Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


14.07.2011


Diletantlar və texniki peşə mutant-məktəbləri


Azərbaycanın müasir inkişaf etmiş dövlət olması istiqamətində hər kəs əlindən gələni etməlidir. Sevindirici haldır ki, bu istiqamətdə nühüm addımlar atılır. Buna ölkə iqtisadiyyatının bugünkü dinamik inkişafı, artan iqtisadi potensial, yaradılan yeni, mütərəqqi texnologiyaya malik müəssisələr şərait yaradır. Buna ölkə iqtisadiyyatının bugünkü dinamik inkişafı, artan iqtisadi potensial, yaradılan yeni, mütərəqqi texnologiyaya malik müəssisələr şərait yaradır. Ona görə də texniki peşə təhsilini təkmilləşdirmək qaçılmazdır. Belə ki, məhz bu kateqoriyadan olan kadrlara böyük ehtiyac duyulur. Qabaqcıl texnologiyaya malik yeni müəssisələrdə onlar ixtisaslı fəhlə kadrlarının yerini tutmalı və xariciləri əvəz etməlidirlər. Onlar ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında aktiv iştirak etməlidirlər.
Bizim ixtisaslı fəhlə kadrları hazırlayan sistem Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərməyə davam etməklə ölkənin iqtisadi inkişafının tələb etdiyi kimi təkmilləşə bilərmi?

Texniki peşə məktəblərinin taleyi ilə kim məşğul olur?

Axı daha öncə məhz bu məqsədlə ölkə prezidenti Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə 2007-2012-ci illəri əhatə edən Dövlət Proqramını təsdiq edərək bu məsələlərin həllini ona tapşırmışdır. O vaxtdan dörd il keçməsinə baxmayaraq proqramın əsas istiqamətləri: peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin mahiyyətinin müasir tələblərə uyğun yeniləşdirilməsi və kadr hazırlığının müasir əmək bazarının tələblərinə uyğun formalaşdırılması olmaqla yerinə yetirilməmişdir.
Ona görə ki, Azərbaycanda texniki peşə məktəblərinin taleyini 5-6 məmurdan ibarət təmtəraqlı "Texniki peşə təhsili şöbəsi" həll edir. Bu inzibati-amirlik idarəetmə strukru qeyri-qənaətbəx hesab edilir, çünki bazar iqtisadiyyatı şəraitində yalnız demokratik əsaslara söykənən və iqtisadi maraqlar prinsipi ilə fəaliyyət göstərən ictimai-dövlət idarəetmə strukturu texniki peşə məktəblərinin fəaliyyətini həyata keçirməyə qadirdir. Belə bir strukturun yaradılması daha əvvəl, 15 iyun 1999-cu ildə ölkə Prezidentinin qərarı ilə təsdiq olunmuş "Azərbaycan respublikasının təhsil sistemində reformaların aparılması proqramında" nəzərdə tutulmuşdur.Bu proqramı Təhsil Nazirliyinin rəhbərliyi yerinə yetirə bilmədi. Əksinə, daha əvvəllər onun tərkibində fəaliyyət göstərən buna bənzər strukturu - Resrublika Texniki Peşə Təhsili Tədris-İstehsalat Birliyini 1993-cü ildə ləğv etdi.
Texniki peşə məktəbləri fəhlə kadrları hazırlayan sistemdə işləməyən indiki direktorların öhdəsinə buraxılmışdır. Onlar bu məktəbləri demək olar ki, özəlləşdiriblər. Amma təlim prosesini, birinci növbədə, istehsalat təlimi prosesini təşkil etməyi bacarmırlar. Bu məktəblərdə onların gəlişinə qədər məlum ixtisaslar üzrə aparılan şagird qəbulu dayandırılmışdır. Onlar rəhbərlik etdikləri ixtisaslaşdırılmış peşə məktəblərini bir-birindən fərqli peşələr olmaqla çoxprofilli peşə məktəblərinə çeviriblər və şagird qəbulunu əmək bazarının tələblərini nəzərə almadan özləri bildikləri kimi həyata keçirirlər. Bu nəyə gətirib çıxarmışdır?

Problemə yeni baxış bucağı

12 saylı Bakı Peşə Liseyi vaxtılə neft və maşınqayırma sənayesinə fəhlə kadrları hazırlamaq üçün ixtisaslaşdırılmışdır. Gələcəyin tornaçılarını, frezerçilərini, çilingər-quraşdırıcılarını, elektrik qaynaqçılarını hazırlamaq üçün onun kifayət qədər yaxşı təchiz olunmuş maddi-texniki bazası var idi. Onlar bu bazada tədris prosesi vaxtında vertikal və stolüstü burğu dəzgahları, didici-cilalayıcı, rəndələyici dəzgahlar, xalçatoxuyan dəzgahlar, çilingər dəzgahı, dairəvi mişar və başqa məmulatlar hazırlayaraq peşə vərdişlərini dərindən mənimsəyirdilər. Amma bu gün bu maddi-texniki baza dağıdılmış, dəzgahların əksər hissəsi daşınıb aparılmış, təcrübəli mühəndis-pedoqoji işçilərin hərəsi bir tərəfə dağılmışdırEVə bu zaman Təhsil Nazirliyinin məmurları liseyin rəhbərliyi ilə birlikdə texniki peşə məktəbinin yeni modelini yaratmaq qərarına gəldilər. İki başqa ixtisaslaşdırılmış təhsil ocağını: Kulinar- qənnadı və tətbiqi-dekorativ sənəti üzrə məktəbi ləğv edib onların vəzifəsini adı çəkilən liseyin üzərinə qoydular. Yetmiş ildən artıq neft və maşınqayırma sənayesinə ixtisaslı fəhlə kadrları hazırlayan peşə ocağını əsasən potensial işsizlər buraxan mutant-məktəbə çevirdilər.

