Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Kaspi” Qəzeti


16.03.2011


“Avazın yaxşı gəlir, oxuduğun…

Və ya texniki peşə məktəblərinin rəhbərləri üçün yerli telekanalda “Açıq dərs”

“Təhsil haqqında” yeni qanun peşə məktəblərinin illərdən bəri gizlədilən həqiqi böhran vəziyyətini üzə çıxararaq hər şeyi öz yerinə qoydu. Məlum oldu ki, bizdə bu təhsil ocaqlarının eyni zamanda həm ixtisaslı fəhlə kadrları hazırlamaq, həm də şagirdlərə tam orta təhsil verə bilmək uçün gücləri yetərli deyil. Bu gün Azərçaycanda texniki peşə təhsili sistemi de-yure var, de-fakto əmək bazarının tələb etdiyi səviyyədə fəhlə kadrları hazırlayan sistem kimi fəaliyyət göstərmir.

Internet səhifələrində və KİV-lərdə dərc olunmuş məqalələrdə mütəmadi olaraq Azərbaycanda fəhlə kadrları hazırlayan sahənin düşdüyü böhran vəziyyət və bu vəziyyətdən çıxış yolları əsaslı şəkildə təqdim olunur. Həmin yazılarda Nazirlər Kabinetinə təklif olunur ki, texniki peşə təhsili sistemində özünün yaratdığı tədris-istehsalat birliyinin ləğv edilməsinin hüquqi cəhətdən qanuniliyini araşdıraraq bu strukturu Təhsil Nazirliyinin tərkibindən kənarda bərpa etsin.
    Yadımıza salaq ki, bu sistem yarandığı gündən əvvəlcə Texniki peşə təhsili Baş Komitəsinin, sonra Dövlət əmək ehtiyatları Komitəsinin və nəhayət, Texniki peşə təhsili üzrə Dövlət Komitəsinin himayəsi altında, lakin sərbəst sahə kimi fəaliyyət göstərib. Ona görə də fəhlə kadrlarını hazırlayan sistemin ardıcıl şəkildə dağıdılması prosesini təhlil edən dərc olunmuş məqalələrdə təsdiq edildiyi kimi, bu sistemi yalnız Təhsil Nazirliyinin tərkibindən çıxarmaqla qurtarmaq mümkündür.
    Bununla belə, texniki peşə təhsilindəki problemləri işıqlandıran yerli televiziya kanalı nədənsə öz xəttini yürüdür, başqa yol ilə gedir. Veriliş fəhlə kadrları hazırlamaq işində yumşaq desək, az səriştəsi olan texniki peşə məktəblərinin rəhbərlərinin və Təhsil Nazirliyinin işçilərinin fantaziyası, ritorik uydurmaları əsasında qurulur. Məsələn, bu yaxınlarda yerli telekanalda “Açıq dərs” verilişi gedirdi. Bu verilişdə iştirak edən 12 saylı Bakı peşə liseyinin direktoru televiziya tamaşaçılarina məlumat verərək deyir ki, onun rəhbərlik etdiyi liseydə aviyasiya üzrə mütəxəssis, aşpaz, konditer, ağac üzərində oyma, turizm xidmətləri mütəxəssisi, mühasib və bir sıra başqa sənətkarlar hazırlamaq üçün bütün şərait yaradılıb. Təcrübəsiz televiziya tamaşaçısı buna inana bilər. Amma mütəxəssis yox. Onu belə asanlıqla tovlamaq mümkün deyil. Səbəb çox sadədir.   