Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


11-16.2013


Peşə təhsili nə vəziyyətdədir?  Təhsil naziri M.Cabbarova ünvanlı müraciəti təqdim edirik:

Təhsil naziri cənab M.Cabbarova!
Hörmətli nazir!

Ölkəmizdə fəhlə kadrları hazırlayan sistem dərin böhran içindədir və elə hala salınmışdır ki, o de-yure mövcuddur, de-fakto dövlət büdcəsindən vəsaitlər mənimsəməklə bacarıqsız fəhlələr-potensial işsizlər hazırlayır. Təhsil Nazirliyi özünün yaratdığı texniki peşə məktəblərinin idarəetmə strukturu vasitəsilə bu sahəni ildən-ilə dağıdır. Texniki peşə təhsilinə yabançı olan bu struktur tədris ocaqları və müəssisələr (biznes strukturları) arasında bazar iqtisadiyyatı sistemində əmələ gəlmiş münasibətləri nəzərə almadan yaradılmışdır. Nəzərə alınmamışdır ki, texniki peşə təhsili tədris-istehsalat sahəsidir və texniki peşə məktəblərinin müvəffəqiyyətli fəaliyyəti yalnız tamamilə şagirdlərin istehsalat təliminin təşkilindən asılıdır. 

Təhsil nazirliyinin texniki peşə məktəblərini idarəetmə strukturu
Dövlət büdcəsindən dolanan 5-6 məmurdan ibarət bu şöbə  texniki peşə təhsili sisteminin fəaliyyətini hərtərəfli əhatə edə bilmədiklərindən onun problemlərini həll etmək iqtidarında deyillər. Məmurlar sahədəki işlərin hansı vəziyyətdə olmasından asılı olmayaraq stabil maaş alırlar və heç bir məsuliyyət daşımadan faktiki olaraq onun ən mühüm məsələlərinin həllində özlərini qırağa çəkiblər. Burada  faktiki olaraq texniki peşə təhsili mütəxəssisləri yoxdur. Peşə məktəblərinin fəaliyyətini şagirdlərin istehsalat təlimi üzərində səfərrbər etmək bacarığının olmaması səbəbindən onlar şagirdlərin ümumtəhsil hazırlığına istinad edirlər. Texniki peşə məktəblərinə "nüfuzlu lisey" ststusu verməklə qondarma peşəyönümlü zəif ümumtəhsil məktəbləri səviyyəsinə salınıb. Burada şagirdlərin nə peşə təlimini, nə də ümumtəhsil hazırlığını lazımi səviyyədə həyata keçirməyə qadir deyillər.
Məmurlar vəzifəyə təyin edilərkən səriştə və peşəkarlıqları nəzərə alınmır. Məsələn, bu strukturun rəhbəri təyin olunana qədər heç vaxt fəhlə kadrları hazırlığı məsələsi ilə məşğul olmamışdır, amma bu vəzifəyə təyin olunduqdan sonra düşündü ki, texniki peşə təhsilində təsbit edilmiş qayda-qanunu saymamaq olar və texniki peşə məktəblərinin inkişafını şagirdlərin istehsalat təlimi prosesi zamanı əldə olunan gəlirlərlə əlaqələndirmək lazım deyildir, kimi yersiz "ideya" ilə çıxış etməyə başladı. O bununla tabeçiliyindəki strukturu- şagirdlərin istehsalat təlimi prosesini imitasiya etməyə təşviq edir. Bu səbəbdən bugünkü texniki peşə məktəblərinin əksəriyyətində şagirdlərin istehsalat təlimi prosesinin yalnız imitasiyası gedir, onlar  məhsuldar əməyə cəlb olunmurlar və ictimai-faydalı məhsullar istehsal etmirlər, nəticədə nəinki fəhlə peşəsinə yiyələnə bilmirlər, həmçinin gəlirdən də məhrum olurlar.
