Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Kaspi” Qəzeti


28.01.2011


“Texniki peşə məktəblərini nə qözləyir?”

Bu sahəni xilas etmək yolu hələ də qalır

Milli Məclis tərəfindən qəbul edilmiş “Təhsil haqqında” yeni qanun orta məktəb şagirdlərinin 9-cu sinifi məcburi qaydada bitirməsini nəzərdə tutur. Bu, qabaqlar olduğu kimi, dövlət vəsaiti hesabına həyata keçirilir. Doqquzuncu sinif məzununa imkan verilir ki, təhsilini davam etdirməyin bu və ya başqa formasını özü seçsin. Məsələn, texniki peşə məktəblərində oxuyub fəhlə peşəsini öyrənmək. Bunun üçün 9-cu sinif təhsili kifayət edir.
Qanunla o da nəzərdə tutulur ki, doqquzuncu sinif məzunu (arzu etdikdə) texniki peşə məktəblərində fəhlə peşəsi ilə yanaşı həm də tam orta təhsi alsın. Daha dövlət əvvəllərdəki kimi, gələcəkdə  peşə məktəblərində doqquzuncu sinif məzunlarına tam orta təhsil haqqında attestatın verilməsini tələb etməyəcək. Eləcə də “Təhsil haqqında” yeni qanuna görə dövlət vəsaiti hesabına tam orta təhsil almaq yalnız əvvəlki təhsili test vasitəsi ilə müvəffəqiyyətlə təstiq etdikdən sonra mümkündür.
Texniki peşə məktəblərinin böyük əməyi sayəsində komplektləşdirilən şagird kontingenti bütün respublikanın məktəblərdən gələn üç qiymətlərlə oxuyan, “peteuşniki” adlandırılan  doqquzuncu sinif məzunlarıdır. Təcrübə göstərir ki, onların əksəriyyəti əsas təhsil proqramını müvəffəqiyyətlə mənimsədiklərini test vasitəsilə təstiqləyə bilmirlər. Nəticə etibatilə, onlar orta  peşə liseylərində də yalnız öz hesablarına təhsil ala bilərlər. Lakin gəlin görək öz uşaqlarına kömək etmək üçün əksər validüynlərin maddi imkanları vardırmı? Bir də ki, onlar bugünkü liseylərdə lazımi nəticəni – zəruri səviyyədə tam orta təhsil ala bilərlərmi?
Faktlara müraciət edək. 2009-cu ildə peşə liseylərinin 4073 məzunundan ancaq 163 nəfəri (4%) sınaq test vasitəsilə tam orta təhsil proqrqmını mənimsədiklərini təstiq edə bilmişlər. Narazı valideynlərin tələbi ilə məzunları təkrar testdən keçirməklə bu rəqəmi 39,95 %-ə “çatdırdılar”. 2010-cu ildə isə bu 35,75 %- ə enmişdir.
“Təhsil haqqında” yeni qanun peşə liseylərinin həqiqi böhran vəziyyətini üzə çıxararaq hər şeyi öz yerinə qoydu. Məsələn məlum oldu ki, bizim respublikada peşə liseyləri ixtisaslı fəhlə kadrları hazırlamaqla yanaşı şagirdlərə lazımi səviyyədə tam orta təhsil verə bilmək imkanlarını təstiq edə bilmirlər. Onlar belə bir şəraitdə lazımi lisenziya almaq üçün əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə kadrlarının hazırlanmasında konkret göstəricilərə malik deyillər, eləcə də şagirdlərin ümumitəhsil hazırlığını lazımi səviyyəyə çatdırmaq üçün maddi-texniki bazadan məhrumdurlar. Beləliklə, onların şagirdlərə tam orta təhsil vermək üzrə gələcək fəaliyyətləri dayandırılmalıdır.
Təhsil nazirliyi uzun illərdən bəri qondarma peşə liseylərinin vəziyyəti haqqında hər hansı bir informasiya sızmasının qarşısını almaqla əsil vəziyyəti cəmiyyətdən bax beləcə gizlədərək  dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməklə, konkret olaraq dövlət büdcəsinə mütəmadi vergi ödəyənlərin vəsaitləri hesabına onların uşaqlarını yarımçıq fəhlə halına salmışdır. Texniki peşə məktəblərinin inkişafı üçün cavabdeh olan təsisatlar (“rəhbərlər”) isə bütün imkanlara malik olmalarına baxmayaraq bu cür böhran vəziyyəti öyrənməyə cəhd göstərmirlər. Yalnız, Bakı texniki peşə təhsili mütəxəssislərinin təşəbbüs qrupu texniki peşə məktəblərinin fəaliyyətinin təhlilinin nəticəsini və “Təhsil haqqında” yeni qanun qüvvəyə mindikdən sonra peşə liseylərinin düşdüyü böhran vəziyyət haqda məlumatı mütəmadi olaraq  KİV vasitəsi ilə cəmiyyətin diqqərinə çatdırmışdır. Təşəbbüs qrupu peşə liseylərinin şagirdlərin ümumtəhsil hazırlığını gələcəkdə həyata keçirməsinin maliyyələşdirilməsi məsələsinin məqsədəuyğunluğuna baxılması üçün Maliyyə Nazirliyinə və Hesablama Palatasına məktub göndərmişdir. Lisey rəhbərləri bu işi davam etdirməklə dövlət büdcəsinin vəsaitlərini israf etdiklərinə görə məsulityyətə cəlb olunmalədırlar.