Yüksək keyfiyyətli ixtisaslı fəhlə kadrları hazırlamağın obyektiv əsası güclü mqddi-texniki bazanın olmasıdır. Bugünkü şəraitdə istənilən texniki peşə məktəbi təklikdə bu cür bir və ya uzaqbaşı iki belə maddi-texniki baza yaratmağa gücü çatar. Bütün bunlar yalnız ixtisaslaşdırılmış, başqa sözlə, fəhlələri oxşar peşələr üzrə hazırlayan peşə məktəblərində həyata keçirmək mümkündür. Yalnız belə baza imkan yaradar ki, orada bütün avadanlıqlar cəmləşdirilsin və onlardan oxşar peşələrə hazırlanan şagirdlərin faktiki olaraq hamısı rosianal şəkildə istifadə edə bilsin. Bundan başqa, yalnız ixtisaslaşdırılmış peşə məktəbləri sahələrarası peşə hazırlığına adlaya bilərlər. Yalnız onlar kiçik və orta müəssisələrin ixtisaslı fəhlə kadrlarına olan tələbatlarını ödəyə bilərlər və bunun əsasında müqaviləli münsibətlərin inkişafına zəmin yaradarlar. Didaktik və əyani vəsaitlərin, proqram vasitələrinin hazırlanması və tədris prosesinə ən yaxşı formada tətbiq olunması işi məhz bu cür peşə məktəblərində aparılır. Belə ki, bu işə əsasən yaxın profilli mühəndis-pedoqoji işçilərdən təşkil olunmuş bütün pedoqoji kollektiv cəlb olunur.
    12 saylı Bakı peşə məkətbi vaxtılə neft və maşınqayırma sənayesinə fəhlə kadrları hazırlamaq üçün ixtisaslaşdırılıb. Gələcəyin tornaçılarını, frezerçilərini, çilingər-quraşdırıcılarını, elektrik qaynaqçılarını hazırlamaq üçün onun kifayət qədər yaxşı təchiz olunmuş maddi-texniki bazası var idi. Onlar bu bazada tədris prosesi vaxtında vertikal və stolüstü burğu dəzgahları, didici-cilalayıcı, rəndələyici dəzgahlar, xalçatoxuyan dəzgahlar, çilingər dəzgahı, dairəvi mişar və başqa məmulatlar hazırlayaraq peşə vərdişlərini dərindən mənimsəyirdilər. Amma bu gün bu maddi-texniki baza dağıdılıb, dəzgahların əksər hissəsi daşınıb aparılıb, təcrübəli mühəndis-pedoqoji işçilərin hərəsi bir tərəfə dağılışıb. Bu gün peşə liseyində bir-birindən fərqli peşələr üzrə “geniş profilli” fəhlə kadrlarının “hazırlığı aparılır”. Paradoks bir də burasındadır ki, Bakıda yeganə ixtisaslaşdırılmış kulinar-qənnadı peşə liseyini ləğv edib, yetmiş il neft və maşınqayırma sənayesi üçün fəhlə kadrları hazırlayan tədris ocağında aşpaz və konditer hazırlayırlar.
    Ayrı-ayrı peşələr üzrə sənətkar hazırlığına keçəndə, liseyin rəhbərliyi hər bir peşə üzrə yaxşı təchiz olunmuş maddi-texniki baza yaratmalı idi. Bu isə lazımi maliyyə köməyi olmadan mümkün deyil.
    Bizim söhbətimiz də elə texniki-peşə məktəblərinin rəhbərləri üçün özünəbənzər açıq dərsdir. Adı çəkilən liseyin rəhbərinə, məsələn, aşpaz hazırlamaq üçün necə maddi-texniki baza gərək olduğunu izah etməyə cəhd eləyək. Bu baza təkcə hətta 250 min manatlıq avadanlıqla təchiz olunmuş kulinariya emalatxanası ilə bitmir. Ona görə ki, aşbazlar üçün istehsalat təlimi proqramında tədris dövründə bir şagirdin yüzdən çox fərqli xörəklər, salatlar və başqa yeməklər hazırlaması nəzərdə tutulur. Həm də bunun üçün başqa-başqa heyvan, quş ətləri, balıq, meyvələr, tərəvəzlər və bir çox başqa ərzaqlar tələb olunur və əgər bir qrupda 20 şagird oxuyursa, onda tədris proqramını tam mənimsəmək üçün bu şagirdlərin hamısı bir yerdə 2000-ə qədər yuxarıda adı çəkilən məhsullar hazlamalıdırlar.
