Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


25.09.2010


Texniki peşə məktəblərini necə xilas etmək olar?



Texniki peşə məktəblərinin idarəetmə srtukturu haqqında

Fəhlə kadrlarının hazırlanması sahəsindəki böhran bu sahənin müstəqil olmamasından və 1988-ci ildə keçmiş üç təhsil təsisatlarının birləşməsi nəticəsində yaradılaraq elm və təhsil nazirliklərinin şöbəsi səviyyəsinə endirilmiş texniki peşə məktəblərini idarə edən strukturun qeyri- mükəmməlliyindən irəli gəlir. .


Halbuki bu sistem yarandığı gündən əvvəlcə Texniki Peşə Təhsili Baş Komitəsinin (TPTBK), sonra Dövlət Əmək Ehtiyatları Komitəsinin və nəhayət, Texniki Peşə Təhsili üzrə Dövlət Komitəsinin himayəsi altında, lakin sərbəst sahə kimi fəaliyyət göstərmişdir. Texniki peşə məktəblərini idarə edən indiki struktur peşə məkrəblərini ümumtəhsil məktəbləri ilə bərabər tutur. Lakin peşə məktəbləri tədris-istehsalat müəssisəsidir və məhsul istehsalçısı qismində çıxış etməklə eyni zamanda həm təhsil sahəsinə, həm də iqtisadiyyat kompleksinə daxildir.

Texniki peşə məktəblərində tədris müddətinin 60%-dən çoxu ictimai-faydalı məhsuldar əmək üzərində qurulmaqla istehsalat fəaliyyətinə ayrılır və qazanılan vəsaitlərin səviyyəsi şagirdlərin tədris proqramını, eləcə də fəhlə peşəsini necə mənimsəmələrinin göstəricisi hesab olunur. Bu prosesi müvəffəqiyyətlə təşkil etmək üçün peşə məktəbləri tərəfdaşlara və köməkçilərə möhtacdırlar. çünki onlarsız material, xammal, sifariş axtarışları, istehsal olunan məhsulların texniki sənədlərini işləyib hazırlanmaq və satışını təşkil etmək çətindir.

Sovet dövründə fəhlə kadrlarını texniki peşə məktəblərində birgə hazırlamaq üçün tərəfdaşları dövlət özü təyin edirdi. Onlardan ən başlıcası baza müəssisələri idi. Baza müəssisələrinin əsasnaməsində peşə məktəbləri şagirdlərinin əmək haqqı ayrılmaqla öz obyektlərində istehsalat təcrübəsini təşkil etmək nəzərdə tutulurdu. Peşə məktəbini bitirən məzunları o özü işə götürürdü ki, istehsalatda onların peşə hazırlığı dərəcələrini tələb olunan səviyyəyə çatdırsın. Göründüyü kimi həmin dövrlərdə tədris-istehsalat korporasiyasına oxşar bir model - fəhlə kadrlarının hazırlaması prosesini birgə təşkil edə biləcək birlik - texniki peşə məktəbləri ilə müəssisələrin birliyi fəaliyyət göstərirdi. Lakin ötən əsrin 80-ci illərində iqtisadi islahatarın başlanması ilə baza müəssisələrinin də özünümaliyyə və təsərrüfat hesablı idarəetmə sisteminə keçid prosesi başlandı və onlar tərəfindən peşə məktəblərinə göstərilən köməklik faktiki olaraq dayandırıldı. Dövlətin özü də onların inkişafını kifayət qədər təmin edə biləcək vəsit ayıra bilmədi. Peşə məktəbləri öz təşəbbüsləri ilə özlərinin profil və maraqlarına uyğun birləşməyə başladılar. Belə ki, məsələn, Lvovda tikiş peşə məktəbləri birləşərək təsərrüfat hesablı "Prestij" tədris-istehsalat birliyini, Leninqradın tikinti peşə mətəbləri "Uçprofstroy" tədris-istehsalat birliyini yaratdılar. Bakıda isə "Texpeşə" adlı belə bir struktur yaradıldı. Onun tərkibində hüquqi statuslu müəssisələr təsis edildi ki, onlar da şagirdlərin peşə təhsili prosesini birlikdə təşkil etmək üçün texniki peşə məktəbləri ilə korporatv cəmiyyətdə birləşdilər.