Bu idarəetmə strukturunun bacarıqsızlığı sayəsində respublika texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş fərman və qərarların, bağlanılmış müqavilələrin heç biri nəinki yerinə yetirilmir, hətta bu sahənin dağıdılma prosesi davam edir. Ölkə prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli fərmanı ilə təstiq etdiyi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramının" yerinə yetiriməsi müddəti 2012-ci ilin axırında başa çatmışdır. Lakin Təhsil Nazirliyinin əvvəlki rəhbərliyi tərəfindən bu proqramın əsas istiqamətlərindən heç biri (peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin məzmununun müasir tələblərə uyğun yeniləşdirilməsi və kadr hazırlığının müasir dövrün tələblərinə uyğun formalaşdırılması) yerinə yetirilməmişdir.
Prezident İlham Əliyev respublika gənclərinin bir qrup nümayəndələri ilə görüşü zamanı qeyd etdi ki, ölkə iqtisadiyyatının bugünkü dinamik inkişafı, artan iqtisadi potensial, yaradılan yeni, mütərəqqi texnologiyaya malik müəssisələr paralel olaraq zəruri ixtisaslara malik peşəkar, fəhlə kadrları tələb edir.
Bu vəzifə texniki peşə təhsili sisteminin qarşısına qoyulub. Bunu texniki peşə məktəblərini idarə edən strukturun təyin etdiyi texniki peşə məktəblərinin direktorları ilə yerinə yetirmək mümkündürmü? 

Texniki peşə məktəblərinin "özününküləşdirilməsi"
Bəs texniki peşə məktəblərinə kimlər rəhbərlik edirlər, onlar bu vəzifəni hansı meyarlara görə alırlar? Texniki peşə təhsili ocaqlarının direkroru haqqında əsasanamədə gösrərilir ki, o, uyğun ali təhsilə və ən azı beş il mühəndis-pedoqoji staja malik şəxslər sırasından təyin olunmalıdır. 
"5 saylı peşə liseyinin direktoru Mərhəmət Aslanovanın tövsiyyəsi ilə onun öz oğlu, qardaşı, ərinin qardaşı, yaxın qohumu peşə məktəblərinin direktorları vəzifəsinə təyin olunublar..." 
Amma onların bir çoxu vəzifəyə əvvəllər heç vaxt fəhlə kadrları hazırlanması məsələləri ilə məşğul olmayan bu və ya digər şəxslərin tövsiyəsi ilə təyin ediliblər. Məsələn, 5 saylı peşə liseyinin direktoru Mərhəmət Aslanovanın tövsiyyəsi ilə onun öz oğlu, qardaşı, ərinin qardaşı, yaxın qohumu peşə məktəblərinin direktorları vəzifəsinə təyin olunublar.
Demək olmaz ki, M.Aslanovanın texniki peşə məktəblərinin inkişafında xüsusi xidməti olib. Əksinə, o rəhbərlik etdiyi liseyi hesab edin ki, öz məqsədi üçün özəlləşdirib. Bu texniki peşə kompleksini vaxtilə keçmiş radiozavod tikdirmişdir və orada müəssisələr üçün padio-elektron aparatlarının yığıcı və quraşdırıcısı, tornaçı, radio aparatları üçün çilingər-quraşdırıcısı, mexanki-yığma işləri üzrə çilingər ixtisasları üzrə ixtisaslı fəhlə kadrları hazırlayırdı. İndi keçmiş radiozavodun yerində müdafiə sənayesinin müəssisəsi fəaliyyət göstərir... İndi bu kompleks-5 saylı lisey artıq həmin müdafiə sənayesinin müəssisələri üçün mütəxəssislər hazırlamalı idi. Kompleksin bazası bu profildən olan başqa müəssisələr üçün də mütəxəssislər hazırıamağı həyata keçirməyə və müdafiə sənayesi müəssisələri üçün mütəxəssislər hazırlayan mərkəzə çevrilməyə imkan verirdi. Amma bu baş vermədi. Kompleksin binasını iki hissəyə böldülər. Bir hissəsində ümumtəhsil məktəbini yerləşdirdilər, o biri hissəsində isə müdafiəçilərin tələbatından çox uzaq olan avtonəqliyyat həvəskarları-sürücüləri, radio-televizor aparatlarının təmiri üzrə usta, kompyuter operatorluğu, barmen və bufetçi, qadın bərbəri, manikür ixtisasları üzrə şagird qəbulu həyata keçirir.
