Главная / İlk peşə-ixtisas təhsili müəssisələrinin idarəetmə modelinin yaradılması üzrə metodiki tövsiyə.

 

İlk peşə-ixtisas təhsili müəssisələrinin idarəetmə modelinin

yaradılması üzrə metodiki tövsiyə

 

Mündəticat
Giriş
Texniki peşə təhsili sahəsinin tədris-istehsalat sahəsinə çevrilməsi üçün (öz xərcini ödəmə və təsərrüfat hesabı əsasında) zəmin yaradılması
Texniki peşə təhsili tədris-istehsalat birliyinin yaradılması
Nəticə

 

Giriş

İlk peşə-ixtisas təhsili müəssisələrinin təklif olunan idarəetmə modeli ölkənin sosial-iqtisadi inkişafından asılı olmayaraq, birinci növbədə fəhlə kadrlarının hazırlanması prosesinin tam maliyələşməsini öz üzərinə götürmək iqtidarında olmayan, əsasən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi  regionlarda qəbul oluna bilər. Həmin modelin hazırlanmasında vaxtilə müvəffəqiyyətlə fəaliyyət göstərən texniki peşə təhsili Bakı tədris-istehsalat birliyinin təcrübəsindən istifadə edilmişdir. Bu tövsiyələr təklif olunan strukturla Təhsil Nazirliyinin texniki peşə məktəblərini idarə edən bugünkü strukturunun fəaliyyətinin müqayisə olunması prinsipi üzrə şərh edilmişdir.
Texniki peşə məktəblərinin bu idarəetmə modelinin üstünlükləri
- Texniki peşə məktəblərinin əsas vəzifəsi öz xərcini çıxarma və təsərrüfat hesabı əsasında şagirdlərin istehsalat təlimi prosesini təşkil etməkdir.
- Texniki peşə məktəblərinin idarəetmə aparatı öz fəaliyyətini iqtisadi maraqlar prinsipi əsasənda həyata keçirir, onun işçilərinin əmək haqqı dövlət büdcəsi hesabına deyil, bağlanmış müqavilələr əsasında köçürülən vəsaitlərin hesabına müəyyənləşdirilir.
-  Texniki peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi prosesi öz güclərinə və öz vəsaitləri hesabına həyata heçirilir.
-  Texniki peşə məktəbi ilə işə götürənlər arasındakı  dayandırılmış sosial dialoq qarşılıqlı-faydalı iqtisadi münasibətlər əsasında qurulur ki, bu da peşə məktəblərinin məzunlarənın işə düzəlmə məsələsinin həlinin tapılmasına tədricən şərait yaradır.
-  Effektli və keyfiyyətli fəaliyyətlərinə görə texniki peşə məktəblərinin mühəndis-pedoqoji  işçilərinin  stimullaşdırıcı maddi-mükafatlandırma praktikası işə düşür.
- Texniki peşə məktəblərinin büdcələrinin formalaşdırılmasında şəxsi gəlirlərinin payı tədricən artacaqdır.
-  Şagirdlərin peşə təhsilinin təşkilinə istiqamətlənən texniki peşə məktəblərinin bu modeli öz fəaliyyətinin 70%-ni özünümaliyə əsasında həyata keçirməyə qadirdir.

 

1.Texniki peşə təhsili sahəsinin tədris-istehsalat sahəsinə çevrilməsi üçün (öz xərcini çıxarma və təsərrüfat hesabı əsasında) zəmin yaradılması

      Texniki peşə məktəbləri tədris istehsalat ocağıdır bura öz spesifikasına görə ikili xarakter daşımaqla yalnız təhsilin tərkib hissəsindən biri deyil, o həm də məhsul ishehsalçısı qismində çıxış edərək  iqtisadiyyat kompleksinin bəndlərindən biridir. Bu səbəbdən o, bazar iqtisadiyyatı şəraitində yalnız ixtisaslı fəhlə kadrları hazırlayan sistemin bir bəndi olaraq tədris-istehsalat sahəsi kimi - tədris prosesini  birinci növbədə şagirdlərin əmək fəaliyyəti əsasında onların istehsalat təlimini birlikdə həyata keçirən peşə məktəbləri və təsərrüfat hesablı tərəfdaş müəssisələrin korporativ birliyi kimi müvəffəqiyyətlə fəaliyyət göstərə bilər.

1.1. Birgə infrastruktur bölmələrinin yaradılması, istehsalat fəaliyyətində kooperasiya

Texniki peşə məktəblərində fəhlə kadrlarının hazırlanması prosesi bu cür sxemlə həyata keçirilməlidir: öyrənərək istehsal et, gəlir götür. Belə ki, şagirdlərin fəhlə peşələrinə yiyələnmələrinin səviyyəsi tamamilə onların məhsuldar əmək prosesi nəticəsində əldə etdikləri qazancın səviyyəsindən asılıdır. Lakin texniki peşə məktəbi üçün özlərinin bu başlıca vəzifəsini, şagirdlərin əmək məhsuldarlığı sayəsində onların istehsalat təlimi prosesini təkbaşına təşkil etmək: şagirdlərin istehsal edəcəkləri məhsullar üçün çoxsaylı sifarişçilər axtarməq, onları zəruri materiallarla, xammalla təchiz etmək, texniki sənədləri işləyib hazırlamaq, bu məhsulların realizasiyası üçün obyektlər müəyyən etmək çox çətindir. Onun bu işləri yerinə yetirməsi üçün köməyə ehtiyacı var.
Dövlət bunu nəzərə alaraq texniki peşə təhsili ocaqları fəaliyyətə başladıqda şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək, fəhlə kadrları hazırlamaq üçün onlara tərəfdaş-müəssisələr (baza müəssisələri) təhkim edirdi. Bu iş texniki peşə məktəblərində olduğu kimi, eləcə də baza müəssisələrində həyata keçirildi, həm də bu zaman şagirdlər fəhlə peşələrini mənimsəməklə bərabər, özlərinin məhsuldar əməyi sayəsində gəlir əldə edirdilər. Bu prosesdə texniki peşə məktəblərinə keçmiş Dövlət plan komitəsi də kömək edirdi. O, avadanlıq, xammal və materil alınması üçn fond ayırır, eləcə də peşə təlimi prosesi zamanı şagirdlərin məhsul istehsal etməsi üçün sifarişlər verirdi.
Bu, Sosialist iqsitisadiyyatı şəraitində Dövlət tərəfindən səlis tənzimlənən şagirdlərin istehsalat təlimi prosesini birgə təşkil edmək üçün texniki peşə məktəbləri ilə müəssisə və təsisatların korporativ birliyinə - tədris-istehsalat korporasiyasına bənzər bir struktur idi. Lakin bazar iqtisadiyyatına keçməklə bu korporativ birlik yox oldu.
Həyat, təsərrüfat hesablı münasibətləri tətbiq etməklə peşə məktəbləri və müəssisələrin korporativ birliyinin artıq yeni modelinin yaradılmasını tələb edirdi. Bazar münasibətləri bu sahədə hüquqi statuslu texpeşə müəssisələrinin yaradılmasına yol açdı. Bakı şəhərindəki texniki peşə məktəbləri təsərrüfat hesablı birgə müəssisələr - şagirdlərin istehsalat təlimi prosesini birlikdə təşkil etmək məqsədilə tərəfdaş və yardımçı müəssisələr yaratmaq üçün birləşməyə başladılar. Birinci növbədə təlim emalatxanalarında məhsul hazırlanması üçün texniki peşə məktəblərini sifarişlə təmin edən sahələrarası tədris-istehsalt firmaları yaradılaraq işə salındı. Bura şagirdlərin istehsal edəcəkləri nəzərdə tutulan məhsulların texniki sənədlərinin işlənib hazırlanması mərkəzi, metodiki-təlim mərkəzi, istehsal edilmiş məhsulların xüsusi satış obyektləri daxil idi.
Bütün təsərrüfat hesablı müıssisələrin təsisçiləri isə birinci növbədə rexniki peşə məktəbləri və peşə məktəblərini idarə edən struktur olmalı idi. Bu, şagirdlərin istehsalat təlimi prosesini, tədris-istehsalat işlərinin tərtib olunmuş siyahısına müvafiq və birinci növbədə isrehsalat təlimi proqramının mənimsənilməsinə caiz istehsal olunacaq məhsullar üçün emalatxanalara verilən sifarişləri nəzarətə götürməyə imkan verir.
Bu bölmələrlə əməkdaşlıq etmək peşə məktəblərinə yalnız şagirdlərin onlar tərəfindən hazırlanması nəzərdə tutulmuş məhsulun istehsalat təlimi proqramına uyğun olaraq tədris-istehsalat prosesinin təşkili ilə  yaxından məşğul olmağa imkan verir. Təsərrüfat hesablı müəssisələr isə onlar üçün müəyyən olunmuş öhtəlikləri öz üzərlərinə götürərək peşə məktəblərini bu qayğılardan xilas edirlər. Bu cür müştərək əməkdaşlıq yuxarıda qeyd edilən hüquqi şəxslərə, müəssisələrə və peşə məktəblərinə öz büdcələrinin formalaşdırılrmasına yönəli gəlir əldə etməyə imkan verir.
Bu da öz növbəsində şagirdlərin hazırladıqları məhsulun həcminin hiss olunacaq qədər artmasına səbəb olur, necə ki, məsələn, həmin dövrlərdə Bakı texniki peşə məktəblərinin şagirdlərinin istehsal etdikləri məhsulların həcmi SSRİ texniki peşə təhsili sistemi üzrə adambaşına istehsal edilən məhsulların həcmindən 4 dəfə artıq olmuşdur. Şagirdlərin genişlənən istehsalat təlimi prosesi dövlət büdcəsindən əlavə vəsait ayrılmadan tədricən öz xərcini çıxartma və təsərrüfat hesabına keçməklə həyata keçirilirdi. 1988-ci ildə "Xalq ictehlakı mallarının istehsalının artırımasında yüksək nailiyyətinə və şagirdlərin əmək tərbiyyəsində müvəffəqiyyət qazandığına görə" Bakı texniki peşə təhsilinə Ümumittifaq Lenin Komsomolu mükafatı verilmişdir.
Peşə məktəblərinin təlim emalatxanalarının bazasında peşə məktəblərinin kollektivlərinin təsis etdikləri tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxanalar, müəssısələrin filialları kimlərə ki, fəhlə kadrları hzırlanır, birinci növbədə onlat üçün fəaliyyət göstərməyə başladılar. Peşə məktəblərinin tədris-istehsalat bazaları onların profilindən asılı olaraq mini-fabrika, mini-zavod, mini-geyim evi və s. kimi fəaliyyət göstə bilərlər.
Məsələn, Təhsil Nazirliyinin tərkibinə qatılana qədər Bakı tikiş texniki peşə məktəbinin mini fabrikindəki kimi. Burada təlim emalatxanasının bazasında tikiş müəssisəsinin filialı, təsərrüfat hesablı emalatxana, uşaq paltarlarının fərdi tikişi üzrə ately, peşə məktəblərinin sifarişi üzrə sex yaradılmışdır. Öyrədilmə mərhələli şəkildə - sadədən mürəkkəbə doğru, şagirdlərin fəhlə ixtisaslarını mənimsəmə səviyyəsinə uyğun həyata keçirilirdi. Onlar birinci mərhələdə tikiş təlimi emalatxanasında işləyərək peşə məktəblərinin sifarişlərini yerinə yetirməklə yataqxanalar üçün yataq dəstləri, mələfələr, dəsmallar, nisbətən sadə məhsullar hazırlayırdılar. Sonra "Texpeşə geyim" sahələrarası tədris-istehsalat firmasının sifarişlərini yerinə yetirirək nisbətən mürəkkəb məhsullar hazırlanan təsərrüfat hesablı emalatxanasında işləyirdilər. Daha sonra isə onun üçün fəhlə kadrları hazırlanan tikiş müəssisəsinin sifarişlərini yerinə yetirməklə məhsul hazırlayırdılar. Şagird dərzilər isə nəhayət peşə məktəbinin nəzdindəki atelyedə və "Cırtdan"  texpeşə uşaq paltarları evində öyrənirdilər.
SSRİ texniki peşə təhsili sisteminin özü tökmə, dəmirçi, mebel istehsalı üzrə, eləcə də texniki vəsaitlərin hazırlanması üzrə sənaye müəssisələrinə, əyani vəsaitlərə və s. malik üdi. Bu müəssisələr texniki peşə məktəblərinə dəzgah istehsalı üçün tökmə, alətlər düzəltmək üçün qablaşdırıcılar, sonrakı emaldan keçirərək  hazır məhsul səviyyəsinə çatdırılmaq üçün xammal göndərirdilər. Arzu olunandır ki, fəhlə kadrları hazırlayan sistemin özündə, metallokonstruksiya mini-zavodu, ağac emalı və tikiş mini-fabriki, onların filialları isə texniki peşə məktəblərinin emalatxanalarında yaradılsın. Bu nəinki istehsal olunacaq malların çeşidini və miqdarını artırar, eləcə də şagitdlərin peşə hazırlığını həm peşə məktəblərinin özündə, həm də yuxarıda göstərilən istehsalat obyektlərində artırmağa imkan yaradar.
Bütün bunlar istehsalat təlimi prosesinin birgə təşkili üzrə texniki peşə məktəbləri və tərəfdaş müəssisələrinin öz xərcini ödəmə və təsərrüfat hesabı əsasında korporativ birliyinə - ixtisaslı fəhlə kadrları hazırlayan sistemi tədris-istehsalat sahəsinə çevirmiş olar. Texniki peşə məktəbləri (tədris-istehsalat ocaqları) bazar münasibətləri şəraitində yalnız bu strukturun bir bəbdi olaraq müvəffəquyyərlə fəaliyyət göstərə bilər.
Birliyin   bütün   bölmələri   özünümaliyyə   prinsipi   ilə   işləyirlər.
Lakin texniki peşə məktəbləri və tərəfdaş müəssisələrin korporativ birliynin alternativsiz modeli ixtisaslı fəhlə kadrları hazırlayan sistemin Təhsil Nazirliyinin tərkibinə qatılandan sonra təqib olunmağa məruz qadı və ləğv edildi. Həmin andan peşə məktəblərində şagirdlərin istehsalat təlimi dövlət büdcəsinin cüzi vəsaiti hesabına həyata keçirilir ki, bu da onların tədris proqramının bir və ya iki mövzusunu belə öyrənməyə imkan vermir. Bazar iqtisadiyyatı dövründə şagirdlərin istehsalat təlimi fəaliyyətinin yalnız dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi fəhlə kadrlarının hazırlanması prosesini iflasa uğramasına, peşə məktəblərini isə müflisləşməsinə gətirib çıxaran avantüradır.

