Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


02 – 09. 04.2013


Texniki peşə məktəblərini hamılıqla dağıdaq?

Prezident İlham Əliyevin respublika gənclərlərinin bir qrup nümayəndələri ilə görüşü zamanı xüsusi diqqət gənclərin aktiv şəkildə istehsalata cəlb edilməsinə, onların işlə təmin olunmasına və ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında aktiv iştirak etməsi problemlərinə yönəldilmişdir. Prezident qeyd etdi ki, ölkə iqtisadiyyatının bugünkü dinamik inkişafı, artan iqtisadi potensial, yaradılan yeni, mütərəqqi texnologiyaya malik müəssisələr texniki peşə təhsili sistemindən peşəkar kadrlar tələb edir.  Bu fəzifə texniki peşə təhsili sisteminin qarşısında dayandığini nəzərə alaraq o, Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi üzrə çoxlu işlərin görülməsinin vacib olduğunu qeyd etdi və bu sahədə adılacaq addımlar barədə məlumat verdi. 
Təhsil Nazirliyi onun qarşısında qoyulan vəzifəni yerinə yetirməyə qadirdirmi? 
Həyat göstərdi ki, respublikanın texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş qərarlar, proqramlar  nəinki yerinə yetirilmir,  hətta bu sistemin dağlma prosesi davam edir. Ölkə prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli fərmanı ilə təstiq etdiyi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramınnın" yerinə yetiriməsi müddəti 2012-ci ilin axırında başa çatmasına baxmayaraq Təhsil Nazirliyinin bu proqramın əsas istiqamətlərindən heç birini (peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin məzmununun müasir tələblərə uyğun yeniləşdirilməsi və kadr hazırlığının müasir dövrün tələblərinə uyğun formalaşdırılması) yerinə yetirməməsi bunu bir daha təstiq edir.
Texniki peşə məktəbləri Təhsil Nazirliyinin tərkibində prezident tərəfindən qaşıya qoyulan vəzifəni, yuxarıda göstərilən müəssisələr üçün xarici işçi qüvvəsini əvəz edə biləcək ixtisaslı fəhlə kadrları hazırlamaq vəzifəsini yerinə yetirməyə qadir deyildir. Burada əksər peşələr üzrə, o cümlədən iqtisadiyyatın sənaye sferası üçün fəhlə  kadrlarının hazırlanması dayandırılaraq qeyri-istehsal sahələri  məsələn, aşpaz, parikmaxer və avto-çilingər ixtisasları üzrə  şagird qəbulu həyata keçirilir. Zəruri maddi-texniki təlim bazasının olmaması səbəbindən onların hazırlıq səviyyəsi əmək basarının tələb etdiyi səviyyədən çox geridədir. Təhsil Nazirliyi bugünkü texniki peşə məktəblərini elə vəziyyətə salıb ki, o  de-yure var, de fakto  əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə kadrlarları hazırlayan təhsil ocağı kimi fəaliyyətini dayandırmışdır. O, bacarıqsız fəhlələr - potensial işsizlər hazırlamaq naminə  dövlt büdcəsindən çəkdiyi vəsaitin hesabına fəaliyyət göstərir. Bu, Təhsil Nazirliyinin rəhbərliyinin peşə məktəblərinə yuxarıdan aşağı baxmasının, ona ögey münasibət bəsləməsinin nəticəsidir. Bunu bu təsisatın fəaliyyəti dövründə bütün bu illər ərzində bir-birini əvəzləyən dörd nazir müavinlərinin, texniki peşə məktəblərinin kuratorlarının heç birinin heç vaxt fəhlə kadrları hazırlayan sistemin məsələləri ilə məşğul olmaması faktı da tədtiq edir. Bunu sahəyə yuxarı təşikilatların - orada işlərin real vəziyyətini öyrənməyə maraq göstərməyən, texniki peşə təhsili sisteminin dağılmasının davam etməsinə hamılıqla göz yuman kuratorlaların da münasibətləri bu cürdür. Bununla onlar texniki peşə məktəblərini dağıtmaqda Təhsil Nazirliyinə istər-istəməz kömək etmiş olurlar. Eləcə də, onlar KİV-də mütəmadi nəşr olunan ixtisaslı fəhlə kadrları hazırlayan sistemin böhran vəziyyətini şərh edən və bu vəziyyətdən qurtulmağın yollarını göstərən materiallara da faktiki olaraq etinasızlıq göstərirlər. 
Texniki-peşə məktəblərinin dağılması prosesinə respublikanın Nazirlər Kabineti də öz töhfəsini verir... 
Onlar bunu belə yerinə yetirirdilər. Texniki peşə məktəbləri yalnız ixtisaslı fəhlə kadrları hazırlayan sistemin bir bəndi olaraq tədris-istehsalat sahəsi kimi - istehsalat təlimini birlikdə həyata keçirən peşə məktəbləri və təsərrüfat hesablı tərəfdaş müəssisələrin korporativ birliyi kimi müvəffəqiyyətlə fəaliyyət göstərə bilər. Texniki peşə təhsili sistemi Təhsil Nazirliyinin tərkibinə qatılana qədər Bakı şəhərində texniki peşə məktəblərinin idarəetmə strukturunun məhz bu cür modeli - tədris-istehsalat birliyi fəaliyyət göstərirdi.