Texniki peşə məktəblərinin maddi-texniki bazasının dağıdılması prosesi onların Təhsil Nazirliyinin tərkibinə qatıldıqları andan başlamışdır. Məsələn, sistem bu təsisatın tərkibinə qatılana qədər orada əsasən ixtisaslaşdırılmlş peşə məktəbləri fəaliyyət göstərirdilər. Bu maddi-texniki bazası olan təhsil ocağında orada cəmləşmiş avadanlıqlardan faktiki olaraq bütün oxşar peşələr öyrənən şagirdlərin hamısı tərəfindən rasional şəkildə istifadə olunurdu. Lakin Təhsil Nazirliyinin tərkibində onların bir çoxu, o cümlədən tikinti, neftçıxarma, neft-maşınqayırması, neftayırma, elektrik-maşınqayırması, elektron-maşınqayırması və s. sahələr üçün fəhlə kadrları hazırlaynlar ləğv edilmişdir. Fəaliyyət göstərməkdə davam edənlərin isə maddi-texniki bazası dağıdılmış, direktorlar tərəfindən özəlləşdirilərək onları necə deyərlər, "əsilsiz-nəsnəsiz", başqa sözlə, mutant peşə məktəblərinə çevirmişlər. Orada şagirdlərin istehsalat təlimi prosesini tam şəkildə təşkil edə biləcək lazımi maddi-texniki bazanın yoxluğu şəraitində bir-birindən uzaq peşələr üzrə şagird qəbulu həyata keçirirlər. Bu gün isə dövlət tərəfindən müəyyənləşdirilən iqtisadiyyatın bu və ya başqa sahəsi üçün lazım olan ixtisaslı fəhlə kadrlarının hazırlanmasını təmin etmək qabiliyyətində olmayan əksər direktorlar şagirdlərin istehsalat təlimi prosesini tam şəkildə təşkil edə biləcək lazımi maddi-texniki bazanın yoxluğu şəraitində əsasən qeyri-istehsal sahələri üçün aşpaz, bərbər, avtoçilingər, bufetçi, barmen, manikür ixtisasları üzrə tələbə qəbulu həyata keçirirlər. Azərbaycan texniki peşə təhsili sistemində sənaye sahələri üçün fəhlə kadrlarının hazırlığı faktiki olaraq dayandırılmışdır...
Təhsil nazirliyi özünün texniki peşə məktəblərinin idarəetmə strukruru və peşə məktəblərinin direkroeları ilə prezidentin yeni yaradılmış mütərəqqi texnologiyaya malik müəssisələrdə əmək növbəsini qəbul edə və xaricilərin yerini tuta biləcək zəruri ixtisaslara malik fəhlə kadrları hazırlamaq tapşırığını beləmi yerinə yetirir?
Onları öyrətmək üçün lazımi şəraitin olmamasına baxmayaraq bir belə ixtisasları nəyin xatirinə "səpələyirlər"? Doğrudanmı, şahidlərin dediyi kimi, abituriyentlərdən nəsə çəkmək naminə fəaliyyətlərini belə qızğın surətdə genişləndirirlər? Bu proses əksər peşə məktəblərini bürüyüb! Şagirdlərin istehsalat təlimi prosesinin imitasiyası gedən bu mutant-peşə məktəblərində bütün məzunlara güya ixtisaslı fəhlə peşəsinə yiyələndiyini təstiq edən sənəd verirlər. Onlar faktiki olaraq diplom satışı bazarina çevriliblər.