"Əlinin papağını Vəlinin başına" prinsipi

Göstərilən saymamazlıq misalını Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə 2007-2012-ci illəri əhatə edən Dövlət Proqramının yerinə yetirilməsində də baş verir.
Bunun təstiqi olaraq başqa bir misal.
5 saylı peşə liseyinin direktoru televiziyada çıxış edərkən orta məktəblərə qarşı irad tutmuşdur ki, şagirdlərin texniki peşə ocaqlarına göndərilməsinə lazımi diqqət yetirilmir. Həmin liseyin münasib maddi-texniki bazasının olub-olmadığına dair suala müsbət cavab alınmışdır. Əslində bu belədirmi?
İxtisaslaşdırılmış 5 saylı peşə liseyi padio-elektron sənayesi (radiozavod) üzrə mütəxəssislər yetişdirmək üçün yaradılmışdır. Bu lisey güclü maddi-texniki baza əsasında padio-elektron aparatlarının yığıcı və quraşdırıcılarını, tornaçılar, radio aparatları üçün çilingər-quraşdırıcılar, mexanki-yığma işləri üzrə çilingərləri hazırlayırdı. Bu gün 5 saylı texniki peşə məktəbi keçmiş padiozavodun bazasında fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin müəssisəsi üçün mütəxəssislər hazırlanmağa borclu olmalı idi. Amma bu baş vermir. çünki münasib mütəxəssislər hazırlamaq üçün burada maddi-texniki baza dağıdılmışdır. üstəgəl, zavodun yaratdığı məktəb kompleksi məktəb direktorunun istəyi ilə iki hissəyə bölünüb: Birində ümumtəhsil məktəbi yerləşdirilib, o birində isə avtonəqliyyat sürücüləri və bir sıra başqa ixtisaslar üzrə şagird qəbulu həyata keçirilir.
Buna bənzər mutant texniki peşə məktəbləri Təhsil Nazirliyinin nəzdində çoxluq təşkil edir. Aydındır ki, bu gün Azərbaycanın təhsil sferasının ayrı-ayrı pillələrində çoxlu çatışmazlıqlar və həll olunmamış problemlər mövcuddur. Bu şəraitdə texniki peşə məktəblərinin məzunları orta məktəbdə oxuyanlarla müqayisədə daha müdafiəsizdirlər. Əgər orta məktəb şagirdi bilik səviyyəsini artırmaqdan ötrü repititor xidmətindən istifadə edirsə, gələcəkdə tornaçı olmaq istəyən şagird üçün bunu etmək mümkünsüzdür. Lakin mutant peşə məktəbləri bu cür məzunlara guya ixtisaslı fəhlə peşəsinə yiyələndiyini təsdiq edən sənəd verirlər. Amma bu sənədin nə mənası?
Yetərli ixtisas bacarığı olmayan "nominant" tornaçı heç harda, heç kimə lazım deyil! Bu cür məzunları işlə təmin etmək mümkün olmadıqda bəhanə edirlər ki, onarı hərbi xidmətə cəlb etmək lazımdır. Bəs hərbi xidmətdən sonra? ölkənin Əsas Qanununda nəzərdə tutulan təhsil almaq və seçdiyi ixtisas üzrə işləmək hüquqları kobud şəkildə pozulan bu məzunlar əmək bazarında tələb olunmurlar. Könlü sındırılmış, mağmun edilmiş bu gənclər özlərinin zəif bilikləri ilə ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında aktiv iştirak etməyi bacaracaqlarmı? Qabaqcıl texnologiyaya malik yeni müəssisələrdə fəhlə estafetini qəbul edə biləcəklərmi? Onlar xarici mütəxəssislərin yerini tuta biləcəklərmi?

Peşəmizə peşəkar yanaşma peşəkarlığı

Istisna olunmur ki, iki-üç ildən sonra Təhsil Nazirliyi fəhlə kadrları hazırlayan sistemin tabutuna axırıncı "vatihə" verəcək. Onda xariciləri öz mütəxəssislərimizin əvəzləməsi arzusu həyata keçməyəcəkmi?
Bakı texniki peşə təhsili mütəxəssislərinin müstəqil təşəbbüs qrupu texniki peşə məktəblərini idarəetmə struktur layihəsini hazırlayıb İqtisadi İnkişaf Nazirliyinə təqdim etmişdir və orada bəyənilmişdir.
Layihə ilə "Azərbaycanın texniki peşə təhsili" (Azərbaycan və rus dillərində) və "Proftexobrazovaniye SNQ" internet saytlarında, eləcə də dövrü mətbuatda tanış olmaq olar. Həmin layihə gənclərin ölkənin Əsas Qanununda nəzərdə tutulan təhsil almaq və seçdiyi ixtisas üzrə işləmək hüquqlarınin bərpa olunmasını nəzərdə tutur.

İlham Əliyev

Copyright © 2009 Azerin LLC