Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


05.08.2010


Texniki peşə təhsili sistemi necə dağıdılır?



"Təhsil haqqında" qanun işə düşdükdən sonra texniki peşə məktəbləri Təhsil Nazirliyinin tərkibində özünüməhvə məhkumdur

(Əvvəli ötən saylarda)

Qanun liseyləri məhv edir?

Milli Məclisdə uzun sürən müzakirələrdən sonra qəbul olunmuş "Təhsil haqqında" qanunda nəzərdə tutulur ki, respublikamızda 9 sinif təhsili (ümumi orta təhsil) icbaridir. Beləliklə, qabaqkı kimi əsas təhsil yenə də dövlət hesabına həyata keçiriləcək. Bundan sonra 9-cu sinif məzununa imkan veriləcək ki, təhsilini davam etdirməyin bu və ya baçqa formasını özü seçsin. Məsələn, texniki peşə məktəbində oxuyub fəhlə peşəsini öyrənmək. Bunun üçün 9-cu sinif təhsili kifayət edir. öz növbəsində, dövlət, əvvəllərdə olduğu kimi, daha texniki prşə məktəblərindən tələb etməyəcək ki, onlar məzunlara tam orta təhsil attestatı versin. Texniki-peşə məktəbləri ilk öncə peşə təhsili vermək məysədilə yaradılıb və tədris proqramında ixtisas, ümumtexniki və istehsalat təlimi dərsləri keçirilməsi nəzərdə tutulur.

Keçən əsrin 70-ci illərində ümumtəhsil məktəbləri məcburi tam orta təhsil proqramını yerinə yetirə bilmədikləri üçün "partiya və hökumət" bu vəzifəni texniki-peşə məktəblərinə də sırımışdı. Hətta ona belə bir ad da qoymşudu- "orta texniki peşə məktəbi" (indiki liseylər). O vaxtkı kimi, indi də ən çox təşvişə salan odur ki, peşə məktəblərinin başlıca vəzifəsi - şagirdlərə peşə təhsili vermək arxa plana keçdi. O vaxtlar acınacaqlı vəziyyətdən o çxartdı ki, baza müəssisələri peşə təhsili prosesinin təşkilatçlığının böyük hissəsini öz üzərinə götürdü. Sonradan tədris prosesinin təşkili üçün peşə məkrəblərinin məxsusi köməkçi partnyor müəssisələri yaradıldı.

***

Lakin Təhsil Nazirliyi texniki peşə təhsili sisteminin onun tərkibinə qatılandan sonra yaradılmış tədris-istehsalat mexanizmini işlədə bilmədiyi üçün onları ləğv elədi. Bugünkü texniki-peşə məktəblərində şagirdləri ictimai-faydalı əməyə cəlb etmədən "öyrədirlər". Bunun nəticəsi olaraq ixtisaslı fəhlə kadrlarının hazırlanmasından söhbət belə gedə bilməz. Beləliklə, Bakı şəhərində əksər peşələr üzrə, o cümlədən iqtisadiyyatın sənaye sferası üçün fəhlə kadrlarının yetişdirilməsi dayandırılmışdır. Təhsil Nazirliyinin rəhbərliyi texniki peşə məktəblərini qondarma peşəyönümlü adı altında ümumtəhsil məktəblərinə çevirərək əslində şagirdlərin ümumtəhsil hazırlığını ortaya qoyur. Bu cür yalançı peşəyönümlü məktəblərinə şagirdləri cəlb etmək məqsədilə onlara "təmtəraqlı" lisey statusu da verir. Bununla belə, bu liseylərə ümumtəhsil məktəb məzunlarının real ehtiyyatının 6%-i gəlir. Şagirdlər bu liseylərə ona görə gəlmirlər ki, orada nəinki əmək bazarının tələb etdiyi səviyyədə peşə öyrədilmir, hətta lazımi səviyyədə ümumi təhsil də verilmir. İndiki Proqramın əsas istiqamətlərindən biri: texniki peşə təhsili sisteminin ictimai statusunun yüksəldilməsi bu cür yerinə yetirilir.

