə məktəblərinə başçılıq edən direktorlar əvvəlr də heç vaxt fəhlə kadrları hazırlığı məsələləri ilə məşğul olmayıblar. Axı texniki peşə təhsili ocaqlarının direkroru haqqında əsasanamədə gösrərilir ki, onlar uyğun ali təhcil və ən azı beş il mühəndis-pedoqoji staja malik şəxslərin sırasından olunmalıdırlar. Bizdə isə onların bir çoxu mənfur şəxclərin tövsiyəsi ilə təyin olunublar.
Belə ki, Təhsil naziri Misir Mərdanov tədris ocaqlarından birinin xanım direktorunun tövsiyəsi ilə onun qohumlarını peşə məktəblərinin, tam orta təhsil məktəblərinin və hatta öz aparatındakı şöbənin müdiri vəzifəsinə təyin etmişdir.
Bu direktorlar öz havadarlarından nümunə götürərək rəhbərlik etdikləri peşə məktəblərini özününküləşdiriblər və öyrətmək üçün müvafiq maddi-texniki bazanın yöxluğu şəraitində həmin peşə ocağının profilinə uyğun olmayan ixtisaslar üzrə şagird qəbulu həyata keçirirlər. Bu hal faktiki olaraq bütün peşə məktəblərində baş verir. Orada əsasən qeyri-istehsal sahəsi ixtisasları üzrə şagird qəbulu aparırlar. Bunlar: aşpaz, barmen, bufetçi, parikmaxer, avtoçilingər, manikür və s. ixtisaslarıdır.
Bir-birindən uzaq peşələr üzrə şagird qəbulu aparan həmin peşə məktəblərinin rəhbərləri yuxarıda sadalanan peşələrin hər biri üzrə maddi-texniki təlim basasının yaradılmasını təmin etməyə qadir deyillər. Bugünkü texniki peşə məktəblərində bu peşələrin heç biri üzrə istehsalat təlimi prosesini tam şəkildə təşkil etmək üçün zəruri şərait yoxdur. Amma, bu peşələr üzrə qəbul davam edir. Bu cür qəbul heç də tamah məqsədindən uzaq deyil.
Peşə məktəblərində  şagird qəbulunu ödənişli təhsi müqabilində icra edirlər. Peşə vərdişlərini mənimsəmək üçün zəruri şəraiti olmayan peşə məktəblərində sənət əldə etmək üçün pul ödəyir: aşpaz, avtoçilingər, parikmaxer və s. peşələri öyrənmək istəyən abituriyentlər. Həm birinci, həm də indiki halda bu saxta diplom satınalınmasından başqa bir şey deyilmil? Texniki peşə məktəbləri bütövlükdə saxta diplom mərkəzinə çevrilir.
İndiki texniki peşə məktəbi ona bazar iqtisadiyyarı şəraitində müvəffəqiyyətlə fəaliyyət göstərməyə imkan yarada bilcək gəlir əldə etməyə qadir deyil. Respublika texniki peşə təhsili sistemi faktiki olaraq yalnız dövlət büdcəsi vəsaitləri hasabına fəalyyət göstərir ki, bu da onu müflis edib. Təhsil nazirliyi texniki peşə təhsilinin bütün problemlərini dövlətin belinə yükləyib.
Təhsil nazirliyi Dövlət proqramın priaritetini - yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsini bu cürmü yerinə yetirir?
Təhsil nazirliyi texniki peşə məktəblərinin maddi-texniki bazasının möhkəmlədirilməsi problrmlərini həll etmək bacarığında olubdurmu?
   Yüksək keyfiyyətli ixtisaslı fəhlə kadrları hazırlamağın obyektiv əsası güclü mqddi-texniki təlim bazasının olmasıdır. Bugünkü şəraitdə istənilən texniki peşə məktəbi təklikdə bu cür bir və ya uzaqbaşı iki belə maddi-texniki baza yaratmağa gücü çatar.
Bütün bunlar yalnız ixtisaslaşdırılmış peşə məktəblərində - fəhlə kadrlarını oxşar peşələr üzrə hazırlayan peşə məktəblərində həyata keçirmək mümkündür. Burada profilinə görə yaxın olan ixtisaslar üzrə mühəmdis-pedoqoji işçilərdən ibarət bütün pedoqoji kollektiv iştirak edir. Bu peşə məktəblərində oxşar peşələr üzrə komplektləşdirilmiş şagirdlərin faktiki olaraq hamısı orada cəmləşdirilmiş avadanlıqlardan rosianal şəkildə istifadə edirlər.