1.2. Texniki peşə ktəblərinin idarəetmə aparatın kmilləşdirilməsi

Texniki peşə məktəblərinin idarəetmə aparatı da öz fəaliyyətini iqtisadi maraqlar prinsipi əsasənda qurqr. Onun işçilərinin əmək haqqı bağlanmış müqavilələr əsasında onlar üçün yerinə yetirdikləri konkret işlərə görə peşə məktəbləri və təsərrüfat hesablı texpeşə müəssisələri tərəfindən köçürülən vəsaitlərin hesabına müəyyənləşdirilir. Bu cür vəziyyət aparata özünün xüsusi vəsaitinə malik olmaq və sahənin hərtərəfli fəaliyyətini əhatə edə biləcək müqdarda mütəxəssislər cəlb etməklə öz tərkibini müstəqil olaraq genişləndirməyə imkanı verir. Bu həm də texniki peşə məktəbləri ilə təsərrüfat hesablı   müəssisələrinin korporativ birliyinin fəaliyyətinin genişləndirilməsində aktiv iştirak etmək üçün həvəs yaradır. Zira onların əmək haqqı məhz həmin birlik tərəfindən şagirdlərin istehsalat təlimini təşkil etməsi nəticəsində əldə olunan gəlirdən  asılıdır.
Onlar arasında həm birdəfəlik, həm də bir illik müqavilə bağlanır. Bağlanmış birdəfəlik müqavilə əsasənda texniki peşə məktəblərinə məsələn, təlim kabinetləri, emalatxanalar, laboratoriyalar, təsərüfat hesablı tədris-istehsalat emalatxanaları, peşə məktəblərinin tədris-istehsalat firmalarını yaratmaq üçün köməklik göstərilir. Aparatın əməkdaşları peşə məktəblərinin mühəndis-pedoqoji işçiləri ilə birlikdə didaktik (öyrədici, nəsihət edici) materialların, əyani vəsaitlərin, tədris proqramı vəsaitlərinin hazırlanması və peşə məktəblərində tədris prosesinə tətbiq edilməsində  iştirak edirlər, onları səthi və həcmli əyani vəsaitlər, mebellər və s. hazırlamaq üçün sifarişlə təmin edirlər.
Aparat bir illik müqavilə bağlamaqla fəhlə kadrlarının hazırlanması layihə planlarının, şagirdlər üçün istehsalat təlimi planlarının işlənilməsini, təlim emalatxanalarında şagirdlərin istehsal edəcəkləri məhsulların nomenklaturasının müəyyən edilməsini öz üzərinə götürür. O, texniki peşə məktəblərini yeni peşələr üzrə tədris planı, proqramları, dərsliklər, texnili tədris vasitələri, əyani vəsaitlər ilə təmin edir, mühəndis-pedoqoji işçilərin ixtisaslarının təkmilləşdirilməsi üzrə işləri təşkil edir.
Bütün bunlar onların rəhbərlərinə qüvvədə olan qanunvüriciliyə uyğun olaraq təşkilat və müəssisələrlə, indiki halda texniki peşə məktəblərini idarə edən aparatın rəhbərləri ilə müqavilə bağlamağa imkan verən texniki peşə məktəbləri haqda əsasnamə əsasında həyata keçirilir.
Texniki peşə məktəblərini idarə edən bu ictimai-dövlət idarəetmə strukturu öz fəaliyyətində iqtisadi maraqlar və demokiatik əsaslala uzlaşdırır. Burada texniki peşə təhsilinin əsas məsələləri üzrə qərarı texniki peşə məktəblərinin və təsərrüfat hesablı texpeşə müəssisələrinin səlahiyyətli nümayəndələrinin yığıncağı verir. O, texniki peşə təhsilinin inkişafının əsas istiqamətlərini müəyyən edir, texniki peşə təhsilinin inkişafı üzrə məsələləri öyrənərək baxılması üçün şuranın iclaslarına təqdim edən mərkəzi şuranı seçir. Yığıncaq texniki peşə məktəblərini idarə edən aparatla təsərrüfat hesablı texpeşə müəssisələrinin qarşılıqlı münasibətlərini bağıanmış müqavilələr əsasında qurur, onun maliyələşdirilməsi mənbəyini müəyyənləşdirir. Texniki peşə təhsilinin bu cür fəaliyyət modeli onu Təhsil nazirliyinin tərkibinə qatana qədər Bakıda tədris-istehsalat sahəsi kimi müvəffəqiyyətlə həyata keçirilirdi. Lakin  bu təhsil təsisatı onu ləğv etdi.
Texniki peşə məktəblərini idarə edən bugünkü aparat - Təhsil nazirliyinin texniki peşə təhsili şöbəsi isə texniki peşə təhsilinə yabançıdır. O yaradılan vaxt nə bazar münasibətləri şəraitində texniki peşə təhsili ocaqları və müəssisələr ( biznes strukturları) arasında yaranmış münasibətlər, nə də texniki peşə təhsili sisteminin tədris-istehsalat sahəsi olması nəzərə alınmamışdır, müvəffəqiyyətlə fəaliyyət göstərən texniki peşə məktəbləri isə (tədris-istehsalat ocaqları) tamamilə şagirdlərin istehsalat fəaliyyətinin təşkilindən asılıdır.
Bu strukturun məmurları isə bu sahədəki işlərin hansı vəziyyətdə olmasından asılı olmayaraq dövlət büdcəsi hesabına stabil maaş alırlar. Tərkibi 5-6 məmurdan ibarət (daha çoxuna büdcə imkan vermir) olan bu şöbə fəhlə kadrları hazırlayan sisteminin fəaliyyətini hərtərəfli qavramaq, sahəyə təsərrüfat hesablı münasibətləri tətbiq etmək bacarığında deyillər. Ona görə də bazar iqtisadiyyatı şəraitində texniki peşə məktəbləri onların özləri kimi faktiki olaraq yalnız dövlət büdcəsinə "oturublar".  
O, texniki peşə məktəblərini şagirdlərin istehsalat təlimi prosesini təsərrüfat hesabı və öz xərcini çıxarma prinsipi ilə səfərbər etmək bacarığında olmadığı üçün texniki peşə məktəblərinin inkişafını şagirdlərin istehsalat təlimi prosesində əldə etdikləri gəlirlə əlaqələndirməmək kimi sərsəm "ideya" ilə çıxış edir. Bununla da tabeliyində olan strukturları şagirdlərin istehsalat təlimini anomal formaya salmalarına, nəticə etibarı ilə onların fəhlə peşələrini mənimsəyə bilməməklərinə faktiki olaraq təşviq edir.
Bu idarəetmə strukturunun işləmək qabliyyəti olmadığından respublika texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş fərman və qərarların, bağlanılmış müqavilələrin heç biri nəinki yerinə yetirilmir, hətta bu sahənin dağıdılma prosesi davam edir. Eləcə də Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) da yerinə yetirilməmişdir. Texniki peşə məktəblərini idarə edən bugünkü strukturun bacarıqsız olması üzündən həmin proqramın əsas istiqamətlərindən biri olantexniki peşə məktəblərinin idarə erdilməsinin təkmilləşdirilməsihəyata keçirilməmişdir.
Texniki peşə məktəblərinin idarə edilməsinin təkmilləşdirilməsi məsələsi 15 iyun 1999-cu ildə ölkə prezidentinin qərarı ilə təstiq olunmuş "Azərbaycan respublikasının təhsil sahəsində islahat proqramı"nda da öz əksini tapmışdır.  Orada tədris ocaqlarının ictimai-dövlət idarəetmə strukturunun yaradılması nəzərdə tutulurdu ki, Təhsil Nazirliyi bundan da yan keçdi. Göründüyü kimi fahlə kadrları sisteminin Təhsil Nazirliyinin tərkibində tədricən dağılmasının səbəbi onun rəhbərliyinin qeyri pesəkar olmasındadır.