    Eləcə də nəzərə alsaq ki, peşə liseyinin özü dövlət vəsaiti hesabına yaşayır, onda istehsalat təlimi proqramına ayrılmış cüzi vəsaitə bir və ya iki cür xörək (blyuda) hazırlamaq mümkündür. Nəticə etibarı ilə 250 min manatlıq avadanlıq isə boşuna dayanacaq. Ona görə də aşpazlığı öyrənən şagirdlərin istehsalat təlimi onların hazırladıqları məmulatları satmaq yolu ilə özünümaliyyə prinsipi əsasında həyata keçirilməlidir. Məhz qazanılmış vəsaitə istehsalat təlimində nəzərdə tutulmuş menyunu zənginləşdirmək üçün lazımi miqdarda ərzaq alınar və daha əhəmiyyətilsi odur ki, qazanılmış vəsait əmək haqqı şəklində həm də şagirdləri stimullaşdırmış olar. İşləri bu cür təşkil etmək üçün isə peşə liseyi özünün yeməkxana, kafe, firma mağazası və bu kimi başqa yeyinti və satış obyektlərini yaratması gərəkdir. Lakin bütün bunların heç biri bu liseydə yoxdur. Ona görə də bahalı avadanlıqlı liseyi yalnız gələn qonaqlara göstərmək üçün istifadə etmək olar, artığına yaramaz.
    Məktəbdə şagirdlərin və başqa peşələrə də məcələn, ağac üzərində oyma peşəsinə də yiyələnmələri üçün istehsalat təlimi prosesini tam olaraq silsiləli şəklində təşkil etməyə qadir lazımi madd-texniki baza yaradılmayıb. Qabaqlar peşə liseylərindən biri ilə bir binada ağac üzərində oyma, metal üzərində döymə, model yapma, rəssam-tərtibatçı, xalçatoxuma peşələri üzrə kadrlar hazırlayan yaxı təchiz olunmuş təlim emalatxanası olan ixtisaslaşdırılmış texniki peşə məktəbi yerləşirdi. Bu binanın dörd boyük salonunda şagirdlərin hazırladığı məhsilların yüksək bədii-texniki səviyyədə tərtib edilmiş sərgisi yerləşdirilmişdi. Buradaca ağac üzərində oyma və metal üzərində döymə sənətini öyrənən şagirdlər üçün iş yerləri düzəldilmişdi. Bu cür ixtisaslaşdırılmış texniki peşə məktəbini ləğv edərək yuxarlda göstərilən kadrların hazırlanmasını 12 saylı liseyə həvalə etdilər. Göstərilən profollər üzrə şagird hazırlayan təlim emalatxanalarını sərgi ilə birlikdə ləğv etdilər. Ağac üzərində oyma sənətindən başqa bütün peşələr üzrə şagird hazırlıqları ləğv olundu. Emalatxanada deyil, (necə ki, əslində olmalıdır) sinif otağında təkcə bir sənət üzrə - ağac üzərində oyma sənəti üzrə aparılan təlim haqda  televizorda göstərilən fraqmentə görə necə mülahizə yürütmək mümkündür?
   Bu gün Bakının texniki peşə məktəblərində lazımi madd-texniki bazanın olmaması üzündən əmək bazarının tələb etdiyi səviyyədən çox uzaq səviyyədə,  söyləmək caizsə, beləcə “geniş profilli” fəhlə kadrları hazırlayırlar. Bu cür qondarma geniş profilli lisey rəhbərlərinin orada fəhlə kadrlarının müvəffəqiyyətlə hazırlanması haqda televizor ekranlarından ərz eləmələri isə davam edir. Lakin peşə məktəblərinin direktorları Azərbaycanda texniki peşə məktəblərinin böhran vəziyyətini ictimaiyyətdən gizlədən Təhsil