1988-ci ildə Moskvada keçirilən təhsil işçilərinin ümumittifaq qurultayı tədris-istehsalat birliklərinin iş təcrübələrinin respublikalarda, vilayətlərdə yayılması haqda qərar qəbul edir. 24 fevral 1989-cu ildə respublika hökuməti aşağıdakı məzmunda məktub alır: "Hazırda SSRİ  Dövlət Təhsili Komitəsi texniki-peşə məktəblərinin ərazi tədris-istehsalat birliklərinin inkişaf etdirilməsi və təcrübəsinin yayılması üzrə tədbirlər görür. Bu məsələ ilə bağlı Dövlət Komitəsinin əmri hazırlanır. Bakı  tədris-istehsalat birliyi (TİB) 1985-ci ildə yaradılıb və artıq peşə məktəblərinin təsərrüfat islahatları şəraitində praktik fəaliyyətinin müasir əsaslarla təşkili sahəsində müəyyən təcrübə qazanmışdır. Azərbaycanın texniki-peşə məktəblərinin idarəetmə strukturunun təkmilləşdirilməsi məsələsi üzrə qərar qəbul edərkən Bakı Tədris-istehsalat Birliyinin müstəqil statusunun saxlanması barədə təkliflərimizi nəzərə almağınızı xahiş edirik".
Pespublika hökuməti öz təşəbbüsü ilə yox, məhz bununla əlaqədar Bakı  tədris-istehsalat birliyinin iş təcrubəsini respublikanın texniki pesə təhsili sistemində yaymaq məqsədilə 28 iyun 1989-cu il tarixdə sərəncam verərək Təhsil Nazirliyinin tərkibində texniki peşə təhsili Eksperimental tədris-itehsalat birliyini yaratdı. Lakin, texniki peşə təhsili üzrə qəbul olunmuş digər qərar və sərəncamlar kimi bu sərəncamın da yerinə yetirilməsi həmin təsisat tərəfindən nəzarətə götürülmədi. Təhsil Nazirliyi bilə-bilə bu sərəncamı baykot etməyə və tədris-itehsalat birliyini nazirliyin tərkibnıdən onun  texniki peşə təhsili üzrə bütün fəaliyyətində  olduğu kimi diletantcasına sıxışdırmağa başladı. Məsələn, təsərrüfat hesablı tədris-itehsalat birliyinə hüquqi status vermədi (möhürsüz və bankda hesablaba hesabı olmayan struktur - cəfəngiyyatdir).
Buna baxmayaraq birliyin idarəetmə aparatı bazar iqtisadiyyatı səraitində texniki pesə məktəblərinin idarəetmə strukturunun təkmilləşdirilməsi üzrə işini davam etdirdi. Eksperimentin müvəffəqiyyətlə başa çatması ilə əlaqədar 1991-ci ilin mayında ekperimental birliyə respublika tədris-itehsalat birliyi statusu verildi. Lakin 6 aydan sonra, 1991-ci ilin dekabr ayında birlik nazir müavini A. Mehrabovun əmri ilə ləğv edildi. Paradoks, may ayında hesab edilir ki, eksperiment uğurlu olub, həmin ilin dekabrında isə hökumətin yaratdığı strukturu vəğv etməyi naziy müavini özünün ixtiyarı hesab edir. Və təəssüf ki, hökumət yox, məhkəmə orqanı həmin əmrin qryri-qanuni olduğunu etiraf edərək tədris-istehsalat birliyinin fəaliyyətinin bərpa olunması haqda qərar qəbul edir.
Növbəti nazir F. Cəlilov bu problemi daha da qarışdırdı. O, 31 avqust 1992-ci ildə Respublika tədris-istehsalat birliyinin nəzdində Bakı tədris-istehsalat birliyinin bərpa olunması haqda əmr verdi və birincinin fəaliyyətini dayandırdı?! Bundan cəmi üç ay sonra 22 dekabr 1992-ci il tarixdə o, Bakı tədris-istehsalat  birliyinin rəhbərinə paytaxtın iki peşə məktəbindən başqa digər məktəblərin işinə qarışmamaq haqda yazılı göstəriş verdi. Bu məmur 3 ay ərzində respublika texniki peşə məktəblərinin birliyini Bakı texniki peşə məktəblərinin birliyinə, sonra iki peşə məktəbinin birliyinə "çevirdi". Birliyin və rəhbərinin fəaliyyətini iflic etdikdən sonra onun iştirakı olmadan nazirliyin kollegiyasını keçirdi və həmin kollegiyada da yalan və qərəzli faktlara istinadən hazırlanmış materiallar əsasında Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin ləğv edilməsi haqda qərar qəbul edild
F.Cəlilovun Respublika hökumətinə təqdimatı əsasında onin keçmiş sədri P.Hüseynov özünün 24 may 1993-cü il tarixli qərarı ilə eksperimental tədris-istehsalat birliyini ləğv etdi. O eksperimental birliyini ki, müvəffəqiyyətlə fəaliyyət göstərdiyinə görə Pespublika texniki peşə təhsili tədris-istehsalat birliyi statusunu almışdı. Lakin F.Cəlilovun iradəsi ilə Respublika birliyi də həmin dövrdə fəaliyyətini dayandırmışdır. Bu avantüra xaos və qanunsuzluqlar  dövründə tribunalardan respublika rəhbərliyinə gələn diletantlar tərəfindən törədilmişdir.