1988-ci ildə hər üç tədris-istehsalat birliklərinə Lenin komsomolu mükafatı verilmişdir. Onları dəstəkləmək qərara alındı. Bu "Texniki peşə məktəbləri haqqında" əsasnamədə də (Uçitelskaya qazeta.15.08.89) öz əksini tapmışdır. II fəslin (Tədris-tərbiyə prosesi) 15-ci bəndində qeyd edilirdi: "Texniki peşə məktəbləri, o cümlədən başqa təhsil ocaqları və müəssisələri ilə korporativ şəkildə birləşərək tədris-istehsalat, tədris-satış-istehsalat firmaları və birlikləri, işçilərlə şagirdlər bu və ya başqa formada əmək assosiasiyaları yarada bilərlər.

Tədris proqramına uyğun olaraq istehsalat təlimi dərslərində şagirdlər sənaye və kənd təsərrüfatı məhsulları, xalq istehlakı malları hazırlayaraq, əhaliyə cürbəcür xidmətlər göstərə bilərlər."

Məhz şagirdlərin ictimai- faydalı, məhsuldar əməyi gələcək fəhlələrin peçə hazırlığı və tərbiyəsində tədrisin bütün mərhələlərində mühüm əhəmiyyət kəsb edir. 1988-ci ildə Moskvada keçirilən ümumittifaq müəllimlər qurultayında texniki peşə təhsilində tədris-istehsalat birliklərinin yaradılmasını və iş təcrübələrini SSRİ-nin regionlarında yaymaq qərara alınmışdır.

24 fevral 1989-cu ildə Azərbaycan hökumətinin ünvanına belə bir məzmunda məktub daxil olmuşdur: "Hazırda SSRİ Dövlət Təhsili Komitəsi texniki-peşə məktəblərinin ərazi tədris-istehsalat birliklərinin inkişaf etdirilməsi və təcrübəsinin yayılması üçün tədbirlər görür. Bu məsələ ilə bağlı Dövlət Komitəsinin əmri hazırlanır. Bakı tədris-istehsalat birliyi (TİB) 1985-ci ildə yaradılıb və artıq peşə məktəblərinin təsərrüfat islahatları şəraitində, praktik fəaliyyətinin müasir əsaslarla təşkili sahəsində müəyyən təcrübə qazanmışdır. Azərbaycan SSR texniki-peşə məktəblərinin idarəetmə strukturunun təkmilləşdirilməsi məsələsinə baxılarkən "SSRİ Dövlət Peşə təhsili Komitəsinin himayəsi altında eksperiment aparan Bakı Tədris-istehsalat Birliyinin müstəqil statusunun saxlanması barədə təkliflərimizi nəzərə almağınızı xahiş edirik" Bu müraciət onunla səciyyələnirdi ki, o vaxt bazar iqtisadiyyatı münasibətlərinin yarandığı bir vaxtda peşə məktəblərini daha səmərəli idarə etməyin yollarının axtarılmasında Bakı ilk aparıcı zonalardan biri kimi seçilmişdir.

1989-cu ildə Azərbaycan respublikası və Krasnoyarsk vilayət texniki peşə təhsili tədris-itehsalat birlikləri hüquqi səxs statusu aldilar. Bu fəhlə kadrları hazırlayan sistemi mərhələli səkildə rahatcasına sosialist iqtisadiyatından bazar iqtisadiyyatına kecməsi üçün real imkanların olması ilə şəciyələndirilirdi. Lakin keçmiş sovet respublikaları müstəqillik qazanandan sonra onlarda yaradılan təhsil təsisatlarına basşçılıq edən, sırf maarifçilər iqtisadi islahatlrın başlanması ilə əlaqədar texniki peşə təhsili sistemindəki yuxarıda göstərilən proseslərdən xəbərləri olmadığından təsərrüfat hesablı tədris-istehsalat birlikləri diqqətdən kənarda qaldılar. Sosialist təsərrüfatı sistemindən miras qalmış yalnız neqativ meyl - əsasən dövlət büdcəsi hesabına işləmək meyli qəbul olundu. Azərbaycan Təhsil Nazirliyi də onun tərkibində fəaliyyət göstərən tədris-istehsalat birliyini ləğv etməklə istisna olmadı. Bu da respublika peşə məktəbləri böhranının başlanğıcı oldu.