Nazirliyinin məmurlarına dəm tutmaqla əyləşdikləri budağı kəsirlər. Biz bunun - peşə təhsilinin təşkilində uydurma müvəffəqiyyətindən danışan kulinar qənnadı peşə liseyinin direktorunun güya aşpazları müvəffəqiyyətlə hazırladıqlarını (məmulatlatı hazırlamaq üçün ərzaq məhsullarının olmaması şəraitində?!) televizor ekranından danışmasının əyani şahidi olduq. Növbəti dəfə o, telekamera qarşısında nazirliyin göstərdiyi qayğıdan, məktəbi təmir elətdirmələrindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən danışırdı. Amma buradaca da qeyd edirdi ki, kulinariya və qənnadı emalatxanaları üçün avadanlıqlar hələ gəlib çıxmayıb. Heç gəlib çıxmadı da. Çünki onun rəhbəri olduğu peşə liseyini ləğv etdilər, binasını da başqa təşkilata verdilər. Göründüyü kimi, optimist uydurmaların nəticəsi mütəəssirliyə gətirib çıxarır. Amma televizorda məntiqsiz əyləncə məclislərinin qurulması hələ də davam edir. Müəllifin teleaparıcını bu və ya başqa mövzuda verilişi necə aparmasını öyrətməyə haqqı yoxdur, amma texniki peşə təhsilinə həsr olunmuş veriliş haqda öz fikirimi bildirmək istərdim.
   Görünür, bu verilişlər əvvəlcədən hazırlıq işləri görülməmiş aparılır. Aparıcı peşə məktəblərinin bugünkü vəziyyəti ilə tanış olmadığından necə deyərlər, təmiz vərəqdən başlayır. Veriliş peşə məktəblərinin maddi-texniki bazalarının vəziyyətini, tədris prosesinin təşkilini və onun fəalyyətinin başqa tərəflərini əks etdirən videomateriallarla təmin olunmur.
    Bir neçə il bundan qabaq televiziya jurnalistləri komandası “Açıq dərs” vetilişində maddi-texniki bazasının dağılması üzündən ixtisaslı fəhlə kadrları hazırlamaq üçün heç bir imkanı olmayan Bakıdakı 2 saylı peşə məktəbi haqqında materal göstərdi. Heyf ki, bu, texniki peşə təhsili ocaqlarının acınacaqlı vəziyyəti haqqında məlumat verən yeganə hadisə oldu. Bu cür video süjetlər çəkilsə, yüz belə verilişlərə bəs edər.
    Texniki peşə məktəblərində işlərin nə yerdə olduğunu öyrənməyən aparıcı veriliş iştirakçılarının qarşısında köməksiz kimi görünür və bütün proses güya ixtisaslı fəhlə kadrları hazırlayan sistemdə böyük uğurlar qazanılır kimi ritorik yalanlar monoloqu formasında gedir. Burada ataların: “Avazın yaxşı gəlir, oxuduğun quran olardı” kəlamı lap yerinə düşür.
    Beləcə nəinki veriliş iştirakçıları, eləcə də bütün ölkə ictimaiyyəti aldadılır. Veriliş boyu hökm sürən eyforiya təsiri altına düşərək texniki peşə təhsilinin problemlərindən xəbəri olmayanlar bu əsassız ruh yüksəkliyini həqiqət kimi qəbul edir və məntiqsiz çıxışlar edərək əsasən valideynləri günahlandırırlar ki, onlar öz övladlarını peşə məktəblərinə göndərmirlər. Veriliş iştitakçılarından biri daha irəli gedərək ərz edir ki, o, valideynlərinin günahından texniki peşə məktəbinə oxumağa gedə bilmədi. Teleşou davam edir.

İlham Əliyev

Copyright © 2009 Azerin LLC