1.3.  Şagirdlərin istehsalat təlimi prosesinin gedişində texniki peşə məktəblərinin maddi-texniki bazasının modernləşdirilməsi

Şagirdlər istehsalat təlimi prosesində tələbata uyğun faydalı məhsullar istehsal etməlidirlər. Ən çox tələb olunan isə tədris ocaqlarının maddi-texniki bazasını avadanlıqlarla təmin edən məhsulardır. Onların hazırlanması üçün birinci növbədə peşə məktəblərinin tədris-istehsalat bazasını (təlim emalatxanalarını) möhkəmləndirmək lazımdır. Bugünkü bu yarıdağıdılmış, yoxsul emalatxanalarda bunu necə həyata keçirəsən?
Bakı peşə məktəblərinin təlim emalatxanalarının modernləşdirilməsi onları Təhsil Nazirliyinin tərkibinə qtana qədər  belə həyata keçirilirdi. Buna rəngsazlıq təlim emalatxanasının timsalında nəzər salaq. Onlar şagirlərin özlərinin hazırladıqlaı məmulatlarla: məhsulu boyama-pult vasitəsilə rəngləmək üçün kabinalar, detalların batırma üsulu ilə rənglənməsi üçün vannalar, hazır məhsulları və ayrı-ayrı elementləri yığmaq üçün taxçalar (stellajlar), məmulatın malalanması və boyanması üçün fırlanan masalar, boyalanmış məmulatların qurudulması üçün qurğu, hazır məhsulların daşınması üçün araba və digər qurğularla təchiz onunurdu. Bu cür işlər paytaxtın bütün elektrik qaynağı, xarratlıq, çilingər, tikiş, tornaçı, qənnadı və s. təlim emalatxanalarında aparılırdı.
Yuxarıda göstərilən və bir çox başqa məmulatları hazırlamaqdan ötrü təlim emalatxanaları üçün mürəkkəb avadanlıqlar tələb olunmur, bu məmulatları hazırlamaq üçün yalnız istehsalat təlimi prosesini təşkil etmək bacarığı tələb olunur. Bu isə texniki peşə məktəbləri ilə tərəfdaş müəssisələrin korporativ birliyi modelinin fəaliyyəti zamanı mümkündür. Peşə məktəbləri tərəfindən təsis edilmiş, hüquqi stasusa malik, öz avadanlıqları ilə peşə məktəblərinin tədris emalatxanalarında yerləşdirinmiş bu müəssisələr tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxanalardır. Yuxarıda göstərilən məmulatlar başlanğıc və sonrakı  dövrlərdə bu təsərrüfat hesablı müəssisələrlə birlikdə onların avadanlıqlarından istifadə etməklə hazırlanmalıdır. Daha sonra məhsulların realizasiyasından əldə olunan vəsairlərin bir hissəsi təlim emalatxanalarının bir qədər mürəkkəb avadanlıqlarla təchiz olunmalarına sərf olunur.
Göründüyü kimi, şagirdlərin istehsalat təlimini kifayət edəcək qədər tam şəkildə əhatə etmək üçün tədris emalatxanalarında maddi-texniki baza yaratmaq işini Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin fəaliyyəti dövründə olduğu kimi, yalnız texniki peşə məktəbləri və tərəfdaş müəssisələrin korporativ birliyi bacarar.
Bu cür fəaliyyət imkan verdi ki, şagirdlərin istehsal etdikləri məhsularln həcmi və siyahısı o cümlədən peşə məktəblərinin avadanlıqla təchizatı da genişləndirilsin. Tədris emalatxanalarını avadanlıqla təchiz etmək üçün şagirdlər vertikal və stolüstü burğu dəzgahları, didici-cilalayıcı, rəndələyici dəzgahlar, xalçatoxuyan dəzgahlar, çilingər dəzgahı, dairəvi mişar, nişanlayıcı ctollar, elektrik qaynaqçıları, suvaqçılar, dülgərlər üşün məşq kabinələri, ustalar üçün iş yerləri, stellajlar, alətlər hazırlayırdılar. Tədris kabinələri üçün bir yerli, iki yerli metal əsaslı şagird stol və stulları, partalar, müəlim üçün pultla idarə olunan texniki təlim vermə vəsaitəsi ilə təchiz olunmuş iş yeri komplekti, metodiki dolablar istehsal edilirdi. Yataqxana otaqları üçün faktiki olaraq bütün mebellər: çarpayılar, çarpayılar üçün dolablar, kitab və paltar rəfləri, asılqanlar, ayaqqbı üçün qutular, stol, stullar hazırlanırdı. Mühəndis-pedoqoji işçilərin rəhbərliyi altında şagirdlər emalatxanalar, siniflər, yataqxanalar, yeməkxanalar və texniki peşə təhsilinin başqa obyektlərini yaradır, təmir və rekonstryksiya edirdilər.
Maddi-texniki bazanın möhkəmləndirilməsi prosesində sahənin böyük ehtiyat imkanlarından bacarıqla istifadə edilir. Bununla sübut olunur ki, bu iş fəhlə kadrları hazırlayan sistrmdə öz gücünə, kənardan fəhlə qüvvəsi cəlb etmədən həyata keçirilir.
Texniki peşə məktəblərinin tədris-istehsalat bazasının möhkəmləndrilməsində Dövlətin iştirakı isə sonradan şagirdlərin istehsalat fəaliyyətindən əldə olunan gəlirlərin hesabına ödəmə şərtilə yalnız zərurət yarandığı halda  bahalı avadanlıqlar almaq üçün əsasən kredir ayırması şəkilində olmalıdır.
Lakin bu gün texniki peşə məktəblərində maddi-texniki baza şagirdlər tərəfindən hazırlanan avadanlıq, mebel, inventar şəkilində yeni heç nə  almır, belə ki, onlar istehsalat təlimi prosesində bu və başqa məhsullar hazırlamağı dayandırıblar. Şagirdlər, mühəndis pedoqoji işçilər texniki peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndrilməsi prosesində faktiki olaraq iştirak etmirlər. Təhsil Nazirliyi təlim emalatxanalarının bazasında fəaliyyət göstərən təsərrüfat hesablı müəssisələri, hansı ki, onların köməyi ilə peşə məktəblərinin madd-texniki bazasını bərpa etmək olardı, ləğv etməklə bu problemi Dövlətin çiyninə qoydu.