Amma hökumətin rəhbərliyinə yeni məmurlar gəldikdə də onlar KİV vasitəsilə Nazirlər Kabinetinə  bu təsisatda onun özünün yaratdığı texniki peşə təhsili tədris istehsalat birliyinin ləğv edliməsinin hüquqi cəhətdən qanuniliyini araşdırılması haqda müraciətimizə təəssüflər olsun ki, baxmağı belə özlərinə rəva bilmədilər. Bundan başqa, Təhsil Nazirliyinin hazırladığı "Texniki peşə məktəbləri və liseyləri haqqında əsasnamə"ni Nazirlər Kabineti 3 avqust 1994-cü ildə təstiq etdi. Bu əsasnamədən əvvəlki əsasnamədə əksini tapmış "texniki peşə məktəbləri başqa tədris ocaqları və müəssisələri ilə birlikdə tədris-istehsalat, tədris-ticarət-istehsalat firmaları, birlikləri, şagirdlərlə işçilərin başqa formada əmək assosiasiyalını  yarada bilərlər" bəndi çıxarılmışdır.
Nazirlər Kabinetinin təsdiq etdiyi bu əsasnamə texniki peşə məktəblərini bazar iqtisadiyyatı dənizində təkbaşına buraxaraq onları əvvəlki kimi birləşib tədris-istehsalat birlikləri, firmalar yaratmaq imkanından məhrum etdi. Bu ona gətirib çıxardı ki, şagirdlər məhsuldar əməyə cəlb olunmurlar və ictimai-faydalı məhsullar istehsal etmirlər, nəticədə də fəhlə peşələrini mənimsəyə bilmirlər. Orada istehsalat təlimi prosesinin yalnız imitasiyası gedir.
Şagirdlərə fəhlə peşələrinin "öyrədilməsinin" bu cür anomal forması peşə məktəblətinə qəbul olmaq istəyənlərin sayının kəskin azalmasına gətirib çıxardı. Və əgər Bakı tədris-istehsalat birliyinin fəaliyyəti dövründə Bakı məktəbləri məzunlarının 60%-i peşə məktəblərinə qəbul olunurdularsa, bu gün onların sayı cəmi 10% təşkil edir. Və əsasən qeyri-istehsal peşələrinə qəbul olunmuş bu şadird kontingentinə peşə öyrətmək üçün maddi-texniki bazanın olmaması onların fəhlə peşələrinə yiyələnməsinə imkan vermir.
Təhsil Nazirliyinin rəhbərliyi, peşələr özrə fəhlə kadrları hazırlamaq üçün uyğun maddi-texniki bazası olmayan texniki peşə məktəblərinə şagird qəbulunun aparılmasını, lisenziyası olmayan liseylərə isə şagirdlərə ümumi orta təsil verməyi qadağan etməyə borcludur. Bu aksiya sistemdə işlərin əsil durumunu üzə çıxarar - peşə məktəblərinin çoxu şagird kontingentsizliyi ilə üzləşə bilər, qalanlrında isə 10%-i aşmaz. Bununla da Təhsil Nazirliyi ixtisaslı fəhlə kadtları hazırlayan sistemin tabutuna axırıncı mıxı vurmaqla "texniki peşə məktəbləri yoxdur- problem də yoxdur" prinsipi ilə qurulmüş çoxillik fəaliyyətini başa vurmuş olar.Azərbaycanın fəhlə kadrları hazırlayan sistemni xilas etmək yalnız Təhsil Nazirliyinin tərkibindən çıxararaq onun müstəqilliyi dövründə fəaliyyət göstərən texniki peşə məktəbləri və müəssisələrin korporativ birliyi modelini bərpa etməklə mümkündür. Bu model elə tədris- istehsalat birliyidir.
Bakı texniki peşə təhsili mütəxəssislərinin təşəbbüs qrupu ixtisaslı fəhlə kadrları hazırlayan sistemi tədris-isrehsalat sahəsinə - öz xərcini çıxarma və təsərrüfat hesabı əsasında tədris prosesinin təşkili üzrə texniki peşə məktəbləri və tərəfdaş müəssisələrin korporativ birliyinə şevirməyi bacara bilən texniki peşə məktəblərinin idarəetmə modelini işləyib hazırlamışdır. Bu model həm də Təhsil Nazirliyi tərəfindən ləğv edilmiş Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin fəaliyyət təcrubəsindən istifadə edilərək işlənib hazırlanmışdır.
Texniki peşə məktəbləri (tədris-istehsatal ocağı) bazar münasibətləri şəraitində yalnız bu strukturun bir bəndi olaraq müvəffəqiyyətlə fəaliyyət göstərə bilər.
Texniki peşə məktəblərinin təklif olunan idarəetmə modelinin üstünlükləri aşagıdakılardır:
-texniki peşə məktəblərinin əsas vəzifəsi öz xərcini çıxarma və təsərrüfat hesabı əsasında şagirdlərin istehsalat təlimi prosesini təşkil etməkdir.
-texniki peşə məktəblərinin idarəetmə aparatı öz fəaliyyətini iqtisadi maraqlar prinsipi əsasənda həyata keçirir, onun işçilərinin əmək haqqı dövlət büdcəsi hesabına deyil, bağlanmış müqavilələr əsasında köçürülən vəsaitlərin hesabına müəyyənləşdirilir.
-texniki peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi prosesi öz güclərinə və öz vəsaitləri hesabına həyata heçirilir.
-texniki peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi prosesi öz güclərinə və öz vəsaitləri hesabına həyata heçirilir.