Texniki peşə məktəbərinin idarəçiliyi onları korrupsiyaya sürükləyir. Onun rəhbəri qərqr çıxardı ki, peşə məktəbləri şagirdlərin istehsalat fəalyyətindən deyil, onların ödənişli təhsilindən gəlir götürməlidirlər. Peşə məktəblərinə göstəriş verir ki, şagirdlərin ümumi qəbulundan iki peşənin hazırlığıni abituriyentlərin hesabına həyata keçirsinlər. Şagirdlərin istehsalat təliminin imitasiyası getdiyi, bu səbəbdən də peşə bacarıqlarının əsasını mənimsəmək mümkün olmayan peşə məktəblərinə kim pul ödəyər? O abiruriyentlər pul ödəyəirlər ki, onların arzusu peşə bacarıqlarının əsasını mənimsəmək deyil (bilirlər ki, peşə məktəbi bunu verə bilməz) yalnız aşpaz, parikmaxer, avtoçilingər və s. diplomunu almaqdır. Texniki peşə məktəbləri bütövlükdə saxta diplom satışı mərkəzinə çevriliblər.
"Təhsil haqında" yeni qanunda nəzərdə tutulur ki, Azərbaycanda doqquz sinif təhsili (ünumi orta təhsil) icbaridir və dövlət vəsaiti hesabına həyata keçirilir. Məsələn, onlar peşə liseylərində dövlət hesabına tam orta təhsili isə yalnız əvvəlki təhsil proqramını müvəffəqiyyətlə mənimsənildiyini test vasitəsilə təstiq etdikdən sonra ala bilərlər. Nəzərə alsaq ki, dövlət yeni şəraitdə peşə liseylərindən əvvəlkitək doqquzuncu sinif məzunlarını kamal attestat səviyyəsinə çatdırmağı tələb etməyəcək, bu zaman onlar şagirdlərə ümumi orta təhsil verməyi həyata keçirmək  istədikdə lisenziya almağa borcludurlar. Amma peşə liseyləri lisenziyasız şagirdləri test etmədən qəbul etməkdə davam edirlər. 
Şagird qəbulndakı bu vakxanaliyanı bəs kim dayandıracaq? Böyük ektimal ki, bunu Təhsil nazirliyi etməyə borcludur. O, peşə məktəblərinə öyrətmək üçün uyğun maddi-texniki bazası olmayan peşələr üzrə şagird qəbulunu, lisenziyası olmayan liseylərə isə şagirdlərin ümumi orta təhsili hazırlığını həyata keçirməyi qadağan etməlidir.
Bu aksiya respublika texniki peşə təhsili sahəsində yaranmış əsil böhran vəziyyətin üstünü açacaq, zira əksər peşə məktıbləri şagird kontingensizliyi ilə üzləşəcəkz, digərlərində isə onların yerinin 10%-i dolmayacaq. Beləliklə Təhsil nazirlyi və onun peşə məktəblərini idarə edən strukrurunun "texniki peşə məktıbləri yoxdur-problem də yoxdur" prinspi ilə qurulmuş çoxillik fəaliyyəti müvəffəqiyyətlə başa çatacaqdır.

    Xaricilər bizə kömək edəcək?
Texniki peşə məktəblərinin idarəetmə strukturunun bacarıqsızlığının təstiqi kimi Təhsil nazirliyi mütəmadi olaraq  ərz edir ki, xaricilər texniki peşə təhsili sistemini ayağa qaldıracaqlar (xaric bizə kömək edəcək).