Bu vəziyyətə gətirib çıxaran nazirliyin şöbəsi səviyyəsinə endirilmiş, ümumtəhsil məktəblərinin idarəetmə struktu ilə eyniləşdirilən texniki peşə məktəblərini idarə edən indiki strukdurdur. Adı çəkilən şöbənin azsaylı (5-6 nəfər) məmurları təyin edlərkən onların bacarıqlılıqlarına, pşəkarlıliqlarına laqeyid yanaşıldığından tədris-istehsalat mexanizmini yaratmağı, peşə təlimi prosesini təşkil etməyi bacarmırlar. Ona görə də onlar peşə məktəblərində şagirdlərin ümumtəhsil hazırlığına istinad edirlər. Beləliklə, şagirdlərə orta təhsil vermək üzrə gələcək fəaliyyətlərinin dayandırılması həddinə gətirilən  texniki peşə məktəblərinə, peşə liseyləri  kimi “nüfuzlu” status verərək, onları qondarma peşəyönümlü zəif ümümtəhsil məktəblərinin səviyyəsinə çatdırıblar.
Bəs bizim texniki peşə məktəblərimizin gələcək taleyi necə olacaq?
Bundan belə Azərbaycandakı bütün texniki peşə ocaqları öz fəaliyyətlərini yalnız şagirdlərə peşə təhsili verməyə yönəltməlidirlər. Yadımıza salaq ki, texniki-peşə məktəbləri ilk öncə peşə təhsili vermək mədsədilə yaradılıb və tədris proqramında ixtisas, ümumtexniki və istehsalat təlimi dərslərinin keçirilməsi nəzərdə tutulur. Rusiya texniki peşə təhsili sisteminin lideri olan Tatarstsnda işlər, məhz bуlə qurulub. Burada peşə məktəblərinə mütləq orta məktəbi bitirən şagirdləri qəbul edirlər və onlara yalnız fəhlə peşəsi öyrədirlər.
Bəs Təhsil nazirliyinin tərkibində fəaliyyət göstərən bugünkü peşə məktəblərinin buna gücü çatacaqmı? Şagirdləri faydalı, səmərəli əməyə cəlb etmədən iistehsalat təlimi prosesini formal olaraq təşkil edən  texniki peşə məktəblərinin bir çoxu bunun öhtəsindən gələ bilmirlər. Elə bu səbəbdən də şagirdlər bütün tədris dövründə fəhlə peşələrini öyrənə bilmirlər.
İndi isə respublika texniki peşə təhsili sistemində ümumorta təhsili hazırlığı dayandırılarsa texniki peşə məktəblərində şagirdlərin peşə hazırlığındakı yaranmış əsil böhran vəziyyət üzə çıxacaq. Məlum olacaq ki, o artıq neçə illərdir lazımi səviyyədə aparılmır. Bəs şagirdlərin peşə hazırlığı prosesində də yaranmış böhranın əsil səbəbi nədədir?
Yuxarıda göstərildiyi kimi texniki-peşə məktəbləri ümumtəhsil məktəblərindən fərqli olaraq tədris-istehsalat sahəsidir. Çünki o eyni zamanda həm təhsil sferasına, həm də məhsul istehsalçısı rolunda çıxış edərək iqtisadiyyat kompleksinə də daxildir. O, bazar iqtisadiyyatı şəraitində o zaman müvəffəqiyyətlə fəaliyyət göstərər ki, tədris-istehsalat sahəsi kimi fəaliyyət göstərən ixtisaslı fəhlə kadrları hazırlayan sistemin bir bəndi olsun, yəni, tədris prosesini birlikdə həyata keçirən peşə məktəbləri ilə tərəfdaş müəssisələrin korporativ birliyi kimi fəaliyyət göstərmiş olsun. Sosialist iqtisadiyyatı şəraitində də fəhlə kadrlarını birgə hazırlamaq üçün dövlət tərəfindən peşə məktəblərinin tərəfdaş müəssisələri – baza müəssisələri müəyyən edilirdi. Heç bir texniki peşə məktəbi təkbaşına şagirdlərin istehsalat təlimi prosesini lazımi səviyyədə təşkil edə bilməz. Təkbaşına, olaraq istehsal olunacaq məhsullar üçün sifarişçilər axtarmaq, xammal əldə etmək, məmulatın texniki sənədlərini hzırlamaq, hazır məhsulların realizasiyası üçün satış obyektləri tapmaq və bu kimi bir çox işləri görmək texniki peşə məktəbləri üçün köməlsiz çox çətindir.