-texniki peşə məktəbi ilə işə götürənlər arasındakı  dayandırılmış sosial dialoq qarşılıqlı-faydalı iqtisadi münasibətlər əsasında qurulur ki, bu da peşə məktəblərinin məzunlarının işə düzəlmə məsələsinin həlinin tapılmasına tədricən şərait yaradır.
-effektli və keyfiyyəti fəaliyyətlərinə görə texniki peşə məktəblərinin mühəndis-pedoqoji işçilərinin  stimullaşdırıcı maddi-mükafatlandırma praktikası işə düşür.
-texniki peşə məktəblərinin büdcələrinin formalaşdırılmasında şəxsi gəlirlərin payı tədricən artacaqdır.
Şagirdlərin əsasən peşə təhsilinin təşkilinə istiqamətlənən texniki peşə məktəblərinin bu modeli öz fəaliyyətinin 70%-ni özünümaliyə əsasında həyata keçirməyə qadirdir.
Nazirlər Kabineti özü qərar verməlidir - ya Təhsil Nazirliyi ilə birlikdə texniki peşə məktəblərini dağıtmalıdır, ya da peşə məktəblətinin problemlərinin həllini öz üzərinə götürüb texniki peşə təhsili sistemini tədris-istehsalat sahəsinə çevirə bilən onun özünün yaratdığı texniki peşə təhsili tədris istehsalat birliyinin ləğv edliməsinin hüquqi cəhətdən qanuniliyi məsələsinə baxıb onu bərpa etməlidir.
Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbəsi də ixtisaslı fəhlə kadrları hazırlayan sistemin böhran vəziyyətini şərh edən və bu vəziyyətdən qurtulmağın yollarını göstərən KİV-də nəşr olunmuş materiallara etinasızlıq göstərmək mövqeyini tutur.         Bu, Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramının yerinə yetiriməsinə ayrılmış müddət ərzində də baş vermişdir. Bakı şəhəri texniki peşə təhsili mütəxəssislərinin təşəbbüs qrupunun üzvləri bu müddət ərzində  hər il təhlillər aparmış və bu proqramın yerinə yetirilməsi üzrə heç bir işin görülməməsini KİV-də dərc etdirdiyi məqalədə əks etdirmişdir.
  ...Bizim tərəfimizdən təqdim olunan materiallara mütəxəssislər tərəfindən baxılması təklifi onunla əlaqədardır ki, bu şöbənin rəhbərinin müavini Prezident Administrasiyasının qəbul otağında qəbul apardığı zaman özünü materiallarda qaldırdığımız problemlərdən xəbərsiz kimi göstərdi. O bu şöbəyə təqdim etdiyimiz 60-dan çox məqalələrdən heç omasa birini yəqin ki, axıra qədər oxumaq həvəsində olmayıb, yalnız bir "keçən əsrin 80-ci illərində" sitatını əzbərləyərək iddia edir ki, bizim təklif etdiyimiz texniki peşə məktəblərinin idarəetmə modeli 80-ci illərin modelidir və o köhnəlib.
Həmin məmurun axıra qədər oxumaq həvəsində olmadığı məqalədəki həmin sitatın təxmini məzmunu belədir: "Texniki peşə məktəbləri tədris istehsalat ocağıdır. O, məhsul istehsalçısı qismində çıxış etməklə, iqtisadiyyat kompleksinin bəndlərindən biridir. Lakin texniki peşə məktəbi şagirdlərin istehsalat təlimi prosesini təkbaşına tərəfdaş müəssisələrsiz təşkil etmək iqtidarında deyil. Bununla əlaqədar olaraq dövlət sosialist iqtisadiyyatı şəraitində şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üçün onlara baza müəssisələri təhkim edirdi. Lakin ötən əsrin 80-ci illərində iqtisadi islahatarın başlanması ilə baza müəssisələrinin də özünümaliyyə və təsərrüfat hesablı idarəetmə sisteminə keçid prosesi başlandı və onlar tərəfindən peşə məktəblərinə göstərilən köməklik faktiki olaraq dayandırıldı. Bununla əlaqədar olaraq tədris prosesinin, birinci növbədə şagirdlərin peşə təlimi prosesinin lazımi səviyyədə təşkil olumasında baza müəssisələrinin yerinə partnyor və köməkçi qismində çıxış edən öz möhürünə, bankda hesablaşma hesabına malik hüquqi statuslu texpeşə müəssisələri yaratmaqla texniki peşə təhsili sistemində təsərrüfat hesablı münasibətləri tətbiq olunmağa başlandı. Respublikanın fəhlə kadrları hazırlayan sisteminin sosialist üsulundan bazar münasibətlərinə keçid modeli yaradılmışdır".
 Amma humanitar məsələlər üzrə şöbənin məmuru iddia etdi ki, texniki peşə məktəblərinin bu fəaliyyət modeli köhnədir və xarici və beyvəlxalq donor təşkilatlarını cəlb etməklə  yeni modelin yaradılmasına ehtiyac var. Axı bəs həmin məmurun tanış olmağa borclu olduğu təqdim etdiyimiz məqalələrin bir neçəsində qeyd olunurdu ki, xarici və beynəlxalq donor təşkilatlarla əməkdaşlıq tədrisin məzmununu bircə peşə üzrə belə yaxşılaşdırmasına kömək etməmişdir.
Bax elə buna görə də humanitar məsələlər üzrə şöbəyə təkcə bizim təqdim etdiyimiz materiallarla deyil, eləcə də texniki peşə təhsili sistemində işlərin durumunu öyrənmək üçün mütəxəssislərin cəlb olunmasını təklif edirik.
