Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


06.09.2011


Texniki peşə məktəblərinin axırı çatıb?

Praktika göstərdi ki, texniki peşə məktəblərinin problemləri onu Təhsil Nazirliyinin tərkibinə qatandan sonra başlanıb...

Həmin dövrlərdən başlayaraq mütəxəssislərin səsi məmurların - texniki peşə təhsili məsələlərində səriştəsiz maarifçilərin - yaratdığı qatı maneələrin arxasından eşidilmir və texniki peşə təhsilinin inkişafı ilə əlaqədar materiallar hazırlanarkən yalnız bu subyektlərin reallığa deyil, fantaziyalarına əsaslanan təkliflərinə istinad edilir.

Təhsil Nazirliyi ixtisaslı fəhlə kadrlarları hazırlayan sistemin vəziyyəti haqda hər hansı bir informasiya sızmasının qarşısını almaqla onun əsil mahiyyətini cəmiyyətdən bax beləcə gizlədir. Texniki peşə məktəbləri isə dağılmaqda davam edir. Təhsil Nazirliyinin məmurları KİV-də və televiziya kanallarında çıxış edərək guya texniki peşə məktəblərində şagird hazırlığının yüksək səviyyədə həyata keçirildiyini iddia edirlər. Onlar öz verilişlərini yumuşaq desək, fantaziya üzərində qururlar. Direktorlar isə onlara dəm tuturlar.
Təhsil Nazirliyinin bunu necə həyata keçirməyi Bakının texniki peşə məktəblərinin timsalında açıqca görünür.
Keçmiş 10 saylı texniki peşə məktəbi - ixtisaslaşdırılmış tikinti peşə məktəbi uzun illər boyu "Qlavbakstroy" tikinti quyaşdırma birliyi üçün ixtisaslı fəhlə kadrları hazırlayırdı. Birlik tərəfindən rəngsaz, xarrat, elektrik qaynağı, çilingər təlimi emalatxanaları rekonstruksiya olunmuş, lazımi avadanlıqlarla təchiz edilmişdir. Şagirdlərin hazırladığı məmulatların bir hissəsini müəssisənin sifarişi ilə hazırlanan məhsullar təşkil etməklə istehsalat təliminə sərf olunan vəsaitin müəyyən hissəsini müəssisə öz üzərinə götürürdü.
Lakin həmin peşə məktəbinin tədris korpusuna iranlılar göz qoyaraq orada peşə ocağı yaratmaq fikrinə düşürlər və Təhsil Nazirliyinin razılığı ilə bunu həyata keçirirlər. İnşaatçı fəhlə kadrları hazırlayan yuxarıda qeyd olunan təlim emalatxanaları ləğv edilir, peşə məktəbinin özü isə əvvəlcədən başqa ixtisaslaşdırılmış tikinti peşə məktəbi ilə birləşdirilərək ora köçürülür. Iki inşaat peşə məktəbindən bir məktəb düzəldirlər. Həmin peşə məktəbinə həmçinin elektrik maşınqayırma sənayesi üçün fəhlə kadrları hazırlayan 81 saylı ixtisaslaşdırılmış peşə məktəbini də qatırlar. Onun binasında isə özəl "Asiya" Universitetini yerləşdirirlər Həmin peşə məktəbinin binasının Təhsil Nazirliyi tərəfindən kənar müəssisələrə ötürülməsi bununla qurtarmır. Onun binasının bir hissəsi türk liseyinə verilir, o isə öz növbəsində sonradan bütün kompleksi tutur. Burada da şagirdlərin istehsalat təliminin güclü maddi-texniki bazası ləğv olunur.
Onu əvvəl yerləşdiyi binada yerləşdirmək məntiqli olardı, belə ki, iranlıların təhsil ocağı orada daha fəaliyyət göstərmirdi. Amma bu baş vərmədi. çünki burada artıq Təhsil Nazirliyinin özü fəaliyyət göstərirdi.

Problem yalnız bu təsisatın özünə məxsus qaydasl ilə həll edildi. Məişət xidməti obyektləri üçün mütəxəssislər hazərlayan 83 saylı ixtisaslaşdırılmış peşə məktəbini ləğv edərək inşaatçı fəhlə kadrları hazırlamaq üçün maddi texniki bazanın olmamasını nəzərə almadan bu başıbəlalı peşə məktəbini orada yerləşdirdilər. Bu gün isə həmin peşə məktəbinin direktoru orada aşpaz və qənnadı peşələri üzrə maddi-texniki bazanın olmamasına baxmadan həmin peşələr üzrə şagird qəbulunu həyata keçirir

Bakıda 8 (səkkiz) peşə məktəbi inşaatçı sənəti üzə mütəxəssislər hazırlayırdı. Onlardan ikisi tamamilə, qalan 6-sında isə ixtisaslı fəhlə kadrları hazırlamaq üçün maddi-texniki baza ləğv edildi. Paytaxtda inşaat işlərinin qızğın getdiyi bir vaxtda şəhərin heç bir texniki peşə məktəbi inşaatçı ixtisası üzrə fəhlə kadrları hazırlamır.