Texniki peşə məktəblərini və təsərrüfat hesablı texniki peşə müəsisələrini korporativ şəkildə birləşdirən struktur - texniki peşə təhsili Bakı tədris-istehsalat birliyi ötən əsrin 80-ci illərində müvəffəqiyyətlə fəaliyyət göstərirdi. Bu, iqtisadi maraqlar prinsipi ilə fəaliyyət göstərən, peşə məktəblərini demokratik əsaslarla idarə edən ictimai-dövlət strukturu idi. Üç təhsil təsisatını birləşdirdikdən sonra Azərbaycan hökuməti sözü gedən tədris-istehsalat birliyinin iş təcrubəsini respublikanın texniki peşə təhsili sistemində yaymaq məqsədilə 28 iyun 1989-cu il tarixli sərəncamı ilə Təhsil Nazirliyinin nəzdində texniki peşə təhsili Eksperimental Tədris-itehsalat Birliyini yaratmışdı. Lakin Təhsil Nazirliyinin tez-tez dəyişən maarifçi-rəhbərləri bu strukturun mahiyyətinə varmadan və fəaliyyətini təşkil edə bilmədiklərindən onu  nazirliyin tərkibindən sıxışdırmaq taktikasını seçdilər. 1993-cü ilin mayında Tədris-istehsalat Birliyi ləğv edildi və texniki peşə məktəbləri şagirdlərin peşə təhsili prosesinin təşkil edilməsində təcərrüfat hesablı partnyor müəssisələrdən və vasitəçilərdən məhrum oldular.
Beləliklə, “Təhsil haqqında” qanun texniki peşə təhsili ocaqlarının Təhsil nazirliyinin təkibində şagirdlərin nə peşə hazırlığını, nə də ümumtəhsil hazırlığıni həyata keçirməyi bacarmaması haqda həqiqəti üzə çıxardı. 2009-cu ilin dekabr ayında təhsil naziri Misir Mərdanov Bakı 6 №- li texniki peşə liseyinin 40 illiyinə həsr olunmuş mərasimdəki çıxışında peşə məktəblərinin direktorlarını xəbərdar etdi ki, “Azərbaycan təhsil nazirliyi hər tərəfli müqavimət göstərir ki, texniki peşə məktəblərinin əraziləri təyinatı olmayan məqsədlərlə istifadə olunmasın və əgər texniki peşə məktəblərinin əraziləri peşə məktəblərinin özləri tərəfindən istifadə edilməzsə onlar başqaları tərəfindən tutula bilər”. Acı təcrübəyə əsaslanaraq əminliklə demək olar ki, respublikanın təhsil naziri Misir Mərdanov bu prosesə müqavimət göstərdiklərini bəyan edərkən fəndgirlik edirdi, çünki texniki-peşə məktəbləri Təhsil Nazirliyinin tərkibinə qatılandan sonra Bakı şəhərinin texniki peşə məktəblərinin yarıdan çoxu ləğv edilərək binaları kənar təşkilarlara verilmişdir. Elə Təhsil Nazirliyinin özü Bakı şəhərinin texniki peşə məktəblərinin birində yerləşdirilmişdir.
Sual? Fəhlə ixtisaslarına yiyələnmək üçün əmək bazarının tələb etdiyi səviyyədə fəhlə peşəsi öyrətməyə qadir olmayan peşə məktəblərinə kim daxil olacaq? Əksər peşə məktəbləri şagird kontingentsizliyi ilə üzləşəcək, digərlərində isə onların sayı 10 faizi aşmayacaq. Təhsil nazirliyi bir-iki ildən sonra şagird çatışmamazlığı üzündən peşə məktəblərini  kənar təşkilatlara verəcək.
Söz Nazirlər Kabinetinindir. O, yəqin ki, dövri KİV-də dəfələrlə səsləndirilən təklifləri eşidəcək və texniki peşə təhsili sistemində özünün yaratdığı tədris-istehsalat birliyinin ləğv edilməsinin hüquqi cəhətdən qanuniliyini araşdıraraq bu strukturu müstəqil tədris-istehsalat birliyi (Korparasiyası) şəklində bərpa edəcəkdir, zira sahəni iflasdan xilas etmək yalnız bu yolla mümkündür.    
Bizim təşəbbüs qrupumuz bazar iqtisadiyyatı şəraitində Azərbaycanda peşə məktəblərini idarə edən alternativsiz idarəetmə strukturunun işləyb hazırladığı layihədən materialları İqtidadi İnkişaf nazirliyinə və Milli Məclisin İqtisadiyyat Komisiyyasına təqdim etmişdir. Onun əsasını ötən əsrin 80-ci illərdə müvəffəqiyyətlə fəaliyyət göstərən texniki peşə təhsili Bakı tədris-istehsalat birliyinin təcrübəsi təşkil edir.

Tahir Həsənov

Copyright © 2009 Azerin LLC