1993-cü ildə bizim Prezident Administrasiyasına müraciətimizlə əlaqədar qrup yaradıldı. Həmin qrup sahədə vəziyyətin nə yerdə olduğunu öyrənəndən sora texniki peşə təhsili sistemindəki ciddi çatışmazlıqlar haqda və onu bu vəziyyətdən çıxarmaq üçün təkliflər də daxil olmaqla arayış hazırlayıb Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbəsinin rəhbəri Fatma Abdullazadəyə təqdim etdi. Lakin bu materiallara hərəkət verilmədi və o vaxtdan indiyə qədər onun rəhbərlik etdiyi şöbə bir dəfə də olsun bu sahədə vəziyyətin necə olduğunu yerində öyrənməyə maraq göstərmədi. Bundan başqa, prezidentin yanında təhsil komisiyasına göndərdiyimiz materallarla tanış olmağı komissiyaya imkan vermədən onları Təhsil Nazirliyinə göndərtdi. Onun fəhlə kadrları hazırlayan sistemdəki korrupsiya, kadr məsələlərinin həllindəki mənfi faktların və bir çox pozuntuların baxılmasına maraq göstərməməsini nə ilə izah etmək olar?
Axı bu gün bir çox texniki peşə məktəblərinə nə peşə məktəbinin özunün irəli sürdüyü mühəndis-pedoqoji işçilərdən, nə də onlar üçün fəhlə kadrları hazırlayan muəssisələr tərəfindən tövsiyə olunan  şəxslər deyil, heç vaxt fəhlə kadrları hazırlğı məsələləri ilə məşğul olmayan şəxslər rəhbərlik edirlər. Məsələn, peşə məktəblərindən birinin mənfur direktoru M.Aslanovanın tövsiyyəsi ilə onun öz oğlu, qardaşı, ərinin qardaşı, yaxın qohumu peşə məktəblərinə direktor təyin ediliblər.Texniki peşə məktəblərinin idarəetmə strukturuna - Təhsil Nazirliyi texniki peşə təhsili şöbəsinə kadrların təyin olunmasında da vəziyyət bu cürdür. Bu şöbəyə rəhbər təyin olunan H.Məmmədov heç vaxt fəhlə kadrları hazırlığı məsələləri ilə məşğul olmamışdır. Vəzifəsinin texniki peşə təhsilində təsbit edilmiş qayda-qanunu saymamağa imkan verdiyini düşünərək bu məmur, fantaziyalar üzərində qurulmuş "ideya" ilə çıxış edərək ərz edir ki, "texniki peşə məktəblərinin inkişafını şagirdlərin istehsalat təlimi prosesi zamanı əldə olunan gəlirlərlə əlaqələndirməməli". Bugünkü texniki peşə məktəblərinin əksəriyyətində şagirdlərin istehsalat təlimi prosesinin yalnız imitasiyası gedir, onlar  məhsuldar əməyə cəlb olunmurlar və ictimai-faydalı məhsullar istehsal etmirlər, nəticədə fəhlə peşəsinə yiyələnə bilmirlər.               Bu şöbə texniki peşə məktəblərinin ən mühüm problemlərinin həllindən faktiki olaraq özünü qırağa çəkərək onları məktəb direktorlarının iltizamına buraxmışdır. Bəs peşə məktəblərinin direktorları necə? Məsələn, peşə məktəblərindən birinə - 5 saylı liseyə yuxarıda adı çəkilən M.Aslanova rəhbərlik edir. Bu texniki peşə məktəbi kompleksini müəssisəyə fəhlə kadrları hazırlamaq üçün vaxtilə keçmiş radiozavod tikmişdir. Keçmiş padiozavodun yerində indi Müdafiə Sənayesi Nazirliyinin müəssisəsi fəaliyyət göstərir. İndi bu kompleks - 5 saylı lisey borcludur ki, artıq həmin müdafiə sənayesi müəssisəsi üçün mütəxəssislər hazırlasın. Kompleksin bazası imkan verirdi ki, bu profildən olan başqa, müdafiə sənayesi müəssisələri üçün fəhlə kadrları hazırlayan mərkəzə çevrilsin. Amma bu baş vermədi. Mərhəmət Aslanova kompleksin binalarını Təhsil Nazirliyi ilə birlkdə "ikiyə" böldülər. Bir hissəsində həmin Mərhəmət xanımın qızının direktor təyin olunduğu ümumtəhsil məktəbi yerləşdirilib, o birində isə M.Aslanova "müdafiəçilərin" təlabatından çox uzaq olan avtonəqliyyat həvəskar-sürücüləri, radio-televizor aparatlarının təmiri üzrə usta, barmen, bufetçi, qadın bərbəri, manikür ixtisasları üzrə şagird qəbulunu həyata keçirir.Əksər peşə məktəblərində də direktorlar şagird qəbulunu özləri bildikləri kimi yuxarıda göstərilən ixtisaslar üzrə həyata keçirirlər. Bu ixtisasları öyrətmək üçün isə lazımi şərait yoxdur.