Bazar iqtisadiyyatı şəraitində fəhlə kadrları hazırlayan sistem yalnız müstəqil struktur kimi müvəffəqiyyətlə işləyə bilər. Bu, texniki-peşə məktəblərini demokratik əsaslar və iqtisadi maraqlarla idarə edən ictimai-dövlət idarəetmə struktu - tədris-istehsalat birliyidir (Korparasiyasıdır). Bu cür strukturun layihəsi yuxarıda göstərilən təşəbbüs qrupu tərəfindən hazırlanır. Bu modelin əsasını mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən keçmiş təsərrüfat hesablı Baki tədris-istehsalat birliyinin təcrübəsi təşkil edir. www.proftex.az internet saytında rus dilində təklif olunan "İstoriya odnoy inisiativı. Proftexşkola - vçera, seqodnya. Zavtra?" ("Bir təşəbbüsün tarixi.Texpeşə məktəbləri - dünən, bu gün. Sabah?") kitabçası bu birlik haqqında mütəxəssislərin və jurnalistlərin məqalələrindən ibarət yazıların toplumu şəklində tərtib olunmuşdur.

Baki texniki peşə təhsili tədris-istehsalat birliyi
(Şagirdlərin peşə təhsilinin təşkili prosesi sxemlərdə əks edilmişdir)

ötən əsrin 80-ci illərində iqtisadi islahatarın başlanması texniki peşə məktəblərinin köhnə qaydada işləməsinin mümkünsüzlüyü haqda bir siqnal oldu. Və bu zaman Bakı texniki peşə təhsili sistemində təsərrüfat hesablı fəaliyyət prinsiplərinin tətbiqi məsələsi dayandı. Yuxarıda qeyd edildiyi kimi təsərrüfat hesablı texpeşə müəssisələri - tədris prosesini birlikdə təşkil etmək üçün peşə məktəblərinin partnyorları yaradılmağa başlandı. Onlar arasında qarşılıqlı münasibətlər sistemini təkmilləşdirmək məqsədilə 1985-ci ildə Bakı şəhərinin texniki-peşə məktəblərinin səlahiyyətli nümayəndələrinin yığıncağinda yuxarıda göstərilən müəssisələri peşə məktəbləri ilə korporativ cəmiyyətdə birləşdirən Tədris-istehsalat birliyi yaradıldı. Onun strukturunda ilk dəfə olaraq sahələrarası tədris-istehsalat firmaları, şagirdlər tərəfindən istehsal olunan məhsulların texniki sənədlərinin işlənib hazırlanması mərkəzi, istehsal edilmiş məhsulların satış obyektləri, metodik təlim mərkəzi və bu kimi başqa bəndlər daxil edilmişdir.

Bakı texniki peşə məktəbləri və təsərrüfat hesablı texpeşə bölmələrinin birgə fəaliyyəti sxemi:


Texniki sənədləri işləyib hazırlayan mərkəz peşə məktəblərinin sifarişi əsasında təlim emalatxanalarında şagirdlər tərəfindən hazırlanan məhsulların bütün texniki sənədlərini, məmulatların yığılması və hazırlanması üçün lazım olan qurğuların və ləvazimatların çertyojlarını, eləcə də eyni vaxtda tədris-istehsalat işlərinin siyahısının texnoloji xəritələini hazırlayır və sınaq nümunələrinin hazırlanmasında müəllif nəzarətini həyata keçirirdi.

Tədris-metodik mərkəzi peşə məktəblərinin mühəndis-pedaqoji işçiləri üçün keçirilən metodik bölmələrə rəhbərlik edir, onlara tədris-istehsalat işlərinin siyahısının tərtib edilmək üçün metodiki və əyani vəsaitlər hazırlanmasında köməklik göstərirdi. Texpeşənin məhsul satışı və məişət xidməti obyektlərinə "Gənc fəhlə" mağasa-salonu filialları ilə, "Cırtdan" uşaq paltarları evi, "Məşəl" kafesi və başqaları daxil idilər. Burada məhsulların satışı ilə yanaşı həm də hazırlanan məhsullara təlabat öyrənilirdi. Hər birinin təsisçiləri tədris-istehsalat birliyi və texniki peşə məktəbləri olan sahələrarası tədris-istehsalat firmaları təlim emalatxanalarını istehsalat sifarişləri ilə təmin edirdilər.