1.4.Texniki peşə məktəblərinin və müəssisələrin ( biznes strukturlarının) münasibətlərinin təkmilləşdirilməsi, peşə məktəbləri məzunlarının işlə təmin edilməsi

Texniki peşə təhsili tədris ocaqları əsası qoyulan gündən onlar üçün müəyyən olunmuş konkret müəssisələr (baza müəssisələri) üçün fəhlə kadrları hazırlayırdılar və onlara şagirdlərin peşə təhsilinin təşkili prosesində birgə iştirak etmək tapşırılırdı. Şagirdlərə iş yerləri təqdim edilməklə və əmək haqqı verməklə baza müəssisələrində də təlim keçirilirdi. Təhsilin sonunda peşə məktəblərinin məzunlarını müəssisə işə götürürdü. Bu gün isə fəaliyyət göstərən əsasən kiçik və orta sahibkarlıq subyektləri (biznes strukturları) peşə məktəb şagirdlərinə iş yerləri təqdim etmək, onları xilas etmək (təhsilini axıra çatdırmaq) və onlara əmək haqqı vermək durumunda deyillər.
Texniki peşə təhsili ilə işəgötürənlər arasında sosial dialoq faktiki olaraq yoxdur. Biznes strukturlarının xəbəri olmur ki, hansı peşə məktəbi hansı peşələr üzrə kadr hazırıayır, peşə məktəblərində isə əmək bazarının təlabatı ilə maraqlanmırlar. Dövlət tərəfindən müəyyənləşdirilən iqtisadiyyatın bu və ya başqa sahəsi üçün lazım olan ixtisaslı fəhlə kadrlarının hazırlanmasını təmin etməyi bacarmayan peşə məktəbləri əsasən əmək bazarında bu miqdarda tələb olinmayan ixtisaslar üzrə şagird qəbulunu özləri bildikləri aparırlar. Əksər peşələr üzrə, o cümlədən iqtisadiyyatın sənaye sferası üçün fəhlə kadrlarının yetişdirilməsi dayandırılmışdır. Respublikanın neft və tikinti sənayesində canlanma yaşanır, sənaye müəssisələri güclənirlər. İxtisaslı inşaatçılar, tornaçılar, frezerçilər, çilingərlər, elekrtiklər, neftçilər lazımdır. Ancaq peşə məktəblərində onları əmək bazarının tələb etdiyi səviyyədə hazırlamırlar. Burada əsasən aşpaz, kulinar, ofisiant, barmen, sürücü, avtoçilingər,   kompüter üzrə operator, operator-mühasib, parikmaxer və s. peşələri üzrə şagird qəbulu aparılır. Lazımi maddi-texniki təlim bazasının olmaması səbəbindən onların peşə hazırlığı səviyyəsi əmək bazarının tələb etdiyi səviyyədən çöx uzaqdır. Bu səbəbdən ixtisaslı fəhlə kadrlarının çatışmazlığından daimi problrmlər yaşayan kiçik və orta biznes müəssisələri texniki peşə məktəblərinə onlar üçün ixtisaslı fəhlə kadrları hazırlamaq sifarişi vermirlər.
Bu haqda hər il danışılır, amma heç nə dəyişmir. Bu problemi həll etmək mümkündürmü? Bazar iqtisadiyyatı şəraitində texniki peşə məktəbləri və müəssisələr arasındakı münasibərlər fərqlidir. Onlar şagirdlərin peşə təlimi prosesi üzrə birgə fəaliyyəti yalnız iqtisadi qarşılıqlı mənfəət əsasənda həyata keçirə bilərlər. Texniki peşə məktəbləri və müəssisələrin qarşılıqlı faydalı iqtisadi münasibətlər əsasənda müvəffəqiyyətlə birgə fəaliyyət göstərən modeli onu Təhsil Nazirliyinin tərkibinə qatana qədər Bakı şəhərində həyata keçirilirdi.
Bazar iqtisadiyyatı şəraitində texniki peşə məktəbləri əvvəlki kimi bu və ya digər müəssisənin hamisi rolunda qala bilməz. Ona görə ki, o, öz yetirmələrinə öz divarları arasında istehsalat təlimini tam şəlildə həyata keçirməyə imkan verən maddi-texniki baza yaratmalıdır. Bu cür baza Bakı şəhərinin tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxanalar və başqa təsərrüfat hesablı bölmələri fəaliyyət göstərən texniki peşə məktəblərinin əksəriyyətində mövcud idi. Bu texniki peşə məktəbləri ilə müəssiələrə, biznes strukturlarına imkan yaradırdı ki, onlar şagirdlərin peşə təlimi prosesi üzrə birgə fəaliyyəti iqtisadi qarşılıqlı mənfəət əsasənda həyata keçirsinlər.
1988-ci ildə respublika hökumətinin qərari ilə nazirliklərə, təsisatlara və müəssisələrə peşə məktəblərinin tədris-istehsalat emalatxanalarının bazacında zavod və fabriklərinin, sexlərinin filiallarını yaratmaq, onları avadanlıq və xammalla təchiz etmək, məhsul hazırlamaq üçün peşə məktəblərini mütəmadi olaraq sifarişlə yükləmək tapşırığı da buna şərait yardırdı. Müəssisələr texniki peşə məktəblərinin tədris-istehsalat emalatxanalarının bazacında öz filiallarını yaratdılar. Orada onların özlərinin sifarişi ilə şagirdlər həm tədris proqrqmına, həm də bazarın tələbinə cavab verən məhsul hazırlayırdılar. Müəssisələr öz sifarişlərin yerinə yetirilməsi üçün material, xammal, ləvazimarlar tədarük edir və şagirdlərin istehsalat təliminə çəkilən xərclərin bir hissəsini öz üzərinə götürməklə fəhlə kadrlarının hazırlanmasına təsir edirdilər və bir sıra məzunlara iş yerləri təqdim edirdilər.
Şagirdlərin istehsalat təlimi prosesinin birgə təşkil olunması üzrə texniki peşə məktəbləri və müəssisələrin bu cür əməkdaşlıq modeli peşə məktəbləri məzunlarının kiçik və orta biznes müəssisələrində işə düzəlmə problemlərini daha müvəffəqiyyətlə həll edir. Məsələn, bu baza strukturlarının imkanı var ki, eyni sənət üzrə yalnız bir və ya iki fəhlə qəbil eləsin. Şox  vaxt  kifayət qədər maddi-texniki bazaya malik olmayan  bu müəssisələrin əksəriyyəti işə qəbul edərkən namizədin nəiki kvalifikasiyasına eyni zamanda onun şəxsi istehsal alətinin varlığına da üstünlük verir. Məsələn elektrik qaynaqçısının elektrik qaynağı aparatının olmasına və s.
Şagirdlərin iqtidadi maraqlar üzərində qurulmuş istehsalat təlimi prosesi bu problemi də həlli etməyə imkan yaradır. Peşə məktəblərinin təlim emalatxanalarının bazacında fəaliyyət göstərən müəssisələrin, sahələrarası tədris-istehsalar firmalarının, təsərrüfat hesablı emalatxanaların filallarının hər biri onun sifarişi ilə istehsalat təlimi prosesində məhsul hazırlayan şagirdin əmək haqqını ödəyir.
Beləliklə, şagird seçdiyi sənət üzrə səriştə mənimsədiyi ilk gündən onunla göstərilən bölmələr arasında qarşılıqlı faydalı iqtisadi münasibətlər qüvvəyə minir. Məsələn, qarşılıqlı razılaşma əsasında həmin bölmələr elektrik qaynaqçısı sənətini öyrənən şagirdə sifarişləri yerinə yetirmə prsesində  qazandığı əmək haqqından çəkilən xərcin tutulması şərtilə qaynaq aparatı alırdılar. Bu, şagirdin yüksək əmək haqqı qazanmasına, nəticə etibarı ilə tədris proqrqmını mənimsəməsinə stimul yaradır. Bu eləcə də, elektrik qaynaqçısı şagirdinə imkan verir ki, o işdən kənar vaxtlarda şəxsi sektorda sadə içləri yerinə yetirməklə əlavə qazanc əldə etsin və öz ustalığını təkmilləşdirməkdə davam eləsin.
Nəzərə alsaq ki, əksər peşə sahiblərinin fəhlələri iş zamanı əsasən əllə çalışan avadanlıqlardan istifadə edirlər, o zaman peşə məktəblərinin təlim emalatxanalarının bazasında fəaliyyət göstərən müəssisələr də  ayrı-ayrı peşə öyrənən şagirdlərə elektrik qaynaqçısı kimi, avadanlıq ala bilərlər. Beləliklə onlar hamısı nəinki daha çox işə düzəlmə şansı, eləcə də sahibkarlıq fəaliyyətilə məşğul olmaq imkanı da əldə edirlər.
Təhsil Nazirliyi texniki peşə məktəbləri və müəssisələrin qarşılıqlı iqtisadi mənfəət əsasında birgə fəaliyyət modelini yarada bilərmi? Çox güman ki, bu mümkün deyil. Ona görə ki, bugünkü texniki peşə məktəblərinin madd-texniki bazası çox zəifdir və möhkəmləndirilə bilməz, zira bunu həyata keçirməyə imkan verən model – texniki peşə məktəbləri və təsərrüfat hesablı texpeşə müəssisələrinin korporativ birliyi Təhsil Nazirliyi tərəfindən ləğv edilmişdir. Beləliklə Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən müəssisələr (biznes strykturları) və teniki peşə məktəbləri hərəsi özü üçün yaşayacaqlar və onların yolları çətin ki, kəsişsin.

1.5. Şagirdlərin istehsalat təlimi prosesində onların əmək fəaliyyətinin genişləndirilməsi yolu ilə mühəndis-pedoqoji işçilərin maddi maraqlarının artırılması.