Təhsil Nazirliyindən bu təsisatda vakxanaliyanın mövcudluğu məsələsinə cavab almaq mümkün deyil deyə, ora müraciət etməyin mənasız olduğunu nəzərə alaraq biz Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbəsinə texpeşənin kuratoru kimi, müraciət etdik ki, texniki peşə təhsilindəki ziyanlı kadr siyasətini, korrupsiyanı araşdırmaq üçün tapşırıq versin. Məsələn, N.Məmmədovu Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin rəhbəri vəzifəsinə kim tövsiyəsiyə edib, onun bu sahədə öz fəaliyyətini davam etməyə haqqı varmı? Eləcə də 5 saylı liseyın direktoru M.Aslanovanın özbaşınalıq hərəkətləri, faktiki olaraq özününküləşdirilmiş peşə məktəbində müdafiə sənayesi müəssisələri üçün fəhlə kadrları hazırlamaq əvəzinə, şagird qəbulunu öz bildiyi kimi, həm də qərəzsiz olmayan məqsədlə aparılması barədə, öz qohumlarının məktəblərə, peşə məktəblərinə direktor, Təhsil Nazirliyinin aparatına rəhbər işə düzəldilməsi barədə. Bu və başqa suallar cavabsız qalıb.
Təəssüflər olsun ki, bizim Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbəsi ilə texniki peşə məktəblərinin böhranlı vəziyyətinə dair dialoq yaratmaq cəhdimiz nəticə vermir. Bizim aramızda dialoq yaranana qədər KİV vasitəsilə monoloq formasında bu şöbəyə müraciət etməkdə davam edəcəyik. Bu arada Təhsil Nazirliyi texniki peşə məktəblərini dağıtmaqda davam edir. Cəzalandırılmayacağına əmin olaraq, Təhsil Nazirliyi ölkə prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli fərmanı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramını" yerinə yetirməkdən yayındı.
Televiziya Təhsil Nazirliyi ilə birlikdə texniki peşə məktəblərinin dağıdılmasında birinci sıradadır... Orada texniki peşə təhsili barəsində verilişlər yumuşaq desək, ixtisaslı fəhlə kadrları hazırlayan sistemin uydurma uğurları haqda təhsil təsisatının məmurlarının fantaziyaları, ritorik yalanları əsasında həyata keçirilir. Bu verilişlərdə iştirak edən texniki peşə məktəblərinin rəhbərləri xüsusi canfəşanlıq göstərərək güya onların rəhbərlik etdikləri peşə ocaqlarında fəhlə kadrlarının müvəffəqiyyətlə hazırlanması üçün şərait yaratıqlarını qeyd edirlər.
Məsələn, bu verilişlərin birində satış-qənnadı peşə məktəbinin direktoru güya müfəffəqiyyətlə hazırlanan mütəxəssisləri nəinki Bakının ən yaxşı restoranları, hətta xaricdə də məmuniyyətlə işə götürmələri haqda şövq ilə danışır. Bu belədirmi? Peşə məktəbinin bu kompleksini keçmiş Ticarət Nazirliyi bu sahəyə mütəxəssis hazırlamaq üşün inşa etmişdir.
 Sonradan həmin ixtisaslaşdırılmış peşə məktəbinin binası, həmin direktorun iştirakı ilə kənar təşkilarlara verilir: konditer, kulinar, barmen, ofisiant ixtisasları üzrə şagirdlərin isrehsalat təlimi üçün nəzərdə tutulan üçmərtəbəli binanı özəl tibb məktəbinə, təlim emalatxanasını, yeməkxananı isə şadlıq evinə verilib.
Şagirdlərin peşə təliminin maddi-texniki bazasının bu cür dağıdılması şagirdlərin isrehsalat təliminin imitasiyasına gətirib çıxardı. Bunlar şagirdləri məhsuldar əməyə cəlb etmədən aparılır və onu əvvəlkitək öz xərcini çıxarmaqla təşkil edmək əvəzinə, bu gün yalnız dövlət büdcəsinə "otuzdurulub".
Şagirdlərin istehsalat təlimi proqramında məsələn, aşbazlar üçün tədris dövründə bir şagirdin yüzdən çox fərqli xörəklər, salatlar və başqa yeməklər hazırlaması nəzərdə tutulur. Peşə məktəbi göstərilən məhsulları təlim qrupunun hər bir şagirdinin hazırlaması üçün cüzi dövlət büdcəsi vəsaiti hesabına lazımi miqdarda ərzaq almaq iqtidarındadırmı? Bu vəsaitə bir kisə un almaq olar ki, ondan da yalnız "lapşa" hazırlamaq mümkündür. Onu da direktor televiziya tamaşaçılarının qulağından asmağa çalışır. Axı öz peşəsinin əlifbasını bilməyən aşpazları kim, ya Bakının ən yaxşı restoranları, ya da xaricdə  işə götürərlərmi?
5 saylı liseyin direktoru da fəhlə kadrlarının güya müvəffəqiyyətlə hazırlanması üçün şərait yaratdıqları barədə məlumat verdi. Bu texniki peşə məktəbi kompleksinin binaları "ikiyə" bölünmüşdür. Bir hissəsində ümumtəhsil məktəbi yerləşdirilib, qalan hissəsində isə öyrətmək üçün zəruri maddi-texniki bazanın yoxluğu şəraitində  avtonəqliyyat həvəsksr-sürücüləri,  barmen, bufetçi, qadın bərbəri, manikür ixtisasları üzrə şagird qəbulu həyata keçirilir.