“Texpeşəmaş” sahələrarası tədris-istehsalat firmasının təsisçiləri:


Belə bir model imkan yaradırdı ki, tədris-istehsalat birliyi peşə məktəblərində şagirdlərin istehsalat təlimi prosesinə və emalatxanaları tədris-istehsalat işlərinin siyahısına uyğun sifarişlərlə təmin olunmasına nəzarət edə bilsin.

Tikinti peşə məktəbləri ilə “Texpeşə-tikinti” sahələrarası tədris-istehsalat firmasının birgə fəaliyyəti sxemi:


Kulinar-satış texniki peşə məktəbində şagirdlərin istehsalat təlimi prosesinin təşkili sxemi:


Maşınqayırma texniki peşə məktəblərində şagirdlərin istehsalat təlimi prosesinin təşkil edilməsi sxemi:

Hüquqi şəxs statusuna, möhür və bankda öz hesablarına malik olan bu müəssisələr şagirdlərin istehsalat fəaliyyətlərinin maliyyələşdirilməsinin bir hissəsini öz üzərlərinə götürürdülər. Misal üçün kulinar-satış peşə məktəbində şagirdlərin istehsalat təlimi prosesi istər məktəbin təlim emalatxanasında, istərsə də texpeşənin yaratdığı "Məşəl" kafesində, "Gənc gəhlə" mağaza-salonunun nəzdindəki kafedə, peşə məktəblərinin yeməkxanalarında və başqa obyektlərdə özünümaliyyə prinsipi əsasında aparılırdı. Bu təsərrüfat hesablı obyektlərdə şagirdlər kulinariya və konditer məmulatları hazırlayırdılar və onların satışından əldə olunan vəsaitə isə lazımi miqdarda ərzaq alınırdı. Bu isə öz növbəsində istehsalat təlimi proqramında nəzərdə tutulan müxtəlif çeşidli xörəklər, məmulatlar hazırlamağa imkan yaradırdı.

Tikinti-quraşdırma texniki peşə məktəbinin şagirdlərinin istehsalat təlimi prosesinin təşkili sxemi:

Avto-nəqliyyat texniki peşə məktəbində şagirdlərin istehsalat təlimi prosesinin təşkili sxemi:

Respublika hökumətinin 18 oktyabr 1988-ci ildə qəbul etdiyi qərarda nəzərdə tutulurdu ki, şagirdlər tədris mebellərinin, inventarların, məktəbli forması və uşaq paltarlarının istehsalını, qənnadı məmulatlarının bişirilməsini artırsınlar və peşə məktəblərinin obyektləri əhaliyə pullu xidmət şəbəkəsini genişləndirsinlər.

Tədris-istehsalat emalatxanalarının bazasında peşə məktəblərinin kollektivlərinin təsis etdikləri tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxanalar, müəssısələrin filialları fəaliyyət göstərməyə başladılar. Onların tədris-istehsalat bazaları peşə məktəbinin peşə yönümünə uyğun faktiki olaraq mini-fabrika, mini-zavod, mini-geyim evi və s. kimi fəaliyyət göstərirdilər. Bütün bunlar mürəkkəb peşələr üzrə geniş profilli fəhlə kadrlarının hazırlanmasına imkan yaradırdı. Buna əyani misal olaraq 82 saylı Bakı texniki peşə məktəbinin tikiş mini fabrikini göstərmək olar. Burada peşə məktəbinin kollektivinin səyi ilə tikiş müəssisəsinin filialı, təsərrüfat hesablı emalatxana, şagird koperativi, uşaq paltarlarının fərdi tikiş atelyesi, peşə məktəblərinin sifarişi üzrə sex yaradılmışdır. Şagirdlərin öyrədilməsi mərhələli şəkildə onların fəhlə ixtisaslarını mənimsəmələrinə uyğun həyata keçirilirdi. Onlar birinci mərhələdə tikiş təlimi emalatxanasında peşə məktəblərinin sifarişlərini yerinə yetirməklə yataqxanalar üçün yataq dəstləri, mələfələr, dəsmallar, fəhlə paltarları və nisbətən sadə məhsullar hazırlamaqla ilkin vərdişlərə yiyələnirdilər. Sonra nisbətən mürəkkəb məhsullar hazırlanan təsərrüfat hesablı emalatxanalarda, daha sonra isə müəssisələrin sifarişi ilə məhsul hazırlamaq üçün tikiş müəssisəsinin filial-emalatxanasında işləyirdilər. Dərzi şagirdlər isə nəhayət, peşə məktəbinin nəzdindəki atelyedə və "Cırtdan" texpeşə uşaq paltarları evində öyrənirdilər. Bir sıra şagirdlər isə dərsdən xaric vaxtlatda şagird koperativində öz ixtisaslarını təkmilləşdirirdilər.