Texniki peşə təhsili sistemində effektli və keyfiyyəti fəaliyyətlərinə görə peşə məktəblərinin mühəndis-pedoqoji işçilərinin əmək haqlarına pul vəsaitləri şəkilində əlavələrin edilməsi praktikası mövcuddur. Məsələn, istehsalat təlimi ustasının əmək haqqı təkcə ştat cədvəli ilə təyin olunmuş maşdan ibarət deyildi, həm də onun rəhbərlik etdyi sagird qrupunun istehsalat təlimi prosesi zamanı qazandıqları məbləğdən faiz şəkilində əmək haqqına edilən əlavə vəsaitdən ibatətdir.
Bunu, yalnız işagirdlərin stehsalat təlimini onların itimai-faydalı məhsuldar əməiy sayəsində təşkil etməklə həyata keçirmək mümkündür. Bu, şagirdlərin stehsalat təlimi prosesinin birgə təşkili üzrə texniki peşə məktəbləri və təsərrüfat hesablı texpeşə müəssisələrinin korporativ birliyi modelinin fəaliyyət göstərdiyi zaman gəlrli ola bilər.
Bir sıra problemlərin həllini birlik öz üzərinə görüəcək və bu ustaya imkan verəcək ki, fikri başqa problemlərə yayınmadan özünün tərtib etdiyi hazırlanma prosesi zamanı tədris proqramını bütövlüklə mənimsəməyə şərait yaradan tədris-istehsalat işlərinin siyahısı əsasında yalnız şagirdlərin istehsalat təliminin təşkili ilə məşğul olsun. Bütün bunları yüksək ixtisaslı təcrübəli istehsalat təlimi ustaları həyata keçirməyə qadirdir.
Texniki peşə təhsili sistemi Təhsil Nazirliyinin təkibinə qatılana qədər Bakıda belə idi. Məhz şagirdlərin gəlir gətirici stehsalat təliminin bu cür təşkili ustanın əmək haqqına müəyyən əlavələr daxil edilməsinə imkan verirdi. Bundan başqa mühəndis-pedoqoji işçilər işdən kənar vaxtlarda peşə məktəblərinin tədris emalatxanalarının bazasında yaradılmış müəssisələrin filiallarında, təsərrüfat hesablı emalatxanalarda işə cəlb edilirdilər. Onların bir çoxu təyin olunmuş okladdan 2-3 dəfə artıq qazanırdılar. Təcrübəli işçiləri, birinci növbədə yüksək ixtisaslı istehsalat təlimi ustalarını texniki peşə məktəblərinə bağlamağın yeganə yolu budur.
Lakin Texniki peşə təhsili sistemini Təhsil Nazirliyinin təkibinə qatıldıqdan sonra təsərrüfat hesablı müəssisələr – şagirdlərin istehsalat təliminin birgə təkil edilməsi üzrə texniki peşə məktəblərinin tərəfdaşları ləğv edildi. Peşə məktəblərinin əksəriyyətində şagirdlərin istehsalat təlimi prosesi formal olaraq aparılır. Şagirdlər orada məhsuldar əməyə cəlb olunmadıqlarına görə ictimai-faydalı məhsullar istehsal etmirlər, bununla da peşə məktəbləri gəlirdən də məhrum olurlar. Ona görə də istehsalat təlimi ustaları əlavə gəlirdən məhrum olurdular və öz təcrübə və bacarıqları müqabilində nəinki az əmək haqqı ilə qalırdılar, elcə də ixtisaslarını itirirdilər. Təcrübəli ustalar peşə məktəblərini tərk edərək  biznes-strukturlarına üz tutdular. Qalanlar isə "çoban" işləyirlər – yalnız müəssisələrdə nizam intizama nəzarət edirlər.
Texniki peşə məktəblərində mühəndis-pedoqoji işçilərin çoxlu miqdarda çatışmamazlığının əsas səbəblərindən biri də elə budur. Texniki peşə məktəblərində işləyənlər isə Almaniya xalq universiteti Beynəlxalq əməkdaşlıq institutunun nümayəndələrinin gəldiyi qənaətə görə müasir təlim prosesinin tələblərinə cavab vermirlər və müasir biliklərin çatışmamazlığı və yeni tədris metodlarının yoxliğu şagirdlərin peşə təhsilinin keyfiyyətinə neqativ təsirini göstərir.

1.6. Texnili peşə məktəbində şagirdlərin tam orta təhsil hazırlığı yerinin müəyyən edilməsi

Texniki peşə təhsili tədris ocaqları hər şeydən öncə şagirdlərə peşə təhsili vermək məqsədilə yaradılmışdır və  tədris proqramna yalnız xüsusi texnologiya və ümumitexniki fənnlər daxil edildikdə və dərs vaxtının 60%-i şagirdlərin istehsalat təliminə sərf olunduğu zaman daha keyfiyyətli idi.
Keçən əsrin 70-ci illərində ümumitəhsil məktəbləri tam orta təhsil proqramını tamam yerinə yetirə bilmədikləri üçün  peşə məktəblərinə "orta texniki-peşə məktəbi" (orta TPM) adı verib ( indiki peşə liseyi) onları da bu işə qoşdular. O vaxt da, indi də ən çox təşvişə salan o oldu ki, peşə məktəblərinin başlıca vəzifəsi - şagirdlərə peşə təhsili vermək arxa plana keçdi. O vaxtlar peşə məktəblərini acınacaqlı vəziyyətdən o çxardı ki, baza müəssisələri peşə təhsili prosesinin təşkilatçlığının böyük hissəsini öz üzərinə götürdü və istehsalatda şagirdlərin fəhlə ixtisaslarını lazımi səviyyəyə qədər çatdırırdı. Bu gün biznes strukturları bunu eləmir. Bu liseylərin özləri 9-cu sinif məzununa eyni vaxtda əmək bazarının tələb etdiyi səviyyədə mürəkkəb peşələr üzrə fəhlə ixtisası və tam orta təsil verməyə qadirdirmi? Yeniyetmələrin özləri bu iki mürəkkəb tapşırığı yerinə yetirməyə qadirdilərmi, axı sirr deyil ki, onların əksəriyyəti bunlardan birinin – ümumtəhsil məktəblərində tam orta təhsil proqramının öhtəsindən gələ bilmədikləri üçün peşə məktəblərinə qəbul olurlar. Təcrübə göstərir ki, Azərbaycan peşə liseylərinin məzunlarının yalnız 10%-dən az hissəsi tam orta təhsil proqramı üzrə test imtahanlarını müsbət verə bilirlər.
Təhsil haqqında qüvvəyə minmiş qanunla pespublikada ümumi orta təhsil icbaridir və vətandaşlar onu dövlət hesabına ala bilərıər. 9-cu sinif məzununa imkan verilir ki, o bu və ya başqa təhsil formasını özü seçsin, Məsələn, texniki peşə təhsili ocaqlarında fəhlə peşəsini öyrənsin Dövlət vəsaiti hesabına tam orta təhsili isə əvvəl alınmış təhsili test vasitəsi ilə müvəffəqiyyətlə imtahan verib təstiqlədikdən sonra ala bilərlər, əks halda isə onu peşə liseylərində, amma öz hesabına almaq olar.
Bu şəraitdə peşə liseylərinin özlərinin də lisenziyası olmalıdır. Onu almaq üçün isə əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə kadrlarının hazırlanmasında konkret göstəricilərə və şagirdlərə tam orta təhsil vermək üçün kifayət qədər maddi-texniki bazaya malik olmalıdırlar. Boynumuza alaq ki, bizim  respublikada beleləri yoxdur.
Lakin lisenziyası olmadan, test etmədən orada şəgird qəbulu aparılır. Bu qanunsusuz fəaliyyətə görə lisey rəhbərliyi, Təhsil Nazirliyi və buna dövlət büdcəcindən vəsait ayıran orqan məsuliyyətə cəlb olunmalıdırlar. Təhsil Nazirliyi nəinki bu qanunsuzluqları dayandırmır, hətta ümumi orta təhsil məktəblərinin vəzifəsini texniki peşə məktəblərinin boynuna əlavə olaraq yükləmədə davam edir. Şafirdlərin ümumiorta təhsil hazırlığı ilə orta məktəblər məşğul olmalıdırlar, onların həm əsas, həm də orta təhsil almış məzunlarına isə texniki peşə təhsili tədris ocaqlarında yalnız əsasən fəhlə peşəsini öyrədən təhsil verilməlidir. Texniki peşə məktəbləri ümumiorta təhsil məktəblərinin əlavəsi olmamalıdırlar. Bu gün Təhsil Nazirliyi peşə liseylərində bisavadlan hazırlayər və bunun üçün dövlt büdcəsindən vəsait almaqda davam edir. Təhsil haqqında qanunun qüvvəyə minməsi ilə texniki peşə təhsili sistemində şagirdlərin ümumiorta təhsil hazırlığı sual altında qalır.