12 saylı peşə liseyinin direktoru burada tədris prosesinin təşkili, şagirdlərin fəhlə peşələrinə yiyələnməsinə imkan verən maddi-texniki bazanın vəziyyəti haqa təntənə ilə danışır. Yetmiş il neft və maşınqayırma sənayesi üçün fəhlə kadrları hazırlayan liseydə gələcəyin tornaçılarını, frezerçilərini, çilingər-quraşdırıcılarını, elektrik qaynaqçılarını hazırlamaq üçün kifayət qədər yaxşı təchiz olunmuş maddi-texniki bazanı dağıtdılar. Bu gün isə burada aşpaz, konditer, bərbər, mühasib və başqa ixtisaslar üzrə, həmçinin öyrətmək üçün zəruri maddi-texniki bazanın yoxluğu şəraitində şagird qəbulu həyata keçirilir.
Bu televiziya verilişləri peşə məktəblərinin bəzi rəhbərlərinin peşə məktəblərinin dağıdıcısı əvəzinə özünü onun yaradıcısı kimi təqdim etmək üçün məkan rolunu oynayır. Bunlar ona görə baş verir ki, bu verilişlər peşə məktəblərinin maddi-texniki bazasının vəziyyətini, tədris prosesinin təşkilini və onun fəaliyyətinin başqa tərəflərini əks etdirən videomateriallarla təmin olunmur.
Yalnız bircə dəfə maddi-texniki bazasının dağılması üzündən ixtisaslı fəhlə kadrları hazırlamaq üçün heç bir imkanı olmayan 2 saylı peşə məktəbi haqqında material göstərilmişdir. Bu, texniki peşə məktəblərinin real vəziyyəti haqqında məlumat verən yeganə hadisə oldu. Bu cür video süjetlər çəkilsə yüz belə verilişlərə bəs edər və güya texniki peşə məktəblərində fəhlə kadrlarının müvəffəqiyyətlə hazırlanması üçün güclü maddi-texniki bazanın mövcudluğu haqda qoşulan mədhiyyələrə sərf olunan vaxt da bir o qədəq azalar. Bakıya ixtisaslı inşaatçılar, tornaçılar, frezerovşiklər, quraşdırıcı-çilingərlər, elektriklər, neftçilər lazımdır. Amma texniki peşə məktəblərində bu mütəxəssisləri hazırlamaq üçün maddi-texniki baza faktiki olaraq dağıdılmışdır. Ölkə prezidentinin fərmanı ilə təstiq olunmuş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramının" yerinə yetirilməsinə ayrılmış beş il müddətində Təhsil Nazirliyinin bu proqramı yerinə yetirməməsinin səbəbinə aydınlıq gətirmək məqsədilə telekanallarda bir dəfə də olsun veriliş həyata keçirilməmişdir. Bu verilişlərdə aparıcı burada iştirak edən təhsil təsisatı məmurlarının qarşısında köməksiz kimi görünür və bütün proses dialoq formasında deyil, məmurların güya ixtisaslı fəhlə kadrları hazırlayan sistemdə böyük uğurlar qazanmaları barədə monoloqu formasında gedir.
Milli Məclis də texniki peşə məktəblərinin dağıdılmasına öz töhfəsini verir... 
Bakı şəhəri texniki peşə təhsili mütəxəssislərinin təşəbbüs qrupu tərəfindən bu qanunverici orqana  ixtisaslı fəhlə kadrları hazırlayan sistemin böhran vəziyyətini əks etdirən, bu vəziyyətdən qurtulmağın mümkün yollarını göstərən materiallar (məqalələr) təqdim edilmişdir. Materiallar eləcə də hər bir deputata, təhsil komisiyasının üzvünə təqdim edilmişdir. Lakin orada bu materialla (təkliflərə) etinasız yanaşdılar.
Təhsil haqqında qanun müzakirə olunan vaxtda da təklif materiallar qanunun layihəsi hazırlanan zaman xeyiri dəyəcəyi ümidilə Mili Məclisə təqdim edilmişdir. Ümumi orta və ali məktəblər üzrə təklif olunan çoxsaylı təkliflərdən fərqli olaraq texniki peşə məktəbləri üzrə bu təkliflər yeganə təkliflər idi. Bu dəfə də onlara baxılmadı, yalnız Təhsil Nazirliyinin təklifləri qəbul edildi.    Məsələn, nazirlik tərəfindən təqdim olunan təklifin bəndlərindən birində deyilirdi ki, texniki peşə məktəblərində şagirdlər peşə təhsili ilə yanaşı, subbakalavr (ali təhsildən aşağı, orta təhsildən yuxarı) statusu da almalıdırlar. Yalnız texniki peşə təhsili sahəsində diletant-məmurlar belə bir təklif irəli sürə bilərlər ki, 9-cu sinif məzunu texniki peşə məktəblərində eyni zamanda həm fəhlə peşəsinə, həm də orta təhsildən yuxarı proqrama yiyələnməlidir. Bu, 9-cu sinifi bitirmiş o məzunlara təklif olunur ki, məhz onlar orta mıktəb proqramını mənimsəmələrinə əmin deyillər və bu üzdən də peşə məktəblərinə üz tuturlar.
Təşəbbüs qrupunun üzvləri dərc olunmuş məqalələrdə sübut etdilər ki, bu bəndin təhsil haqqında qanuna salınması absurd olardı. Uzun sürən müzakirələrdən sonra qanun Təhsil Nazirliyinin təklif etdiyi bu sərsəm bənd şıxarıldıqdan sonra qəbul olundu. Təhsil haqqında qəbul olunmuş yeni qanuna görə 9-cu sinif təhsili (əsas təhsil) Azərbaycanda icbaridir.