Tikiş texniki peşə məktəbinin mini-fabrikində şagirdlərin istehsalat təlimi prosesinin təşkili sxemi:


Bakıda texniki peşə məktəbləri ilə müəssisələrin qarşılıqlı-faydlı iqtisadi əsaslara söykənən birgə əməkdaşlığının keyfiyyətcə yeni modeli tətbiq edilmişdir. Buna nazirlikləri, təsisatları və müəssisələri texniki peşə məktəblərinin istehsalat təlimi emalatxanalarının bazasında sex, zavod və fabriklərin filiallarını yaratmaq, lazımi avadanlıqlarla, materiallarla, xammalla təchiz etmək və məhsul hazırlamaq üçün peşə məktəblərinə müntəzəm olaraq sifarişlər vermələrini öhdəsinə qoyan respublika Hökumətinin qəbul etdiyi yuxarıda göstərilən qərarı da imkan yaradırdı. Bu, birinci növbədə müəssisələrin istehsalat sifarişlərinin hazırlanmasından əldə olunan gəlirlərin hesabına peşə məktəblərinin istehsalat fəaliyyətlərinin hiss olunacaq səviyyədə genişlənməsinə imkan yaratdı. Bu sifarişləri peşə məktəblərinin təlim emalatxanalarında, öz sifarişlərini isə onların obyektlərində yerləşdirməklə bu müəssisələr şagirdlərin istesalat təlimi prosesini təsərrüfat hesabı prinsipləri əsasında birgə təşkil edilməsinə cəlb olunurdular. özü də bu prosesi təşkil etmək üçün sərf olunan vəsaitin yarıdan çox hissəsi müəssisələrin payına düşürdü.

Özünümaliyyə əsasında texniki peşə məktəbləri və təsərrüfat hesablı bölmələrinin şagirdlərin istehsalat təliminin birgə təşkili sxemi:


Şəxsi sektor yeni dövrlərdə böyük rol oynamağa başladı. Lakin əsasən ilk vaxtlarda yaranmış kiçik və orta biznes strukturları texniki peşə məktəbləri ilə qarşılıqlı faydalı münasibətlər qurarkən peşə məktəblərində fəhlə kadrlarının hazırlanması prosesinin maliyyələşdirilməsinin hamısını yox, yalnız bir hissəsini öz üzərlərinə götürə bildilər. Ona görə də keçmiş illərdən fərqli olaraq texniki peşə təhsili sistemi məcburdur ki, fəhlə kadrlarının hazırlanması prosesinin tamamilə sistemin özünün hüdudları daxilində həyata keçirsin. 80-ci illərin sonlarında Bakı şəhəri texniki peşə məktəbləri özlərinin gücli maddi-texniki bazalarını yaradıb, baza müəssisələrinin də rolunu öz üzərinə götürərək, şagirdlərin peşə hazırlığı prosesinin tamamilə sistemin özündəcə həyata keçirilməsini təmin etdi. Texniki peşə məktəbləri tədris-istehsalat ocaqları kimi fəaliyyət göstərməyə başladllar. Bütün bunlar imkan yaradırdı ki, şagirdlərin istehsalat təlimi prosesi zamanı istehsal etdikləri məhsulun həcmi onların tədris-istehsal proqramını tam mənimsəyə biləcəkləri səviyyəyə çatdırsın, tədricən dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etməklə şagirdlərin peşə hazırlığı prosesi özünümaliyyəyə keçsin. Həmin dövrlərdə Bakı texniki-peşə məktəblərinin şagirdlərinin tədris emalatxanalarında hazırladıqları məhsulların həcmi hər bir şagirdə görə SSRİ texniki peşə təsili sisteminin orta göstəricilərindən 4 dəfə artıq olmuşdur. İstehsal olunan məhsulların satışından əldə olunan gəlir şagirdlərin əmək haqlarına, mühəndis-pedogoji işçilərin əmək haqlarına əlavə və başqa məqsədlərə sərf edilirdi. Məxaricin ən mühüm bəndi texniki peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirulməsi idi. Şagirdlər istehsalat təlimi ustalarının rəhbərliyi altında fənn kabinetləri, emalatxanalar, yataqxanalar, yeməkxanalar və başqa obyektləri yaradır, yenidən qurur və təmir edirdilər. Bakı texniki peşə məktəbləri üçün alınan avadanlıqların dəyərinin 40%-i şagirdlərin istehsalat fəaliyyətindən qazanılan gəlirlərin hesabına ödənilirdi. İstehsalat təlimi prosesi zamanı şagirdlərin böyük həcmdə məhsul istehsal etməklə əldə etdikləri gəlirlər istehsalat təlimi ustalarının əmək haqlarına onların rəhbərlik etdikləri qrupun qazancından faiz şəkilində yüksək əlavələr etməyə imkan verirdi. Bütün bunlar şərait yaradırdı ki, onlar müəyyən olunmuş maaşdan 2-3 dəfə artıq qazansınlar. Bazar iqtisadiyyatı şəraitində təcrübəli mühəndis pedaqoji işçiləri texniki peşə məktəblərinə bağlayan, sınaqdan çıxmış, yeganə stimullaşdırıcı amil budur.

Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin strukturu:


Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin “parlamentinin” strukturu:


Bu gün tədris-istehsalat birliyinin xüsusi əhəmiyyəti nədən ibarətdir? Birinci, təlim-tərbiyə və təsərrufat-istehsalat fünksiyalarının üzvi surətdə ahəngdar olması. İkincisi, texniki peşə məktəblərinin fəaliyyətində təsərrufat hesabına ardıcıl hərəkət edərək özü öz xərcini ödəməsi. üçüncüsü, iqtisadi həvəsləndirici fondların formalaşması hesabına (birgə infrastruktur bölmələrin yaradılması, istehsalat fəaliyyətində kooperasiya, işçilərin iqtisadi maraqlarının yüksəldilməsi) sistemin ümumi problemlərinin həllində daha geniş imkanların olması.

Texniki peşə məktəblərini necə xilas etməli

Kecmiş sovet respublikaları müstəqillik qazanandan sonra onlarda yaradılan təhsil təsisatlarına başçılıq edən, sırf maarifçilər iqtisadi islahatlrın başlanması ilə əlaqədar texniki peşə təhsili sistemindəki yuxarıda göstərilən proseslərdən xəbərləri olmdığından təsərrüfat hesablı tədris-istehsalat birlikləri diqqətdən kənarda qaldılar. Sosialist təsərrüfatı sistemindən miras qalmış yalnız neqativ meyl - əsasən dövlət büdcəsi hesabına işləmək meyli qəbul olundu. Azərbaycan Təhsil Nazirliyi də onun tərkibində fəaliyyət göstərən tədris-istehsalat birliyini ləğv etməklə istisna olmadı. Bu da respublika peşə məktəbləri böhranının başlanğıcı oldu. Bazar iqtisadiyyatı şəraitinda fəhlə kadrları hazırlayan sistem yalnız müstəqil struktur kimi müvəffəqiyyətlə işləyə bilər. Bu, texniki-peşə məktəblərini demokratik əsaslar və iqtisadi maraqlarla idarə edən ictimai-dövlət idarəetmə strukturu - tədris-istehsalat birliyidir (Korporasiyasıdır). 2009-cu ilin mayında Minskdə (Belorus) MDB dövlətlərinin təhsil təsisatlarının rəhbərləri "Texniki peşə təhsili və dayanıqlı inkişaf üçün təhsil" beynəlxalq konfransında bir araya gəldilər. Bu forum təhsil təsisatlarının yaxın vaxtlarda həll etməyi planlaşdırdıqları məsələləri müəyyən etdi. Orada söhbət possovet dövlətlərində texniki peşə təhsili sisteminin yaşamasından, bu planda onların biri-birilərini necə tamamlamaqlarından, onlar arasında qarşılıqlı əlaqələrin necə qurulmasından gedirdi. Qeyd olundu ki, təhsil bu dövlətlərin hər birində müstəqil olaraq inkişaf edir, hər birinin öz meyl, tendensiyası və milli ənənələri var. Amma bu heç də məsələyə ümumi yanaşmanı istisna etmir.