"Təhsil haqqında" qanunda 9-cu sinif məzunun peşə liseylərində peşə təhsili ilə yanaşı, həm də ümumi orta təhsil almaq imkanının olması nəzərdə tutulur. üç qiymətlərlə oxuyan, əvvəllər "tpm"çilər adlandırılan bu şagirdlər həm orta təhsili, həm də əmək bazarının tələb etdiyi səviyyədə fəhlə ixtisaslarını müvəffəqiyyətlə mənimsədiklərini test vasitəsilə təstiqləyə bilərlərmi? Aydındır ki, əksəriyyət bunu edə bilməz. Deməli, onlar peşə liseylərində orta ixtisas təhsili ocaqlarındakı (texnikum) kimi öz hesablarına oxumalıdırlar. Onlar bunu edəcəklərmi? Şübhəsiz liseylərin özlərinin də həm ixtisaslı fəhlə kadrlarını hazırlamaq, həm də ümumi orta təhsil vermək hüququ almaq üçün akreditasiyadan keçmələri lazımdır. Onlar güclü maddi-texniki və əmək bazarının tələb etdiyi ixtisaslı fəhlə kadrlarının hazırlanmasında, eyni zamanda şagirdlərə ümumi orta təhsil verməkdə konkret göstəricilərə malik olmalıdırlar. Boynumuza alaq ki, bizim respublikada belələri yoxdur. Deməli, "Təhsil haqqında" qanunun işə düşdükdən sonra dövlətin ümumən təhsilə ayırdığı vəsaiti israf edən həm ixtisaslı fəhlə kadrlarını hazırlamaq, həm də ümumi orta təhsil vermək hüququ almaq üçün akreditasiyadan keçməyən lisensiyasız liseylər məsuliyyətə cəlb olunmalıdırlar. Dövlət büdcəsindən vergiödəyənlərin hesabına yığılmış vəsaiti mütəmadi olaraq onlara ayıran orqan da məsuliyyət daşımalıdır. Belə çıxır ki, vergiödəyiciləri vəsaiti uşaqlarının gələcəkdə yarımçıq fəhlə, deməli, işsiz qalmaları üçün ödəyirlər.

Fəhlə kadrlarının hazırlanması sahəsində dağıdılma prosesi davam edir, amma pespublikada buna hamı göz yumur.

"Təhsil haqqında" qanun hər şeyi öz yerinə qoyacaq. Respublikanın peşə liseylərinin gələcək fəaliyyəti sual altında olan həqiqi vəziyyətləri üzə çızacaq. Bəs onların gələcək taliləri necə olacaq?

2009-cu ilin dekabr ayında təhsil naziri Misir Mərdanov 6 ¹-li Bakı texniki peşə liseyinin 40 illiyinə həsr olunmuş mərasimdəki çıxışında peşə məktəblərinin direktorlarını xəbərdar etdi ki, "Azərbaycan Təhsil Nazirliyi hərtərəfli müqavimət göstərir ki, texniki peşə məktəblərinin əraziləri təyinatı olmayan məqsədlərlə istifadə olunmasın və əgər texniki peşə məktəblərinin əraziləri peşə məktəblərinin özləri tərəfindən istifadə edilməzsə, onlar başqaları tərəfindən tutula bilər".

Acı təcrübəyə əsaslanaraq əminliklə demək olar ki, respublikanın təhsil naziri bu prosesə müqavimət göstərdiklərini bəyan edərkən fəndgirlik edirdi, çünki texniki-peşə məktəbləri Təhsil Nazirliyinin tərkibinə qatılandan sonra Bakı şəhərinin texniki peşə məktəblərinin yarıdan çoxu ləğv edilərək binaları kənar təşkilarlara verilmişdir. Elə Təhsil Nazirliyinin özü Bakı şəhərinin texniki peşə məktəblərinin birində yerləşdirilmişdir. Şübhə yoxdur ki, bu proses davam edəcək. Doğrudan da belə olacaq. çünki "Təhsil haqqında" qanun işə düşdükdən sonra peşə liseylərinin fəaliyyəti faktiki olaraq dayandırılmalıdır.

Fəhlə kadrları hazırlayan sistemi ancaq öz işi ilə - şagirdlərin peşə təhsili prosesini təşkil etməklə məşğul olan texniki peşə məktəblərini sərbəst idarəçi struktur yaratmaqla xilac etmək mümkündür.

Şagirdlərin ümumtəhsil hazırlığı ilə orta məktəblər məşğul olmalıdırlar. Peşə məktəblərində həm ümumi orta təhsilli, həm də tam orta təhsilli məktəb məzunlarina fəhlə peşələri öyrədilməlidir. Rusiyanın texniki peşə təhsili sahəsində lider olan Tatarıstanda işlər məhz belə qurulub. Peşə məkrəbləri umumtəhsil məktəblərinin əlavəsinə çevriləndə isə vəziyyət Azərbaycandakı kimi olur.