Respublikanın texniki peşə təhsilinə texniki peşə məktəblərinin inkişafı üzrə xarici və beynəlxalq donor təşkilatlatları tərəfindən maliyyələşən mütərəqqi işləmələr və layihələr lazımdır. Amma onlarla əməkdaşlıq nəticə vermir. Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBİC) texniki peşə təhsili sisteminin inkişafına 20 mln dollardan-200mln. dollara qədər vəsait ayırmağa hazır idi. Amma yaponlar problemi dərindən öyrənmədən heç bir işə yatırım etməzlər. Azərbaycan texniki peşə təhsili sistemindəki vəziyyəti təhlil edərək onlar başa düşə bilmədilər ki, axı necə olur,yüz illərdir ki, dünyanın hər yerində fəhlə peşəsinə yiyələnmək üçün yeniyetməni usta yanına qoyurlar. Usta isə istehsalat təlimi prosesini hazırlanacaq məhsulun sadəsindən mürəkkəbinə doğru sxem əsasında qurur. Azərbaycan texniki peşə məktəblərində isə şagirdlərə fəhlə peşələrini onları faktiki olaraq ictimai-faydalı əməyə cəlb etmədən, deməli onların əmək fəaliyyəti prosesini təşkil etmədən "öyrədirlər". Bu vəziyyətlə tanış olduqdan sonra onlar əməkdaşlıqdan imtina etdilər. Bu cür "təlim" nəinki fəhlə peşəsinin əsasını mənimsəməyə imkan vermir, eləcə də gəlrdən də məhrum edir. Bu hər şeydən əvvəl istehsalat təlimi ustalarının başçılıq etdikləri şagird qrupunun qazancından asılı olaraq onların əmək haqlarına müəyyən faiz həvəsləndirici əlavələr edilməsi praktikasını da mümkünsüz edir. Onlar bugünkü texniki peşə məktəblərində nəinki cüzi maaşla kifayətlənməyə məcburdurlar, üstəlik ixtisaslarını da itirirlər. Təcrübəli ustaların əksəriyyəti texniki peşə məktəblərini tərk ediblər. Texniki peşə məktəblərində təcrübəli mühəndis-pedoqoji işçilərin kəskin çatışmamasının əsas səbəblərindən biri də budur. Texniki peşə məktəblərində çalışanların əksəriyyəti isə Almaniya xalq universiteti Beynəlxalq əməkdaşlıq institutunun nümayəndələrinin nəticəyə gəldikləri kimi müasir biliklərin çatışmamazlığı, yeni tədris metodların yoxliğu səbəbindən müasir tədris prosesinin tələblərinə cavab vermirlər. Bu nəyə gətirib çıxardı?
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti 3 il ərzində texniki peşə məktəblərinin mühəndis-pedoqoji işçilərinin metodiki biliklərinin təkmilləşdirilməsi mövzusunda seminar keçirdi və tövsiyyə təqdim etdi ki, bu respublikanın şəhər və kənd peşə məktəblərində tətbiq edilsin. Peşə məktəbləri isə almanların tövsiyəsini tətbiq etmək qbliyyətində olmadılar.
2010-cu ilin soninda Bakıda "Texniki peşə təhsili ocaqlarında lkin texniki peşə təhsili və təlimi milli strategiyasının" təqdimatı keçirilmişdir. Bu sənəd Avropa Birliyinin TASİS proqramı ilə maliyyələşdirilən "Azərbaycanın regionlarında texniki peşə təhsili və təlimi və yerlərdə tətbiqi sferasında reformalar" (AZVET) layihəsi çərçivəsində işlənib hazırlanmışdır. AZVET layihəsinin rəhbəri Eni Castisin sözlərinə görə proqram həm də peşə təlimi və fəhlə kadrları hazırlığı səviyyəsinin yüksəldilməsinə istiqamətlənmişdir. Lakin həmin vaxtdan texniki peşə məktəblərində fəhlə kadrları hazırlığının səviyyəsi hətta bir peşə üzrə belə zərrə qədər yaxşılaşmamışdır. "Texniki peşə təhsili islahatlar strategiyası" proqramı çərçivəsində British Council və AB-nin tövsiyəsi ilə Azərbaycanda İsmayıllı rayon mərkəzində peşə pilot məktəbi yaradılmışdır və orada turizm sahəsinə aid: bələdçi, aşbaz, ofisant, barmen, turagent və başqa peşələr üzrə qəbul aparılır. Təhsil nazirliyində ərz elədiklərinə görə burada təlim yerli şəraiti nəzərə almaqla qərb sistemi üzrə aparılır. Bu belədirmi? Həmin peşə məktəbinin ilk məzunlarının təlim prosesini analiz edək: aşpaz (20 nəf.) və barmen və ofisant (38 nəf.). Bu təhsil ocağı da başqa peşə məktəbləri kimi dövlət büdcəsi hesabına dolanır və istehsalat təlimi prosesinin təşkili üçün dövlət büdcəsindən ayrılan cüzi vəsaitə isə peşə öyrədilməsi üçün nəzərdə tutulan proqramın yalnız 10% -ni mənimsəmək mümkündür. Bazar iqtisadiyyatında aşpazlığı öyrənən şagirdlərin müvəffəqiyyətli istehsalat təlimini yalnız onların hazırladıqları məhsulların realizasiyası və müştərilərə ödənişli xidmət göstərməklə öz xərcini çıxarma prinsipi ilə həyata keçirmək olar. Məhz qazanılmış vəsaitin hesabına lazımi içkilər və başqa ərzaqlar almaq, eləcə də istehsalat təlimi proqramı çərçivəsində nəzərdə tutulmuş assortimenti müxtəlifləşdirmək olar. Bunun əhəmiyyəti həm də ondan ibarətdir ki, göstərdikləri xidmətə görə əldə etdilən gəlirlər şagirdləri həvəsləndirər.