Bakı texniki peşə təhsili mütəxəssislərinin müstəqil təşəbbüs qrupu bazar iqtisadiyyatı şəraitində Azərbaycanda peşə məktəblərini idarə edən alternativsiz idarəetmə strukturunun layihəsini işləyib hazırlamışdır. Texniki peşə təhsili sistemi hər bir dövlətin özünə xas olan sosial-idtisadi xüsusiyyətləri şəraitinə uyğun qurulur. ümumi sosialist sistemindən miras qalmış possovet məkanında bu şəraitlər əsas parametrlərinə görə hələ ki, eyni olaraq qalmaqda davam edir. Ona görə də hesab edirik ki, qrup tərəfindən işlənib hazırlanmış model MDB ölkələrinin hər birində tətbiq oluna bilər.

Təşəbbüs qrupu tərəfindən hazırlanan Azərbaycanda texniki peşə təhsilinin fəaliyyət modeli layihəsi Nazirlər Kabinetinə təqdim ediləcəkdir. Təkcə ümid etmək qalır ki, onun yaratdığı texniki peşə təhsili tədris-istehsalat birliyinin ləğv edilməsinin hüquqi cəhətdən qanuniliyi araşdırılacaq. Həmin layihə bəyənildiyi halda texniki peşə məktəblərini idarə edən bu modelin yaradılması prosesini peşə məktəblərini profil və maraqlarını nəzərə almaqla təsis etdikləri bankda hesaba və möhürə malik hüquqi statuslu müəssisələrlə- tədris prosesini, birinci növbədə peşə təhsilini lazımi səviyədə təşkil etmək üçün partnyorlarla birləşdirilməsindən başlamaq lazımdır. Nəticədə həm peşə məktəblərinə, həm də müəssisələrə yüksək gəlir əldə etmək üçün şərait yaranar. Bu texniki peşə məktəblərini idarə edən aparatın fəaliyyətini texpeşə bölmələrinin bağlanmış müqavilələr(texniki peşə məktəbləri ilə, təsərrüfat hesablı müəssisələrlə) əsasında görülmüş işlərdən əldə olunmuş gəlirlər hesabına iqtisadi maraqlar və təsərrüfat hesabı prinsipinə yönəltməyə imkan yaradar. Ona görə də o sahənin fəaliyyətini hərtərəfli əhatə etmək üçün öz tərkibini texniki peşə təhsili mütəxəssisləri ilə sərbəst şəkildə lzımi müqdarda komplektləşdirə bilər. Sistemdə fərqli təyinatlı təsərrüfat hesablı digər xüsusi müəsissələr və korporativ cəmiyyət şəkilində öz texniki peşə məktəbləri ilə birləşmiş birliklərin təsis edilməsi bütün sistemin problemlərini həll etməyə imkan yaradar. Bütün bunlar texniki peşə təhsili sistemini tədris-istehsalat sahəsinə çevirər, necə ki olmalıdır. Bu strukturda təlim emalatxanalarında şagirdlərin məhsul hazırlamaları üçün sifarişləri, onların texniki sənədlərini hazırlayan mərkəzi, metodiki-təlim mərkəzi, istehsal edilmiş məhsulların satışı obyektləri (mağaza, kafe, geyim evi və s.) ilə təmin edən sahələrarası tədris-istehsalat firmaları hərəkətə gətirilməlidir. Texniki peşə məktəblərinin təlim emalatxanalarının bazasında peşə məktəblərinin kollektivlərinin təsis etdikləri tədris-istehsalat firmalarının filialları, təsərrüfat hesablı emalatxanalar, müəssısələrin filialları fəaliyyət göstərməyə başlamalıdırlar. Başqa sözlə texniki peşə məktəblərinin tədris-istehsalat bazası mini-fabrika, mini-zavod, mini-geyim evi və s. kimi fəaliyyət göstərməlidirlər.