Maddi-texniki bazası dağıdılmış bugünkü texniki peşə məktəblərində bir-birindən uzaq peşələr üzrə şagird qəbulu aparılır. Orada profilinə görə fərqli peşələrin hər biri üzrə istehsalat təlimi prosesini tam şəkildə təşkil etmək üçün  mqddi-texniki baza yaratmaq mümkün deyil. Beləliklə ixtisaslaşdırılmış peşə məktəblərinin bazasını dağıdıb, onu bir-birindən uzaq peşələr üçün yaratmamaqla vəziyyəti o yerə çatdırdrılar ki, peşə məktəblərinin böyük əksəriyyətinin maddi-texniki bazası acınacaqlı həyat sürür. Bütün bunlar istehsalat təlimi prosesini şagirdləri ictimai-faydalı əməyə cəlb etməklə təşkil etməyə imkan vermədiyindən nəinki şagirdlərin fəhlə peşəsinə yiyələnməmələrinə, eləcə də gəlirdən məhrum olmalarına gətirib çıxarır.
Bazar iqtisadiyytında texniki peşə məktəbləri özlərini təmin etmək üçün avadanlıqlarının böyük hissəsini öz gəlirləri hüsabına almalıdırlar. "Zerkalo" qəzetində bu mövzuya həsr olunmiş məqalədə Təhsil naziri Misir Mərdanov qeyd edir ki, nazirliyə onun rəhbərlik eddiyi vaxt ərzində texniki peşə məktəblərinin bazası faktiki olaraq avadanlıq almayıb. Bunu kim etməli idi? Bu işi sahənin özü etməli deyildimi? Orada əlləri-qollarını sallayarq oturub gözləyirlər ki, kimsə gəlib peşə məktəblərini lazımi avadanlıqla təchiz edəcəkdir
Məsələn Bakı texniki peşə məktəbləri Təhsil nazirliyinin tərkibinə qatılana qədər şagirdlər tərəfindən hazırlanacaq məhsulların siyahısına peşə məktəblərinin özünün maddi-texniki bazasını möhkəmlədən məmulatlar daxil edilirdi. Peşə məktəblərinin tədris-istehsal bazasını avadanlıqlarla təmin etmək üçün dəlmə, soyucu-cilalayıcı, rəndələyici, xalçatoxuma dəzgahları, dülgər və çilingər dəzgahları, cilingər-quraşdırıcı alətləri, mebel və bir çox başqa şeylər hazırlanırdı. Eləcə də tədrus kabinetlərini, emalatxanaları, yataqxanaları təchiz etmək üçün məmulatlar hazırlanırdı. Onlar istehsalat təlimi ustalarının rəhbərliyi altında fənn kabinetləri, emalatxanalar, yataqxanalar, yeməkxanalar və başqa obyektləri yaradır, yenidən qurur və təmir edirdilər. Bakı texniki peşə məktəbləri üçün alınan avadanlıqların dəyərinin 40%-i şagirdlərin istehsalat fəaliyyətindən qaznılan gəlirlərin hesabına ödənilirdi.
Bu gün isə peşə məktəblərinin maddi-texniki bazası  mebel, avadanlıq həmçinin inventar olaraq təzə bir şey almırlar. Belə ki, şagirdlər tədris-istehsal prosesində nəinki bu məmulatları, ümumiyyətlə ictimai-faydalı məhsullar hazırlamağı  tərgidiblər. Bu da gəlilərdən məhrum etdi. Bu səbəbdən də texniki peşə məktəbləri Təhsil nazirliyinin tərkibində olduğu müddət ərzində nə bir dəzgah, nədə başqa bir avadanlıq ala bilməyiblər.
Məhz Texniki peşə məktəblərinin bədbəxtliklərinin əsas səbəbi şagirdləri ictimai-faydalı əməyə cəlb etməklə onların əmək fəaliyyəti prosesini təşkil etməiy bacarmamaqlarında, o cümlədən zəruri maddi-texniki bazalarının olmamasındadır.