Bu onda mümkün olar ki, peşə məktəbləri özlərinin təsərrüfat hüsablı müəssisələrini: kafe, yeməkxana, firma mağazaları, bar və başqa ticarət və satış obyektlərini yaratsınlar. Lakin bütün bunların heç biri həmin peşə məktəbində yoxdur. Təkcə onu qeyd etmək olar ki, gələcək aşpazlar, barmenlər və ofisiantlar təlimin başlanğıc mərhələsində barlara, kafelərə, pestoranlara göndərilsin. Bəs, öz sənətinin əlifbasını bilməyənləri orada qəbul edərlərmi?
2009-cu ilin yanvar ayında Bakıda Türkiyənin təhsil nazirinin müavini Azərbaycan Təhsil Nazirliyinin rəhbərliyi ilə texniki peşə təhsili sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər. Lakin o dövrdən mühüm heç nə edilməyib. Türkiyənin təhsil naziri də bu yaxınlarda texniki peşə təhsili sahəsində əməkdaşlıq məsələlərini qaldırdı.
Həyat göstərdi ki, nə Türkiyənin, nə Almaniyanın, nə Yaponiyanın, nə Koreyanın, nə də başqalarının fəhlə kadrları hazırlayan sistemləri bizim respublikaya uyğun deyildir və Təhsil Nazirliyi tərəfindən xarici və beynəlxalq donor təşkilatlarla əməkdaşlıq etməkləri haqda mütəmadi olaraq elan edilməsi hələ də texniki peşə məktəblərini xilas etməyin mümkün olması haqda cəmiyyətə yalan ümidlər verir. 

Texniki peşə məktəblərini necə xilas etməli? 
Texniki peşə məktəbləri tədris-istehsalat ocağıdır və eyni zamanda həm təhsil sferasına, həm də məhsul istehsalçısı rolunda çıxış edərək iqtisadiyyat kompleksinə daxildir. Burda təhsilin bütün mərhələlərində peşəkar fəhlə hazırlığının ən vacib vasitəsi  əmək məhsuldarlığıdır. Şagirdlərin istehsalat təlimi   prosesi zamanı əldə etdikləri vəsaitin səviyyəsi onların fəhlə peşələrini və tədris proqramını mənimsəmə dərəcəsinin göstəricisidir. Peşə məktəblərinin müvəffəqiyyətlə fəaliyyət göstərməsi yalnız şagirdlərin istehsalat təlimi prosesinin təşkilindən, əldə edilmiş gəlirdən asılıdır. Lakin texniki peşə məktəbi üçün özlərinin bu başlıca vəzifəsini, şagirdlərin əmək məhsuldarlığı sayəsində onların istehsalat təlimi prosesini təkbaşına təşkil etmək çətindir. Onun bu işləri yerinə yetirməsi üçün köməyə ehtiyacı var. Dövlət bunu nəzərə alaraq texniki peşə təhsili ocaqları fəaliyyətə başladıqda şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək, fəhlə kadrları hazırlamaq üçün onlara tərəfdaş-müəssisələr (baza müəssisələri) təhkim edirdi. Bu prosesdə Dövlət Plan Komitəsi avadanlıq, xammal və material alınması üçn fond ayırmaqla iştirak edirdi. Bu, sosialist iqtisadiyyatı şəraitində Dövlət tərəfindən səlis tənzimlənən şagirdlərin istehsalat təlimi prosesini birgə təşkil edmək üçün texniki