2. Texniki peşə təhsili tədris-istehsalar birliyinin yaradılması

İqtisadi islahatlar, bazar iqtisadiyatına keçid o zamankı texniki peşə təhsili sistemini birdən yaxalamadı. Burada da təsərrüfat hesablı münasibətlərin tətbiq olunmasına başlandı. Tədris-istehsalat prosesinin birgə təşkil olumasında partnyor və köməkçi qismində çıxış edən özünün möhürünə, şəxsi bank hesabına malik hüquqi statuslu texpeşə müəssisələri yaradıldı. Həmin dövürlərdə (15.08.89) qəbul olunmuş  "Texniki peşə məktəbləri haqqında müvəqqəti əsasnamə" də qeyd olunurdu:
"Peşə məktəbləri başqa tədris müəssisələri, idarə və təşkilatlarla korporativ şəkildə birləşərək tədris istehsalat, tədris ticarət-istehsalat firma və birliklər, ayrı-ayrı formalarda işçi və şagirdlərin əmək assosasiyaları yarada bilərlər".
Texniki peşə məktəbləri və təsərrüfat hesablı texniki peşə müəssisələri arasında münasibətləri tənzimləmək sonradan texniki peşə təhsili tədris-istehsalat birlikləri olan belə deyək,  menecer xidmətinin  yaradılmasına zərurət yarandı. Onlar texniki peşə təhsilinin təcrübəli mütəxəssisləri tərəfindən fəhlə kadrları hazırlayan sistemin fəaliyyətini sosialist iqtisadiyyarından bazar iqtisadiyyarına mərhələli və asan şəkildə keçməsi məqsədi ilə yaradılmışdır.
Texniki peşə təhsili tədris-istehsalat birlikliyinin əsas məqsədi – şagirdlərin peşə hazırlığı keyfiyətini hiss olunacaq dərəcədə yüksəltmək. Bu isə iki məsələnin həllini nəzərdə tutur:
- Texniki peşə məktəblərinin maddi-texniki bazasının modernləşdirilməsi və möhkəmləndirilməsi və istehsalat fəaliyyətinin genişləndirilməsi;
- Texniki peşə məktəbləri və sifariçilər – müəssisələr aralarında təsərrüfat hesablı münasibətlərin yaradılması yolu ilə qarşılıqlı məsuliyyət və maddi maraqların gücləndirilməsi.
Birlik hansı üstünlüklərə malikdir?
Birincisi, Təlim-tərbiyə və istehsalat-təsərrüfat funksiyalarının üzvi uzlaşması.
İkincisi, peşə məktəblərinin fəaliyyətində öz xərcini çıxarma elementlərinin gücləndirilməsi, ardıcıl surətdə təssərrüfat hesabına doğru hərəkət etməklə müəllim və şagirdlərin müasir iqtisadi münasibətlərə qoşulması.
Üçüncüsü, mərkəzləşdirilmiş iqtisadi həvəsləndirici fondların formalaşdırılması hesabına sistemin ümumi problemlərinin həllində daha geniş imkanların yaranması (müştərək bölmələrin yaradılması, təssərrüfat fəaliyyətinin koperasiyası, fəhlə peşələrinə yiyələnəcək gələcək mütəxəssislərin səviyyəli yetişdirilməsində işçilərin maddi maraqlarının artırılması).
Tədris-istehsalat birliyi dövlət idarəetmə sisteminin bir hissəsi olaraq texniki peşə məktəblərinin fəaliyyəti üçün tam məsuliyyət daşıdığına görə onun mərkəzi aparatı fəhlə kadrları hazırlayan sistemin inkişaf strategiyası ilə əlaqədar bir sıra funksiyaları özündə saxlayır:
- Texniki peşə təhsili sahəsində vahid dövlət siyasətinin aparılması;
- Respublika texniki peşə təhsilinin inkişaf konsepsiyasının hazırlanması;
- Texniki peşə təhsilinin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi;
- Tədris-istehsalat birliyinin nəzdindəki tədris ocaqlarının, müəssisələrin və başqa bölmələrin təlim-tərbiyə, istehsalat və təsərrüfat fəaliyyətləri üzərində nəzarətin həyata krçirilməsi;
- Texniki peşə məktəblərinin inkişafına və fəliyyətində yeni təsərrüfatçılıq şərainin tətbiqinə ayrılmış büdcə təxsisatının qaydaya salınmasını, planlaşdırılmasını və paylaşdırılmasını təmin edilməsi;
- İxtisaslı fəhlə kadrlarının hazırlanmasında yerli və xaryci təcrübənin ümumiləşdirilməsi və bölüşdürülməsi;
Tədris-istehsalat birliyinin aparatının səlahiyyətlərinə aşağıdakı funksiyalar daxildir:

 

Elmi-metodiki işlər üzrə

- yeni peşələr üzrə tədris plan və proqramların işlənib hazırlanması;
- mühəndis-pedoqoji işçilərinixtisaslarının artırılması üzrə işlərin təşkili
- "Sənət üzrə ən yaxşı", Ən yaxşı təlim kabineti", "Ən yaxşı təlim emalatxanası" konkurslarının təşkil edilməsi, şagirdlərin texniki və bədii yaradıcılığı, peşə məktəbində hazırlanan məmulatların sərgisi.

 

Planlaşdırma sahəsində

 

Ərazi sahələrarası AO fəhlələrinin hazırlığının planlaşdırılıması, göstərişverici orqanların qərarlarının yerinə yetirilməsi. 

ETS-nin sürətləndirilməsində

 

Vahid texniki siyasətin yeridilməsinə cavabdehlik daşıyır.

Maddi-texniki təchizatda

Ayrılmış maddi-texniki resursların texniki peşə məktəbləri üzrə bölüşdürülməsi.

Maliyyə və kredit sahəsində

-Peşə məktəblərinin maliyyələşdirilməsinin layihələr toplusunun tərtib edilməsi        -Birliyin maliyə-istehsalat fəaliyyəti planı və hesabatının təstiq edilməsi

Əmək və əmək haqqı sahəsində

mühəndis-pedaqoji kadrlara olan perspektiv təlabatına uyğun özünün stipendiya alanlarının ali təhsil ocaqlarına və texnikumlara göndərilməsi

Hesabat və hesab sahəsində

Lazımi hesabatları yekunlaşdırıb DSK-ya və Maliyyə Nazirliyinə göndərmək.

Tədris-istehsalat birliyində Büdcədən maliyələşmə yeni normativ qaydalara keçməklə istifadə olunan ümumi resurslar kütləsində məxsusi vəsaitlərin artması ilə əlaqədar inzibati pəhbərlik dərəcəsi azalacaqdır.
Tədris-istehsalat birliyi də öz fəaliyyətini müqaviləli və təsərrüfat-müqaviləli münasibətlər əsasında qurmalıdır. Əsas müqavilə - tədris-istehsalat birliyinin idarəsi və onun bölmələri ilə texniki peşə məktəblərinin münasibətlərini müəyyənləşdirən müqavilədir. Orada birlikdaxili qarşılıqlı münasibətlərin əsas hərəkət xətti müəyyən olinub. Hər bir müqavilə özündə ümumi öhtəliklərdən başqa birlik ilə peşə məktəbi arasında konkret fərdi yanaşma qeyd olunmuş  əlavə razılaşma ehtiva edir. Müqaviləli sistemdə şərtləndirici bənd görüləcək tədbirlərdə birlik müəssisələri ilə peşə məktəbləri arasındakı qarşılıqlı müasibətləri hərtərəfli müəyyən edən razılaşma olur.
Birlik ilkin mərhələdə öz xərcini çıxarma və qismən təsərrüfat hesabı şəraitində fəaliyyət göstərir.
Tədris-istehsalat birliyinin yaradılması işini peşə məktəblərini profillərinə uyğun birləşdirilməsi və onların təsis etdikləri möhür və bankda hesablama hesaı olan hüquqi ststuslu müəssisələrlə - tədris prosesini, birinci növbədə şagirdlərin peşə təhsilini lazımi sıviyyədə təşkil etmək üçün köməkçilərlə birləşdirilməsi ilə başlamaq lazımdır. Bu həm texniki peşə məktəblərinə, həm də müəssisələrə imkan verər ki, yüksək gəlir əldə etsin və texniki peşə məktəblərini idarə edən aparatın fəaliyyəti öz gəlirləri olan texpeşə bölmələri ilə (texniki peşə məktəbləri, təsərrüfat hesablı müəssisələr) iqtisadi maraqlar prinsipi və təsərrüfat hesabı münasibətlərə keçsin. Bununla əlaqədar olaraqa aparat sahənin fəaliyyətini hərtərəfli əhatə etmək üçün  öz tərkibini texniki peşə təhsili mütəxəssisləri ilə lzımi müqdarda müstəqil şəkildə komplektləşdirə bilər.
Özünün şəxsi təsərrüfat hesablı müəssisələrini və texniki peşə məktəbləri ilə korporativ birliyini yaratmaq bütün sistemin problemlərini həll etməyə imkan verər. Nəticədə o tədris-istehsalat sahəsinə şevrilmiş olar, necə ki, olmalıdır. Təsərrüfat hesablı müəssisələrin təsisçiləri texniki peşə məktəbləri və texniki peşə təhsili sisteninin başqa bölməmərinin tədris-istehsalat birliyi olmalıdırlar. Bu cür struktur sagirdlərin istehsalat təlimi prosesinə bütünlükə nəzarət etməyə, təlim emalatxanalarının istehsalat təlimi proqramını tam şəkildə icra etməyə şərait yarada biləcək həcmdə, tədris-istehsalat işlərinin siyahısına uyğun məhsullarım hazırlanmas üçün sifarişlərlə təmin olunmasına imkan verir.
Texniki peşə məktəblərinin təlim emalatxanalarının bazasında peşə məktəblərinin kollektivlərinin təsis etdikləri tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxanalar, müəssısələrin filialları, birinci növbədə o müəssisələrin ki, fəhlə kadrları onlar üçün hzırlanır, işə salınmalıdırlar. Texniki peşə məktəblərinin tədris-istehsalat bazaları onların profilindən asılı olaraq mini-fabrika, mini-zavod, mini-geyim evi və s. kimi fəaliyyət göstərməlidirlər.
Texniki peşə məktəblərini demokratik əsaslarla, iqtisadi maraqlar və təsərrüfat hesabı prinsipi ilə idarə edən bu cür ictimai-dövlət idarəetmə strukturu modelinin tətbiqi əmək bazarının tələb etdiy səviyyədə ixtisaslı fəhlə kadrları hazırlayan sistemin dirçəldilməsinin yeganə, alternativsiz yoludur.