Proqramın əsas priaritetlərindən tədrisin məzmununun müasir tələblərə uyğun yeniləşdirilməsi vəzifəsi də yerinə yetirilməmişdir.
   Təhsil nazirliyi bu vəzifəni yerinə yetirmək bacarığında olmamasinın təstiqi kimi səsləndirir ki, bunu xaricilər və beynalxalq donor təşkilatları ilə birlikdə  həyata keçirirlər. Bunun təstiqi olaraq İsmayıllı və Qəbələdəki turizm infrastrukturasına aid fəhlə peşələri üzrə mərkəzlərdə təlimin güya yerli şəraiti nəzərə almaqla qərb sistemi üzrə aparılmasını faktiki misal kimi təqdim edirlər. Bu belədirmi?
Məsələn, İsmayıllıda 20 nəfər aşpaz, 38 nəfər barmen və ofisant diplomu alıblar. Aşbazlar üçün istehsalat təlimi proqramında  bir şagirdin yüzdən çox fərqli xörəklər, salatlar və başqa cürbəcür kulinar məmulatların hazırlaması nəzərdə tutulur, özü də bunun üçün balıq, başqa-başqa heyvan və quş ətləri, meyvələr, tərəvəzlər və bir çox başqa ərzaqlar tələb olunur. Nəticə etibarilə bir qrupda 20 şagird oxuyursa, onda tədris proqramını tam mənimsəmək üçün bu şagirdlər 2000-ə yaxın yuxarıda adı çəkilən məhsullar hazlamalıdırlar. Amma respublikanın bütün peşə məktəbləri kimi bu mərkəzin də gəliri yoxdur və dövlət büdcəsinin vəsaiti hesasabına təmin olunur. Ona görə də istehsalat təlimi proqramına ayrılmış cüzi vəsaitə şagirdlərin bu həcmdə məhsul hazırlamaları qeyri mümkündür. Belə çıxır ki, onlar yeganə olaraq nə edə bilərlər,  şagirdləri - gələcək aşbazları - təlimin başlanğıc mərhələsində yalnız kafe və restoranlara yönəldə bilərlər. Bəc onları, öz sənəti haqqında ilkin məlumatı belə olmayanları orada qəbul edəcəklərmi?
Bəs bu peşə məktəbinin özündə barmen hazırlamaq mümkündürmü? Bunun üçün tədris emalatxanası - böyük çeşiddə şirələr, içkilər, o cümlədən spirtli içkiləri olan bar yaradılmalıdır. Mərkəzə onları almaq üçün dövlət büdcəsindən ayrılmış vəsait bəs edəcəkmi? Bir də peşə məktəbindəki bar hansı müştəriyə xidmət göstərəcək? Barlar mərkəzdən kənarda yaradılmalıdır. Bu, şagirdlərin istehsalat təlimini gələn müştərilərə xidmət etməklə öz xərcini çıxartma prinsipi ilə yerinə yetirməyə imkan verər. Məhz qazanılmış vəsaitin hesabına lazımi içkilər və başqa ərzaqlar almaq, eləcə də istehsalat təlimi proqramı çərçivəsində nəzərdə tutulmuş asortimenti müxtəlifləşdirmək olar. Bunun əhəmiyyəti həm də ondan ibarətdir ki, göstərdikləri xidmətə görə əldə etdilən gəlirlər şagirdləri həvəsləndirər. Amma bunu etmədilər. Deməli, başlanğıc səriştəsi olmayan gələcək barmenləri hazırlamaq üçün barlarda işə düzəltmək lazımdır. Bunu həyata keçirmək mümkündürmü?  Budurmu yerli şəraiti nəzərə almaqla qərb sistemi üzrə aparılan təlim prosesi? Qəbələdəki turizm mərkəzi də oxşar vəziyyətdədir.