peşə məktəbləri ilə müəssisə və təsisatların korporativ birliyinə - tədris-istehsalat korporasiyasına bənzər bir struktur idi. Lakin iqtisadi islahatların başlanması və bazar iqtisadiyyatına keçməklə baza müəssisələri, Dövlət Plan Komitəsi və onunla da bu korporativ birlik yox oldu. Bununla əlaqədar texniki peşə təhsili sistemində fəhlə kadrlarını birlikdə hazırlamaq üçün peşə məktəbləri və müəssisələrin korporativ birliyinin yeni modelini yaratmağa başladılar. Bazar münasibətləri bu sahədə özünün möhürü, bank hesabı olan hüquqi şəxs statuslu fəhlə kadrlarını birlikdə hazırlamaq üçün  peşə məktəblərinin köməkçisi və tərəfdaşı rolunda çıxış edən texpeşə müəssisələrinin yaradılmasına yol açdı. Texniki peşə məktəbləri və təsərrüfat hesablı müəssisələr arasında münasibətləri tənzimləmək üçün min cür xidmət deyilən bir quruma ehtiyac yaratdı. Bu qurum Tədris-İstehsalat Birliyi oldu. Bu şagirdlərin istehsalat təlimi prosesində tədricən öz xərcini çıxarma və təsərrüfat hesabına keçməklə hazırladıqları məhsulların həcminin hiss olunacaq dərəcədə artmasına şərait yaratdı. 1988-ci ildə "Xalq istehlakı mallarının istehsalının artırımasında yüksək nailiyyətinə və şagirdlərin əmək tərbiyyəsində müvəffəqiyyət qazandığına görə" Bakı tədris-İstehsalat Birliyinə Ümumittifaq Lenin Komsomolu mükafatı verilmişdi. Həmin dövrdə Bakı texniki peşə məktəblərinin şagirdlərinin istehsal etdikləri məhsulların həcmi keçmiş SSRİ texniki peşə təhsili üzrə ümumi göstəricisindən 4 dəfə artıq olmuşdu. Lakin texniki peşə məktəblərini idarə edən struktur peşə məktəblərinin təsərrüfat hesablı tərəfdaşları olan müəssisələri ləğv etdi. Bununla onları şagirdlərin peşə təlimini özünümaliyyə və təsərrüfat hesabı prinsipi əsasında təşkil etməkdən məhrum etdi. Və bazar iqtisadiyyatı şəraitində onları faktiki olaraq yalnız dövlət büdcəsinə "otuzrdular". Şagirdlərin istehsalat təlimi prosesini dövlət büdcəsi hesabına qurmaq avantüradır - zira dövlət büdcəsinin azca vəsaiti hesabına fəhlə peşəsinə yiyələnmək üçün nəzərdə tutulan tədris proqramının yalnız cüzi bir hissəsini mənimsəmək mümkündür. Ona görə də əksər peşə məktəblərində şagirdlərin istehsalat təlimi prosesinin imitasiyası gedir, şagirdlər ictimai-faydalı əməyə cəlb olunmadıqlarından bütün tədris müddətində fəhlə peşəsinə yiyələnə bilmirlər.
Azərbaycanda texniki peşə təlimi sistemini yalnız əvvəllər fəaliyyət göstərmiş texniki peşə məktəblərinin idarəetmə strukturunu - tədris-istehsalat birliyini (texniki peşə məktəbləri və müəssisələrin korporativ birliyini) bərpa etməklə mümkündür.