Bütün ixtisaslaşdırılmış peşə məktəbləri ilə eyni rəftar etdilər. Məsələn, sənaye sahəsi üçün fəhlə kadrları hazırlayan peşə məktəbləri. Onların bir hissəsini tamamilə, qalanlarının isə məlum sahəyə ixtisaslı fəhlə kadrları hazırlamaq üçün maddi-texniki bazası ləğv edildi. Sənaye şəhəri olan Bakıda sənaye sahəsi üçün fəhlə kadrlarının hazırlanması dayandırıldı.Lakin, Təhsil Nazirliyinin tərkibinə qatılana qədər əsasən ixtisaslaşdırılmış peşə məktəbləri fəaliyyət göstərirdilər və onlar tikinti, neftçıxarma, neft-maşınqayırması, neftayırma, elektrik-maşınqayırması, elektron-maşınqayırması, yüngül, yeyinti sənayesi və s. sahələr üçün oxşar peşələr üzrə  ixtisaslı fəhlə kadrları hazırlayırdılar. Bu peşə məktəblərinin maddi-texniki bazası imkan verirdi ki, orada cəmləşmiş avadanlıqlardan faktiki olaraq bütün oxşar peşələr öyrənən şagirdlərin hamısı rasional şəkildə istifadə edə bilsin.Bundan başqa, yalnız ixtisaslaşdırılmış peşə məktəbləri sahələrarası peşə hazırlığına adlaya bilərlər və yalnız onlar yeni yatanan kiçik və orta müəssisələrin ixtisaslı fəhlə kadrlarına olan tələbatlarını ödəyə biləcək əsasda müqaviləli münsibətlərin inkişafına zəmin yaratmış olarlar.Didaktik və əyani vəsaitlərin, proqram vasitələrinin hazırlanması və tədris prosesinə ən yaxşı formada tətbiq olunması işi məhz bu cür peşə məktəblərində aparılır. Belə ki, bu işə əsasən yaxın profilli mühəndis-pedoqoji işçilərdən təşkil olunmuş bütün pedoqoji kollektiv cəlb olunur. Lakin bütün bu maddi-texniki baza dağıdılmış, avadanlıqların əksər hissəsi daşınmış, təcrübəli mühəndis-pedoqoq kadrlarının hərəsi bir tərəfə səpələnmişdir.Texniki peşə məktəblərinin başında duran və heç vaxt fəhlə kadrları hazırlayan sistemdə işləməyən indiki direktotlar onların gəlişinə qədər məlum ixtisaslar üzrə aparılan şagird qəbulunu dayandırvışlar və rəhbərlik etdikləri ixtisaslaşdırılmış peşə məktəblərini bir-birindən fərqli peşələr olmaqla çoxprofilli peşə məktəblərinə çeviriblər və şagird qəbulunu əmək bazarının tələblərini nəzərə almadan özləri bildikləri kimi həyata keçirirlər. Texniki peşə məktəbləri həmçinin respublikamızın iqtisadiyyatının bugünkü dinamik inkişafı ilə əlaqədar yaradılan yeni, mütərəqqi texnologiyaya malik müəssisələrdə fəhlə növbəsini qəbul edə biləcək peşəkar kadrlar hazırlamağı bacarmırlar.