2010-cu ilin iyun ayında Bakıda "Texniki peşə təhsili ocaqlarında lkin texniki peşə təhsili və təlimi milli strategiyasının" təqdimatı keçirilmişdir. Bu sənəd Avropa Birliyinin TASİS proqramı ilə maliyyələşdirilən "Azərbaycanın regionlarında texniki peşə təhsili və təlimi və yerlərdə tətbiqi sferasında reformalar" (AZVET) layihəsi çərçivəsində işlənib hazırlanmışdır. AZVET layihəsinin rəhbəri Eni Castisin sözlərinə görə proqram tərəfdaşlıq və texniki peşə təlimi və fəhlə kadrları hazırlığı modelini həyata keçirmək yolu ilə texniki peşə məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişafına istiqamətlənmişdir. Faktiki olaraq əksər peşə məktəblərində olmayan şeyin – peşə təliminin səviyyəsini yüksəltmək mümkün deyil. Ona görə ki, bunu həyata keçirməyə imkan verən model – peşə məktəbləri və təsərrüfat hesablı texpeşə müəssisələrinin korporativ birliyi Təhsil nazirliyi tərəfindən ləğv edilmişdir.
Göründüyü kimi xarici və beynəlxalq donor təşkilatlarla əməkdaşlıq nəinki respublika texniki peşə məktəblərində tədrisin məzmunu müasir tələblərə uyğun yeniləşdirməmişdir, bir peşə üzrə  olsa da belə təliminin məzmununu zərrə qədər yaxşılaşdırmamışdır.
Cənubi Koreyanın Daewoo kompaniyası respublika texniki peşə təhsilinin inkişafı üçün 20 mln dollar investiciya yatırmağı qərara alır. Şagirdlərin texniki peşə təhsilinin müasir tələblərə uyğyn səviyyədə təkmilləşdirilməsi üzrə işlənib hazırlanmış layihənin olmaması üzündən (həmin vəsaiti məhz buna yatırmaq məüsədə uyğun idi) Təhsil nazirliyi bu vəsaitə texniki peşə təhsili mərkəzi tikdirməyi qərara alır. Burada yeddi peşə üzrə kadr hazərlığı planlaşdırılır: maşınqayırma, elektrotexnika, sanitar texnikası, informasiya texnologiyaları və s.
Lakin burada şagirdlərin peşə təhsilini müasir tələblərə uyğyn səviyyədə təşkil edə biləcəklərmi? Effektiv şəkildə planlaşdırılmış müəssisə işə düşəcəkmi? Bu təsəvvürdən kənardır. Belə ki, başqa peşə məktəblərində olduğu kimi bu mərkəzdə də şagirdlərin istehsalat təliminin imitasiyası baş verəcək.  Eləcə məkəz gəlirdən də məhrum olacaq, mühəndis-pedoqoji işçilərin əmək haqqlarına əlavələr edilməyəcək ki, bu da Koreyada treyninq keçmiş mütəxəssislər də daxil olmaqla kadrların buradan da uzaqlaşmalarına səbəb olacaq. Onların, eləcə də təcrübəli mühəndis-pedoqoji işçilərin yerini Almaniya xalq universitetləri assosiasiyasının beynəlxalq əməkdaşlıq üzrə institutunun nümayəndələrinin nəticəyə gəldiklər kimi müasir tədris prosesinin tələblərinə cavab verməyən, keyfiyyətcə köhnəlmiş tədris üsulu ilə dərs verən, müasir bilikləri çatışmayan, bununla da şagirdlərin peşə təsilinin keyfiyyətinə neqativ təsir edən müəllimlər tutacaq.
Proqramda nəzərdə tutulan bu vəzifə də - tədrisin məzmununun müasir tələblərə uyğun yeniləşdirilməsi vəsifəsi də həll həll edilməmişdir.

  Təhsil Nazirliyi nəinki Dovlət proqramın əsas istiqamətlərindən heç birini yerinə yetirməmişdir, o, bu dövr ərzində fəhlə kadrları hazırlayan sistemi müflis vəziyyətinə salmışdır. Bu sahəni xilas etmək yalnız onu Təhsil nazirliyinin tərkibindən çıxarıb sərbəstlik vermək, sərbəstliyi dövründə peşə məktəbləri ilə müəssisələrin korporativ birliyiy modelini tətbiq etməklə mümkündür. Bu onu texniki peşə məktəblərinin daxili ehtiyatlarını işə salmaqla öz problemlərinin həllini öz üzərinə götürən tədris-istehsalat sahəsinə çevirər

 

Rafiq Əliyev

Copyright © 2009 Azerin LLC