Texniki peşə məktəblərinin bu idarəetmə modelinin üstünlükləri aşağıdakılardır:
- Texniki peşə məktəblərinin əsas vəzifəsi öz xərcini çıxarma və təsərrüfat hesabı əsasında şagirdlərin istehsalat təlimi prosesini təşkil etmək;
- Texniki peşə məktəblərinin idarəetmə aparatı öz fəaliyyətini iqtisadi maraqlar prinsipi əsasənda həyata keçirir, onun işçilərinin əmək haqqı dövlət büdcəsi hesabına deyil, bağlanmış müqavilələr əsasında köçürülən vəsaitlərin hesabına müəyyənləşdirilir;
-  Texniki peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi prosesi öz güclərinə və öz vəsaitləri hesabına həyata heçirilir;
- Texniki peşə məktəbi ilə işə götürənlər arasındakı  dayandırılmış sosial dialoq qarşılıqlı-faydalı iqtisadi münasibətlər əsasında qurulur ki, bu da peşə məktəblərinin məzunlarının işə düzəlmə məsələsinin həllinin tapılmasına tədricən şərait yaradır;
-  Effektli və keyfiyyətli fəaliyyətlərinə görə texniki peşə məktəblərinin mühəndis-pedoqoji işçilərinin  stimullaşdırıcı maddi-mükafatlandırma praktikası işə düşür;
- Texniki peşə məktəblərinin büdcələrinin formalaşdırılmasında şəxsi gəlirlərinin payı tədricən artacaqdır;
Şagirdlərin peşə təhsilinin təşkilinə istiqamətlənən texniki peşə məktəblərinin bu modeli öz fəaliyyətinin 70%-ni özünümaliyyə əsasında həyata keçirməyə qadirdir.
"Təhsul haqqında" Qanunla məcburi doqquzuncu sinif (əsas) təhsilinin tətbiqi texniki peşə məktəblərinə onun əvvəlki, yalnız şagirdlərin peşə təhsilini həyata keçirən tədris ocağı statusunu özünə qaytardı. Texniki peşə məktəblərinin idarəetmə modelinin işlənib hazırlanması üzrə tövsiyələr, fəhlə kadrları hazırlayan sistemin bohran vəziyyəti və bu vəziyyətdən çıxarılması haqda KİV-də dərc edilmiş məqalələr, kitab, kitabçalar və başqa materiallar E-mail:rafiq.aliyev.gudrat@gmail.com, elekrton poçtunda vardır. Rafiq Əliyevin İnternet-Bloqunda, "Proftex" feysbukda, "proftexobrozovaniye" SNQ, Azərbaycan və çoxlu digər İnternet-saytlarda yerləşdirilmişdir.
Sankt-Peterburqdakı Avropa evi "Fasiləsiz təhsilə modern yanaşma" ("İnnovaüionnıe podxodı k neprerıvnomu obrazovaniö") mənə təklif etmişdir ki, mən "texniki peşə təhsilində inteqrasiya prosesləri və bohrandan çıxış" qrupuna rəhbərlik edim və sentyabr ayında Yaltada YUNESKO-nun " Yaşlıların təhsili həftəsi" aksiyasında "İxtisas artırma: akademik və korporativ sistemlərin inteqrasiyası" seksiyasının rəhbəri statusunda şıxış edəcəm. 
Hörmətli cənab nazir Mikayıl Cabbarov!
Eks-təhsil naziri Stanislav Nikolayenkonun əsasını qoyduğu və rəhbərlik etdiyi Ukrayna elm və təhsil ictimai şurası bizim işləyib hazırladığımız texniki peşə məktəblərinin idarəermə strukturuna maraq göstərmiş və əməkdaşlıq təklif etmişdir.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin xahişi ilə Bakı şəhəri texniki peşə təhsili mütəxəssisləri hazırladığı texniki peşə məktəblərinin idarəetmə strukturu modenini bu təsisata təqdim etmişdir. Onun əsasını vaxtilə keçmiş Dövlət texniki peşə təhsili Komitəsinin tərkibində, eləcə də Bakıda müvəffəqiyyətlə fəaliyyət göstərmiş texniki peşə təhsili tədris-istehsalat birliyinin təcrübəsi təşkil edir. Bu nazirlikdən bizə məlumat verildiyi kimi onlar bu modeli Azərbaycan Təhsil Nazirliyinə təqdim ediblər.

Xahiş edirik, onunla tanış olasınız və texniki peşə məktəblərinin idarəetmə strukturu haqda qərar qəbul edəsiniz, zira bugünkü struktur Azərbaycanın fəhlə kadrları hazırlayan sistemini dağıdıbdır. Təcili və təsirli tədbirlər görməyin vaxtıdır!

Rafiq Əliyev

Copyright © 2009 Azerin LLC