  
Texniki peşə təhsili tədris-istehsalat birliyi haqqıhda
Əsasnamə

  • Ümumi müddəalar

   1.Texniki peşə təhsili tədris-istehsalat birliyi (TİB) inzibati ərazi vahidlərində: vilayətlərdə, şəhərlərdə, respublikalarda yaradılır.
2.Texniki peşə təhsili tədris-istehsalat birliyinin yaradılmasında məqsəd fəhlə kadrlarının ixtisas     dərəcələrini regionların müasir sosial-iqtisadi inkişaf tələbinə uyğun hazırlanması, yenudən hazırlanması,  ixtisaslarının artırılmasından ibarətdir.
3.TİB-in tərkibinə əsas fəaliyyəti ixtisaslı fəhlə kadrlarının hazırlanması, yenudən hazırlanması,  ixtisaslarının artırılması olan, həmçinin əhaliyə pullu xidmət, istehsalat və s.  başqa fəaliyyət növlərini həyata keçirən texniki peşə məktəbləri daxildirlər. TİB-in tərkibinə eləcə də texniki peşə mətəbləri ilə birləşib tədris prosesini birlikdə həyata keçirən hüquqi şəxs statusina, möürünə, banda hesablama hesabına malik texpeşə bölmələri və müəssisələri daxildirlər.  Sərbəst statusa malik olmayan ictehsalat bölmələri də TİB-in tərkibinə daxil  ona bilərlər. Bunlara münasibətə birlik yuxarı təşkilat kimi fəaliyyət göstərir.
4.Tədris-istehsalat birliyinin fəaliyyəti tədricən TİB ilə ona daxil olan təşkilatlar arasında, eləcə də təşkilatlatın özləri arasında bağlanmış müqavilə sistemi əsasında həyata keçirilir.
5. Birlik birinci mərhələdə qismən öz xərcini çıxarma prinsipi ilə, sonradan tam təsərrüfat hesabı ilə vahid təlim-tərbiyə və təsərrüfat-istehsalat kompleksi kimi fəaliyyət göstərir.
6.Tədris-istehsalat birliyi aşağıdakı məsələləri həll edir:

  • iqtisadiyyatın ixtisaslı fəhlə kadrlarına olan tələbatını təmin olunması;
  • peşə məktəblərininin təlim-tərbiyə və təsərrüfat-istehsalat fəaliyyətinin inteqrasiyası hesabına şagirdləri müasir iqtisadi münasibətlərə qoşmaqla fəhlə kadrlarının hazırlıq dərəcəsinin artırılması;
  • ixtisaslı fəhlə kadrlarının hazırlanmasında təsərrüfat hesablı münasibətlərin tətbiq olunması üzrə eksperiment aparmaq.

   7. Tədris-istehsalat birliyi aşağıdakı funksiyaları həyata keçirir;

  • tabelikdə olan tədris ocaqlarının maddi-texniki təçhizat, illik və perspektiv inkişafı plan layihələrini tərtib edir;
  • texniki peşə məktəblərinə şagirdlərin cari və perspektiv qəbul planını təstiq edir;
  • texniki peşə məktəblərində müəssisə və təşkilatların tədric-isrehsalat işləri üzrə fəaliyyətlərini koordinasiy edir;
  • tabeçiliyində olan tədris ocaqlarında fəhlə və mütəxəssislərin təhsil, yenidən hazırlanma və ixtisa artırma qiymətini təyin edir;
  • öz səlahiyyətləri çərçivəsində metodiki-dərslik və elmi ədəbiyyat işləyib hazırlayır, təstiq və dərc edir, elmi-texniki informasiya ilə təmin edir.
  • tabelikdə olan tədris ocaqlarının və başqa subyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə tədbirlət işləyib hazırlayır;
  • birliyin gəlir və xərcləri üzrə plan layihəsi işləyib hazırlayır və təstiq olunmaq üçün təqdim edir;
  • tədris ocaqlarının və başqa struktur bölmələrin istehsalat və korporativ fəaliyyət planını təstiq edir;
  • birliyin və onun tabeçiliyində olan digər bölmələrin maliyə-təsərrüfat fəaliyyətlərinin təlilini həyata keçirir, onların iqtisadi fəalyyətlərinin yaxşılaşdırılması üçün tədbir görür;
  •  maliyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu aparır və mühasibət və ststistik hesabatların müəyyən olunmuş qaydada təqdim edilməsini təmin edir.

    8.Tədris-istehsalat birliyi özünün tədris-istehsalat, sosial-mədəni bazasını genişləndirmək məqsədilə tikinti təşkilatlarını, məişət və kommunal xidməti müəssisələrini, eləcə də  birliyin əsas vəzifələrini yerinə yetirməyə kömək edən baqa müəssisə və təşkilarlarını yaratmaq, zəruri hallatda onları yenidən təşkil etmək və müəyyən olunmuş qaydada ləğv etmək hüququna malikdir.
9.TİB öz fəaliyyətini mövcud qanunvericilik, hazıtki əsasnamə və başqa hormativ aktlar əsasənda qurut.

2.Tədris-istehsalat birliyinin strukturu və idarə olunması
    10.Birliyin ali idarə etmə orqanı onun tərkibinə daxil olan texniki peşə məktəblərinin və başqa təşkilatların səlahiyyətli nümayəndələrinin yığındağıdır. Yığıncaq birliyin tədris-istehsalat və sosial-mədəni fəliyyəti məsələləri üzrə qərar qəbul etmək səlahiyyəti olan mərkəzi şurasını seçir.
11.Birliyin rəisi

  • bütün müəssisə və təşkilatlarda birliyin nümayəndəliyini təmsil edir;
  • birliyin üzərinə qoyulmuş vəzifə və öhtəliklərin yerinə yetirilməsində şəxsi məsuliyyət daşıyır;
  • maliyə sənədlərini imzalamaq hüququna malikdir və birik üzrə kreditlərin sərəncam vericisidir;
  • öz səlahiyyətləri daxilində əmrlər, təlimatlar, göstərişlər verir və onların yerinə yetirinməsnə nəzarəti təşkil edir;
  • tədris ocaqlarının rəhbərıərinin əmr və göstərişlərinin icrasını dayandırır, mövcud qanunvericiliyə zidd olduğu halda ləğv edir; 
  • birliyin idarəetmə aparatının strukturunu tərtib edir, birliyin idarəetmə aparatının işçilərini və tabeçiliyində olan bölmələrinin rəhbərlərini təyin edir və vəzifədən azad edir;
  • texniki peşə təhsili məsələlərini müzakirə etmək üçün müəyyən olunmuş qaydada aktivlərin müşavirəsini çağırır;
  • xüsusi fərqlənmiş işçilərə fəxri adların verilməsinə, dövlət mükafatı ilə mükafatlandırılmasına müəyyən olunmuş qaydad təqdim etmək.

   12.Təşkilati-təsərrüfat məsələlətinin həll edilməsi və tədris-metodiki və təbiyəvi işlərin kordinasiyası üşün texniki peşə məktəblərinin şagirdləri ilə TİB-nin idarəetmə aparatı yaradılır. İdarəetmə aparatı peşə məktəblərinin və başqa təşkilatların təsərrüfat müqavilələri əsasında köçürmələrin hesabına təmin olunur.
3.Birliyin əmlakı
   13.Birliyin əmlakı şəxsi özünün föndunundan, dövriyyə vəsaitlərindən, ehtiyat başqa fondlardan ibarətdir.
14.Birlik təkrar istehsal və sosial məsələlərin işgüzar əsaslarla həll olunması üçün mərkəzləşdirilmiş fondlar yaradır. Tutulmaların normativ məbləği və mərkəzləşdirilmiş fondlar, onlardan istifadə qaydası səlahiyyətli nümayəndələrin yığıncağı ilə müəyyənləşdirilir.
15.Birliyin tədris ocaqları və başqa bölmələri onların sərəncamında saxlanılan uzunmüddətli normativlər üzrə əldə olunan gəlirdən fondlar yaradırdılar. Təsəttüfat hesabı formasını texniki peşə məktəbləri və müəssisələrin kollektivləri birliyin rəhbərliyi ilə razılaşdırmaqla özləri seçirlər.
16.Birlik artıq qalan avadanlıqları, materialları, yanacağı tədris ocaqları və bölmələr arasında bölmək və onlara görə hesablaşmaq qaydasını müəyyən etmək hüququna malikdir.

4. Elmi-metodiki işlər sahəsində hüquq və öhtəliklər
17.Birlik:

  • texniki peşə məktəblərini plan və proqramlarla, dərsliklərlə, metodiki ədəbiyyatla, əyani dərs vəsaitləri və texniki təlim vəsaitləri ilə təmin edir;
  • mühəndis-pedoqoji işçilərin qabaqcıl təcrübələrini ümumiləşdirir və yayır;
  • texniki peşə məktəblərinin mühəndis-pedoqoji işçilərin ixtisaslarının artırılması işini təşkil edir;
  • texniki peşə məktəblərində tədris prosesinin planlaşdırılması və təşkil olunmasına kömək edir;
  • mühəndis-pedoqoji işçilərinə tədris prosesinin bütün aspektləri üzrə məsləhət verir;
  • məmulatın təklif olunan nomenklatursının tədris planının tələblərinə uyğunluğunu ekspertizə edir;
  • tədris-tədqiqat işləri plan layihəsini və onların yerləşdirilməsi variantlarını işləyib hazırlayır;
  • gənclərlə peşəyönümlü işlər aparılmasında köməklik göstərir.