SSRİ texniki peşə təhsili sistemi özünün çeşidli: tökmə, dəmirçi, mebel və s. istehsalına malik sənaye müəssisələri var idi. Bu müəssisələr texniki peşə məktəblərinə dəzgah istehsalı üçün tökmə, alətlər düzəltmək üçün qablaşdırıcılar, sonrakı emaldan keçirərək hazır məhsul səviyyəsinə çatdırılmaq üçün xammal göndərirdilər. Metallokonstruksiya mini-zavodunu, ağac emalı və tikiş mini-fabrikini, başqa texpeşə müəssisələrini onların filialları ilə peşə məktəblərinin təlim emalatxanalarının bazasında yaratmaq nəinki istehsal olunacaq malların çeşidini və miqdarını artırar, eləcə də şagitdlərin peşə hazırlığını həm peşə məktəblərinin özündə, həm də yuxarıda göstərilən istehsalat obyektlərində artırmağa imkan yaradar.

Görundüyü kimi bu modelin tətbiqi prosesi texniki peşə məktəblərini idarə edən demokratik əsaslara, iqtisadi maraqlara və təsərrüfat hesabı prinsiplərinə söykənən ictimai-dövlət strukturu özünümaliyyə prinsipi ilə tətbiq olunduğu üçün dovlət büdcəsinin xəclənməsini istisna edir. Bu gün təlim emalatxanalarını istehsalat sifarişləri ilə lazımi həcmdə təmin etmək üçün bütün şərait vardır. Bu ilk növbədə təhsil müəssisələrinin maddi-texniki bazalarını təchiz etmək üşün məhsul hazırlanmasına dövlət sifarişidir. Sonra müəssisələrlə əməkdaşlıq əlaqələri yaradaraq onların sifarişləri ilə məsul hazırlanması, xalq istehlakı mallarının şagirdlər tərəfindən istehsalının təşkili və əhaliyə pullu xidmətlərin göstərilməsidir. Bütün bunlar imkan yaradırdı ki, peşə məktəbləri şagirdlərinin istehsalat təlimi prosesi bütünlüklə özünümaliyyə və təsərrüfat hesabı prinsipləri üzərində qurulsun. Şagirdlərin istehsalat təlimi prosesinin bu cür təşkil edilməsi tədris proqranını tam mənimsəməsinə şərait yaratması ilə bərabər, bütün təlim vaxtı ərzində əmək haqqı qazanmaqlarına da imkan verər.

Mühüm əhəmiyyətə malik, həvəs oyadıcı bu amil fəhlə kadrlarının, birinci növbədə işsizlərin əmək bazarının təlabatına uyğun fəhlə peşələrini öyrənmlərinə, ixtisaslarının artırılmasına və ya yeni ixtisaslara yiyələnmələrinə səbəb olur. Şagirdlərin istehsalat təlimi posesində qazandıqları məbləğindən asılı olaraq istehsalat təlimi ustalarının əmək haqlarına əlavələrin də heç bir zərəri olmazdı. Dövlət büdcəsindən ayrılan vəsaitə gəlincə isə, onu kredit formasında ayırmaq daha məqsədə uyğun olardı. Maliyyənin bu cür formalaşdırılması təlim emalatxanalarında şagirdləri lazımi həcmdə işlə təmin etmək üçün peşə məktəblərinin kollektivlərini səfərbər edər. Ayrılmış kreditləri qaytarmağın vacib olması onların göyə sovrulmasının qarşısını alacaq. üstəgəl, bu həm də peşə məktəblərinin rəhbərlərinin fəhlə kadrlarının hazırlanması prosesini təşkil etmək bacarıqlarını yoxlamaq üçün özünə məxsus sınaq olardı.

Texniki peşə təhsilinin başlıca problemləri üzrə qərarları texniki peşə məktəblərinin və təsərrüfat hesablı texpeşə müəssisələrinin səlahiyyətli nümayəndələrinin iclası qəbul etməlidir. Bu özünəməxsus "parlament" texniki peşə təhsilinin inkişafı üzrə əsas istiqamətləri müəyyən edir, tədris-istehsalat birliyinin mərkəzi şurasını seçir, texniki peşə məktəblərinin inkişafı üzrə məsələləri öyrənərək təkliflər hazırlayıb mərkəzi şuranın iclasında müzakirə edilməsi üçün təqdim edən komissiya təşkil edir. Respublikanın infrastrukturunun inkişafının indiki mərhələsində də əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə kadrlarının hazırlanması üzrə məhz bu model alternativsiz yeganə struktur kimi qiymətləndirilməlidir.


İlham Əliyev,
texniki peşə təhsili mütəxəssisləri təşəbbüs qrupunun üzvü

Copyright © 2009 Azerin LLC