Texniki peşə təhsili mütəxəssislərinin bu qanun layihəsinin müzakirəsi dövründə Milli Məclisə təqdim etdiyi materiallarda qeyd edilirdi ki, bu yeniliyin qəbul olunduğu təqdirdə texniki peşə liseylərinin fəaliyyəti sual altında qalacaqdır. Nəyə görə?
Bu qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan vətəndaşları doqquzuncu sinif (əsas) təhsilini dövlət vəsaiti hesabına alacaqlar. Onlara imkan veriləcək ki, təhsilini davam etdirməyin bu və ya başqa formasını özü seçsin. O cümlədən texniki peşə məktəblərində fəhlə peşəsinə yiyələnmək. Onlar dövlət hesabına tam orta təhsili yalnız əvvəlki təhsil proqramını müvəffəqiyyətlə mənimsədiklərini test vasitəsilə təsdiq etdikdən sonra ala bilərlər. Əks təqdirdə onlar bunu məsələn, peşə liseylərində ali və orta ixtisas təhsili ocaqlarında olduğu kimi öz hesablarına həyata keçirə bilərlər. Onlar bunu edəcəklərmi, bir də ki, axı hansı peşə liseyində?
Axı dövlət yeni şəraitdə peşə liseylərindən əvvəlkitək doqquzuncu sinif məzunlarını kamal attestatı səviyyəsinə çatdırmağı tələb etmir. Və onlar yalnız lisenziya əldə etdikdən sonra şagirdlərə ümumi orta təhsil vermək hüququ qazana bilərlər. Lakin lisenziya almaq üçün onlar əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə kadrlarının hazırlanmasında konkret göstəricilərə və şagirdlərə tam orta təhsil vermək üçün kifayət qədər maddi-texniki bazaya malik olmalıdırlar. Boynumuza alaq ki, bu gün bizim respublikamızda belələri yoxdur.
Beləliklə respublika vətəndaşları üçün icbari doqquzuncu sinif (əsas) təhsili tətbiq olunandan sonra texniki peşə məktəblərinə şans yaranacaq ki, ümumi orta təhsil məktəblərinin əlavəsinə çevrilməsin, onların əvəzinə şagirdlərə ümumi orta təhsil verməklə deyil, özlərinin əsas işləri ilə-şagirdlərə peşə təhsili verməklə məşğul olsunlar. Axı texniki peşə təhsili ocaqları hər şeydən əvvəl şagirdlərə yalnız peşə təhsili vermək məqsədilə yaradılmışdır.
Lakin keçən əsrin 70-ci illərində məktəblərin gənclərin icbari tam orta təhsil proqramını qane edici səviyyədə yerinə yetirə bilməmələri səbəbindən qərara gəldilər ki, bu işə texniki peşə məktəblərini də onları "orta texniki peşə məktəbləri-TPM" (bugünkü liseylər) adlandırmaqla cəlb etsinlər.
Onların daha düşüncəli həmyaşıdları orta məktəbdə oxumaqla yalnız orta təhsil proqramını mənimsədikləri halda, məktəblərin "harasa bir TPM-ə" soxuşdurduğu peşə məktəblərinin şagirdlərinə fəhlə peşəsi ilə bərabər orta təhsil proqrramını da mənimsəməyi sırımaq əsil avantüra idi.
Texniki peşə məktəblərində şagirdlərin ümumi orta təhsil hazırlığının qoyuluşu tam uğursuzluqla nəticələndi. Amma ən çox təşvişə salan o idi ki, peşə məktəblərinin başlıca vəzifəsi-şagirdlərə peşə təhsili vermək arxa plana keçmişdir. O vaxtlar vəziyyəti o xilas etdi ki, baza müəssisələri şagirdlərin peşə təhsili prosesinin təşkilatçlığının böyük hissəsini öz üzərinə götürdü. Bu gün biznes strukturları bunu etmirlər. Bir çox texniki peşə məktəblərində şagirdlərin peşə təhsili prosesinin imitasiyası gedir, onlar fəhlə peşələrinə yiyələnmirlər.
Bütün təhsil ocaqları: ali təhsil ocaqları, kolleclər, ümumi orta təhsil məktəbləri yalnız öz işləri ilə məşğuldurlar. İndi icbari doqquzuncu sinif (əsas) təhsili tətbiq olunandan sonra texniki peşə məktəbləri yalnız özlərinin əsas işləri ilə-şagirdlərə peşə təhsili verməklə məşğul olmalıdırlar. Onun indiki statusu "Təhsil haqqında qanunda" öz əksini tapmalı idi, lakin bu baş vermədi, zira, mütəxəssislərin bu təkliflərinə Milli Məclisdə məhəl qoyulmadı.

Nəticədə peşə liseyləri şagirdlərin ümumi orta təsili hazırlığını həyata keçirmək hüququnu verən lisenziya almadan fəaliyyət göstərirlər və şagirdləri test etmədən qəbul edirlər. Bununla da dövlət vəsaitləri qanunsuz olaraq mənimsənilir. Bu qanunsuzluq Təhsil Nazirliyinin texniki peşə məktəblərinin fəaliyyətini şagirdlərin peşə təhsilinə yönəltməyi və özünün respublikada icbari doqquzuncu sinif (əsas) təhsilinin tətbiq edilməsi ilə əlaqədar yaranan funksiyasını yerinə yetirməyi bacarmadığından irəli gəlir

 

Rafiq Əliyev

Copyright © 2009 Azerin LLC