Onda, bəs bugünkü texniki peşə məktəbləri kimləri hazırlayır və orada hansı peşələr üzrə şagird qəbulu aparılır? Bu gün Bir-birindən uzaq peşələrin hər biri üzrə maddi-texniki baza yarada bilmədiklərindən (maliyyə dəstəyi olmadan bu mümkün deyil) şagirdlər ictimai-faydalı əməyə cəlb olunmurlar. Bu halda şagirdlərin peşə təhsili prosesinin yalnız imitasiyası getdiyindən onlar bütün tədris boyu fəhlə peşələrinə yiyələnə bilmirlər.Texniki peşə məktəblərində əsasən aşbaz, konditer, ofisiant, avtonəqliyyat sürücüləri, avtoservis (çilingər, dəmirçi, elekrtik) kompyürer operatoru, Mühasib-fərdi kompüter operatoru, barmen, bufetçi, qadın və kişi bərbəri,manikürçü  peşələri üzrə şagird qəbulu aparılır. Şagirdlərin bu sənətləri tam mənimsəmələri üçün heç bir peşə üzrə maddi-texniki baza yaradılmayıb. Peşə məktəbində tədris prosesini təşkil edə bilmədiyinə görə bu cür şagird  "hazırlayan" direktor tutduğu vəzifəsindən azad edilməlidir. Bəs bu peşələr üzrə şagird qəbulu aparan direktorun risk etməkdə maragı nədir. Doğrudanmı, iddia olunduğu kimi, abituriyentlərdən nəsə çəkmək xatirinə və ya diplom bazarını genişləndirmək naminəmi? Təhsil Nazirliyi isə öz növbəsində orada uyğun maddi-texniki bazası olmayan peşələr üzrə şagird qəbulunu qadağan etməyə borcludur. Orada əmək bazarında tələb olunmayan bacarıqsız fəhlə kadrlarını - potensial işsisləri hazırlamaq üçün dövlət xəzinəsindən vəsaitlərin mənimsənilməsi prosesi davam edir.

Bizim ölkəmizdə doqquzuncu sinif (əsas) təhsili  məcburidir və dövlət hesabına həyata keçirilir. Dövlət hesabına orta təhsil almaq üçün isə yalnız əvvəlki tədric proqramını test vasitəsi ilə imtahan verib müvəffəqiyyətlə təstiq etdikdən sonra mümkündür. Lakin uyğun lisenziyaya malik olmayan peşə liseyləri şagird qəbulunu testsiz aparmaqda, deməli şagirdlərə ümumi orta təhsil verməkdə qanunsuz olaraq davam edirlər. Dövlət büdcəsinin vəsaitlərinin bu cür qanunsuz israf edilməsi dayandırılmalıdır.                Texniki peşə ocaqlarının əsasnaməsində və "Təhsil haqqında qanun"da nəzərdə tutulan bu tələblər yerinə yetirilmədiyi təqdirdə Təhsil Nazirliyinin rəhbərliyi korrupsiya və xəzinə oğurliğunda günahlandırılması mümkündür. Amma bu hərəkətdən sonra peşə məktəblərinin əksəriyyəti kontingentsiz qalacaq, qalanlarında isə şagird kontingenti on faizi aşmayacaqdır. Bu halda Misir Mərdanovun peşə məktəblərinin direktorlarına etdiyi: "texniki peşə məktəblərinin əraziləri peşə məktəblərinin özləri tərəfindən istifadə edilməzsə onlar başqaları tərəfindən tutula bilər". xəbərdarlığı dərhal işə düşəcəkdir. Bu proses davam edir. Növbəti peşə məktəbinin - 11 saylı liceyin ləğv edilərək kənar təşkilata verilməsinə hzırlaşırlar. Bu təhsil təsisatının fəaliyyət prinsipinə istinadən demək olar ki, bir-iki ildən sonra Təhsil Nazirliyinin texniki peşə təhsilinin tabutuna axırıncı mıxı vuracağı istisna olunmur. Necə deyərlər "texniki peşə məktəbləri yoxdur- problem də yoxdur".Yaranmış vəziyyətin səbəbi bu təsisata rəhbərlik edənlərin texniki peşə təhsili məsələlərində səriştəsizliyindən, kadrları təyin edərkən onların səriştə və peşəkarlqlarının nəzərə alınmaması siyasətindən, yaradılmış texniki peşə məktəblərini idarə edən srtukturun bazar iqtisadiyyatı şəraitində qeyri qənaətbəxş olmasından irəli gəlir. Bununla belə cəmiyyətdən fərqli olaraq bütün imkanlara malik olmalarına baxmayaraq sistemin problemlərinin həlli üçün heç vaxt səy göstərmək istəməyən cavabdeh təsisatlar (rəhbərlər) buna sakitcə tamaşa etməkdə davam edirlər. Onlar nəinki Azərbaycanda ixtisaslı fəhlə kadrları hazırlayan sistemin böhran vəziyyətini şərh edən materialların KİV-də mütəmadi olaraq nəşr edilməsinə məhəl qoymurlar, eləcə də prezidentin ölkədə texniki peşə təhsilinin inkifafı üçün imzaladığı bütün sərəncamları qulaqardına vururlar. Deməli, cəzalandırılmayacaqlarına əmindirlər.

Mais Hacılı

Copyright © 2009 Azerin LLC