5. Planlaşdırma sahəsində hüquq və öhtəliklər
     18.Birlik:

  • peşə məktəblərinin təklifləri əsasında orada ixtisaslı fəhlə kadrlarının hazırlanması üzrə plan-layihələr hazırıayır;
  • direktv orqanlarının elmi tədqiqat hesablamaları əsasında onların territorial və sahələrarası perspektiv təlabatına uyğun fəhlə kadrlarının hazırlanmasını planlaşdırır;
  • müəssisələrlə bağlanmış müqaviləyə uyğun peşə məktəblərinin ixtisaslaıdırılmasını, koperativləşməsini planlaşdırır və sahələrarası fəhlə kadrlarının hazırlanmasını koordinasiya edir;
  • tədris-istehsalat fəaliyyəti planlarını təstiq və koordinasiya edir;

6. Elmi-texniki tərəqqinin sürətləndirilməsində hüquq və öhtəliklər
19.Birlik texnili peşə təhsili ocaqlarında ixtisaslı fəhlə kadrlarının hazırlanması, yenudən hazırlanmasında elmin, texnikanın və qabaqcıl təcrübənin  ən yeni nailiyyətlərinin istifadəsini təmin edir, peşə məktəblərində şagirdlərin elmi-texniki yaradıcılığını inkişaf etdirir.
20.Birlik vahid texniki siyasətin aparılmasına cavab verir, məhsulun yeni model və çeşidinin layihələndirilməsi ilə məşğul olur, peşə məktəblərində hazırlanan məhsilların texniki şərtini və işçi çertyojlarını hazırlayır, təcrübə nümunələrinin hazırlanmasına müəllif nəzarətini həyata keçirir, material məsrəf-normasını, məhsulun vaxtında hazırlanması üçün zəruri alətlərin siyahısını, qurğu və ləvazimatların çertyojlarını işləyb hazırlayır; məmulatı nəqədər zəhmət tələb etdiyini müəyyən edir, standarta uyğun norma və təlabatın yerinə yetirilməsində nəzatəti həyata keçirir.

7. Maddi-texniki təchizat və satış sahəsində hüquq və öhtəliklər
21.Birlik:

  • təhsil ocaqlarının və baıqa bölmələrin maddi və nəqliyyat vasitələrinə olan təlabatını və onarın təminat mənbələrinin axtarıb tapılmasını təmin edir;
  • maddi-texniki resurslar texniki peşə məktəbləri arasınds bölüşdürür;
  • əsas istehsal fondlarının effektiv istifadə olunmasını analiz edir;
  • istifadə olunmayan və artır avadanlıqları, nəqliyyat vasitələrini və başqa resursları müəyyən olunmuş qaydada bölüşdürür;
  • artıq qalmış maddi sərvətləri tədavül edir;
  • peşə məktəblərinin emalatxanalarında istehsal olunmuş məhsulların satışını təşkil edir.

8.Maliyə və kredit sahəsində hüquq və öhtəliklər
   22.Birlik:

  • peşə məktəbləri və müəssisələr, peşə məktəbləri və TİB-in idarəsi arasında təsərrüfat hesablı münasibətlərin inkişafına yönəlmiş maliyə-iqtisad işini tədris ocaqlarında və başqa bölmələrdə mükəmməlləşdirir;
  • peşə məktəblərinin qarılıqlı əlaqəli maliyələşdirilmə planlarını tərtib edir;
  • birliyin maliyə-istehalat fəaliyyəti plan və hesabatını təstiq edir.

   23.Birlik hüquqi şəxs ststusundan faydalanır, üzərində tabe olduğu birlik və təşkilatın adı yazılmış möhürə , müstəqil balansa və bahkda öz  hesabına malikdir.
  
24.Birliyin bank hesabına daxil olur:

  • dövlət büdcəsindən texniki peşə təhsili sisteminin inlişafına və cari təlabatının ödənilməsinə ayrılmış vəsaitlər;
  • fəhlə kadrlarınınhazırlanması, yenudən hazırlanması,  ixtisaslarının artırılması işini yerinə yetirdiyinə görə ödənilən vəsaitlər;
  • banklardan alınan kreditlər;
  • texniki prşə təhsili tədris müəssisələri və təsərrüfat hesablı texpeşə müəssisələrinin gəlirlərindən tutulmalar;
  • sahələr, müəssisələr, təşkilatlar və ayrı-ayrı şəxslər tərəfindən könüllü keçirilmiş vəsaitlər.

   25.Birlik peşə məktəblərinin təsərrüfat hesablı texpeşə müəssisələrinin gəlirlərindən, istehsalat və sosisl infrastruktur obyektləri yaratmaq üçün onlar arasında bağlanmış müqaviləyə müvafiq işgüzar əsaslarla keçirilmiş vəsaitləri xüsusi hesabda toplayır.

9. Yeni məhsul istehsalının stimullaşdırılması və qiymət qoyma sahəsində hüquq və öhtəliklər
26.Birlik təsərrüfat bölmələrini çox zəhmət tələb edən məhsulların müəyyən olunmasında, onlara kolkulyasuya və qiymət layihəsinin tərtib edilməsində, tədris- istehsalat işlərinin siyahısı üzrə vaxt normasının hesablanmasında konsultasiya edir.
27. Elmi-texniki prosesin tələbləriinə uyğun və defisit mallar üzrə əhalinin təlabatını ödəyən məhsul istehsalını stimullaşdırmaq üçün qiymət artırma layihəsi hazırlayır.

10. Əmək və əmək haqqı sahəsində hüquq və öhtəliklər
   28.Birlik "Baza məktəbi – TPM – mühəndis-pedoqoji texnikum - mühəndis-pedoqoji fakultə - ixtisas artırma" sistemi üzrə fasiləsiz mühəhdis-texniki təhsil sisteminin fəaliyyətini təmin edir.
29. İdarəetmə aparatının struktur və ştatını, təminat xərclərini birliyin texniki peşə məktəblərinin və başqa bölmələrinin səlahiyyətli nümayəndələrinin yığcağının seçdiyi mərkəzi şurası təstiq edir. Birlik idarəetmə aparatının işçilərinin əmək haqlarını əmək şəraitinə münasib təyin edir.
30.Birlik aşağıdakı hüquqlara malikdir:

  • öz fondunun 2%-ni aşmamaqla idarənin əmək haqqı ehtiyat fondu yaratmaq;
  • mühəndis-pedoqoji işçilərin və yüksək kvalifikasiyalı fəhlələrin vəzifə maaşlarına və maaş dərəcələrinə əmək haqqı fondunu aşmamaqla artırmalar etmək.

11. Hesabat və uçot sahəsində hüquq və öhtəliklər
   31.Birlik müəyyən olunmuş müddətdə zəruri hesabat işlərini alır, ümumiləşdirir və yuxarı təşkilatlara göndərir.
32.Birlik ilk statistik və maliyə hesabatlarının dürüstlüyünə nəzarət edir.

12. yenidən təşkil olunma və fəaliyyətinə xitam verilməsi
   33.Tədris-istehsalat birliyinin yenidən təşkil olunma və fəaliyyətinə xitam verilməsi müəyyən olunmuş qaydada yuxarı təşkilatın qərarı ilə icra olunur.
34. Tədris-istehsalat birliyinin yenidən təşkil olunma və fəaliyyətinə xitam verilməsi zamanı işdən azad olunmuş işçilərə mövcud əmək qanunvericiliyi ilə müəyyən olunmuş hüquqlarına təminat verilir.
35.TİB-nin borcları ödənildikdən sonra qalmış əmlakı bölüşdürülür.

 

Nəticə
   Təhsil Nazirliyinin tərkibində texniki peşə təhsili sistemi elə vəziyyətə salınmışdır ki, o de-yure mövcuddur, de fakto əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə kadrlarları hazırlayan sistem kimi fəaliyyətini dayandırmışdır. O faktiki olaraq dövlət xəzinəsindən qanunsuz vəsaitlər çəkmək hesabına mövcuddur.
Bunun baş vürməsi birinci növbədə onunla əlaqədardır ki, yuxarı təşkilatlar (kuratorlar) oradakı işlərin real durumunu öyrənməyə maraq göstərmirlər. Təhsil Nazirkliyindən tələb etmirlər ki, peşələr özrə fəhlə kadrları hazırlamaq üçün uyğun maddi-texniki bazası olmayan texniki peşə məktəblərinə şagird qəbulunun aparılmasını, lisenziyası olmayan liseylərə isə şagirdlərə ümumi orta təsil verməyi qadağan etsin. Bu aksiya ona gətirib çıxarar ki, peşə məktəblərinin çoxu şagird kontingentsizliyi ilə üzləşə bilər, qalanlrında isə 10%-i aşmaz. İstisna deyil ki, Təhsil Nazirliyi ixtisaslı fəhlə kadtları hazırlayan sistemin tabutuna axırıncı mıxı vurmaqla "texniki peşə məktəbləri yoxdur- problem də yoxdur" prinsipi ilə qurulmüş çoxillik fəaliyyətini başa vurmuş olar.
Azərbaycanın fəhlə kadtları hazırlayan sistemni xilas etmək  yalnız onu Təhsil Nazirliyinin tərkibindən çıxarmaqla mümkündür. Yada salaq ki, texniki peşə məktəbləri tədris prosesininin təşkili üzrə texniki peşə məktəbləri və tərəfdaş müəssisələrin korporativ birliyi - bazar münasibətləri şəraitində ixtisaslı fəhlə kadtları hazırlayan sistemin bir bəndi olaraq müvəffəqiyyətlə fəaliyyət göstərə bilən tədris-isrehsalat ocağıdır. Məhz təklif etdiyimiz model, texniki peşə məktəblərinin mövcud daxili ehtiyatlarını işə salıb özünün bütün problemlərinin həllini öz üzərinə götürən texniki peşə təhsili tədris-istehsalat burliyini - texniki peşə məktəblərinin idarəetmə modelini təmsil edir.
Müasir əmək bazarının tələb etdiy səviyyədə ixtisaslı fəhlə kadrları hazırlayan sistemin dirçəldilməsinin yeganə, alternativsiz yolu texniki peşə məktəblərini demokratik əsaslarla, iqtisadi maraqlar və təsərrüfat hesabı prinsipi ilə idarə edən ictimai-dövlət idarəetmə strukturu modelinin tətbiqdir.

 

 

Copyright © 2009 Azerin LLC