Bəs Təhsil Nazirliyi ilə bunu etmək mümkündürmü? O, texniki peşə təhsili sisteminin onun tərkibinə qatılandan sonra müəssisələrlə peşə məktəblərinin qarşılıqlı faydalı əməkdaşlıq mexanizmini ləğv edərək texniki peşə məktəblərində istehsalat təlimi prosesini anomal formaya saldığından fəhlə kadrlarının hazırlanmasından söhbət gedə bilməz.

"Təhsil haqqında" qanun işə düşdükdən sonra texniki peşə məktəbləri Təhsil Nazirliyinin tərkibində özünüməhvə məhkumdur.

Fəhlə kadrları hazırlayan sistemi peşə məktəblərini idarə edən iqtisadi maraqlar prinsipi və demokratik əsaslarla sərbəst fəaliyyət göstərən ictimai-dövlət strukturu yaratmaqla xilas etmək mümkündür.

Belə bir idarəetmə strukturu üç təhsil təsisatının birləşməsindən sonra yaradılmışdır. Respublika hökuməti 1985-ci ildə yaradılmış Baki Tədris-istehsalat Birliyinin təcrübəsini yaymaq məqsədilə 28 iyun 1989-cu il tarixli sərəncamı ilə Respublika Təhsil Nazirliyinin nəzdində texniki-peşə təhsili Eksperimental Tədris-itehsalat Birliyini yaratdı. Bu, texniki peşə təhsili sisteminin fəaliyyətini sosialist iqtisadiyatından bazar iqtisadiyyatına mərhələli şəkildə rahatcasına kecməsi ilə səciyyələndirilirdi. Lakin nazirliyin tez-tez dəyişən maarifçi rəhbərləri istehsalatı və texniki peşə məktəblərinin istehsalat fəaliyyətini heç də dərindən bilmədikləri üçün özlərini əziyyətə salıb tədris-istehsalat birliyinin mahiyyətinə varmadan onu nazirliyin tərkibində sıxışdırmağa başladılar.

***

Amma Nazirlər Kabinetinin özünün verdiyi sərəncamın Təhsiı Nazirliyinin pəhbərilyi tərəfindən yerinə yetirilməməsinə sakitcə göz yumması şəraitində mübarizə aparmaq mümkün deyildi. Beləliklə, növbəti nazir F.Cəlilov həmin birliyi 7 may 1993-cü ildə ləğv etdi. Bu, texniki peşə təhsili sisteminin məhv olunmasına aparan böhranın başlanğici oldu.

Neçə ki, bu sistem Təhsil Nazirliyinin tərkibindədir, texniki peşə məktəblərini idarə edən strukturun özünü ya da onun rəhbərliyini dəyişməklə texniki peşə təhsili sistemini dağılmaqdan xilas etmək mümkün deyil. Nəhayət, bunu başa düşməyin vaxtı çatıb.

Bakı texniki peşə təhsili mütəxəssislərinin müstəqil təşəbbüs qrupu tərəfindən bazar iqtisadiyyatı şəraitində Azərbaycanda peşə məktəblərini idarə edən alternativsiz idarəetmə strukturunun layihəsini işləyib hazırlamışdır. Bu modelin əsasını Nazirlər Kabinetinin Təhsil Nazirliyinin nəzdində texniki-peşə təhsili Eksperimental Tədris-itehsalat Birliyini yaradarkən keçmiş təsərrüfat hesablı Baki Tədris-istehsalat Birliyinin təcrübəsi təşkil edir.

***

Təkcə ümid etmək qalır ki, Nazirlər Kabineti dövri KİV-də dəfələrlə səsləndirilən təklifləri eşidəcək və texniki peşə təhsili sistemində özünün yaratdığı tədris-istehsalat birliyinin ləğv edilməsinin hüquqi cəhətdən qanuniliyini araşdıraraq bu strukturu müstəqil tədris-istehsalat birliyi (korporasiyası) şəklində bərpa edəcək. çünki bu sahənin bazar iqtisadiyyatı şəraitində uğurlu fəaliyyətini təşkil edib, onu iflasdan xilas etmək yalnız bu yolla mümkündür.

Rafiq Əliyev, Texniki Peşə Təhsili Mütəxəssisləri təşəbbüs qrupunun rəhbəri

Copyright © 2009 Azerin LLC