Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


28.12.2013 -11.01.2014

Təzə hamam, köhnə tas

Yaxud, ölkəmizdə texniki peşə təhsili problemləri necə həll olunur?
 "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, təhsil üzrə Dövlət Strategiyasını reallaşdırmaq üçün fəaliyyət Planı da hazırlanacaq. Bununla əlaqədar olaraq ictimaiyyəti təhsil sisteminin qollarından birinin, fəhlə kadrları hazırlığını aparan bölmənin vəziyyəti ilə və texniki peşə təhsili sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərlə tanış etməyi məqsədə uyğun hesab edirəm.
Əgər onlar maraq doğurarsa, həmin Planın hazırlanmasında ondan da istifadə edə bilərlər. Lakin Təhsil Nazirliyində bu təkliflərə baxacaqlarmı? Yoxsa bunun da taleyi Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin xahişi ilə bizim hazırladığımız və onlar tərəfindən bu təsisata təqdim olunan, lakin indiyə kimi baxılmayan texniki peşə məktəbləri və təsərrüfat hesablı müəssisələrin korporativ birliyi modelinin taleyi kimi olacaqdır. Axı, İqtisadi İnkişaf Nazirliyini texniki peşə məktəblərinin idarəetmə strukturunun yeni modelinin hazırlanmasına vadar edən səbəb Təhsil Nazirliyinin texniki peşə məktəblərini idarə edən bu sahəni dağıdan bugünkü strukturunun işlək olmamasıdır.
Azərbaycanda əmək bazarının tələb etdiyi ixtisaslı fəhlə kadrlarını hazırlamaq şagirdlərin ishehsalat təlimini yalnız öz divarları arasında başdan ayağa təşkilini həyata keçirməyi bacaran texniki peşə məktəblərində mümkündür. Bu onunla əlaqədardır ki, bu gün texniki peşə məktəbləri ilə müəssisələr arasında fərqli münasibətlər yaranmışdır. Sosialist iqtisadiyyatı şəraitində şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üçün texniki peşə məktəblərinə baza müəssisələri təhkim edilirdi. Bu iş texniki peşə məktəblərinin təlim emalatxanalarında, eləcə də bu müəssisələrin obyektlərində həyata keçirilirdi, həm də bu zaman şagirdlər fəhlə peşələrini mənimsəməklə bərabər, özlərinin məhsuldar əməyi sayəsində gəlir də əldə edirdilər. Təhsilin sonunda baza müəssisələri peşə məktəbini bitirən məzunları özü işə götürürdü və onların peşə hazırlığı dərəcələrini müəssisə üçün tələb olunan səviyyəyə çatdırırdı. Bazar iqtisadiyyatı şəraitində isə respublikada fəaliyyət göstərən əsasən kiçik və orta sahibkarlıq subyektləri (biznes strukturları) peşə məktəblərinin şagirdlərinə baza müəssisələrində olduğu kimi iş yerləri təqdim etmək, onları xilas etmək (təhsilini axıra çatdırmaq) durumunda deyillər. Bu şəraitdə texniki peşə məktəbləri şagirdlərin istehsalat təlimi prosesini tam şəkildə təşkil etməyi öz üzərinə götürməlidir.
Bunun üçün şagirdlərin tədris proqramını bütövlüklə mənimsəmələrinə imkan verən zəruri maddi-texniki baza ilə təzhiz olunmuş təlim emalatxanalarını yaratmaq, təcrübəli mühəndis-pedoqoji texniki peşə təhsili mütəxəssis-işçilərinə malik olmaq lazımdır. Bunu necə yerinə yetirməli? Axı texniki peşə məktəbi üçün istehsalat təlimi prosesini təkbaşına təşkil etmək - şagirdlərin istehsal edəcəkləri məhsullar üçün çoxsaylı sifarişçilər axtarmaq, onları zəruri materiallarla, xammalla təchiz etmək, texniki sənədləri işləyib hazırlamaq, bu məhsulların realizasiyası üçün obyektlər müəyyən etmək, təlim emalatxanalarını zəruri avadanlıqlarla təzhiz etmək üçün vəsait qazanmaq çox çətindir. Deməli, bu prosesi birlikdə təşkil etmək üçün tərəfdaşlara ehtiyac zərurəti qalır. Bazar münasibətləri fəhlə kadrları hazırlığı sistemində bu prosesi birlikdə təşkil etmək üçün peşə məktəblərinin yardımçıları və tərəfdaşları olmuş hüquqi statuslu, öz möhürü və bankda hesabı olan texpeşə müəssisələrinin yaradılmasına yol açdı.
Bax, keçən əsrin 80-ci illərində Bakıdakı texniki peşə məktəblərində şagirdlərin istehsalat təlimi prosesini bütövlüklə təşkil etmək üçün bu cür baza yaradılmışdır. Birinci növbədə təlim emalatxanalarında məhsul hazırlanması üçün texniki peşə məktəblərini sifarişlə təmin edən sahələrarası tədris-istehsalat firmaları yaradılaraq işə salındı. Bura məhsulların texniki sənədlərinin işlənib hazırlanması mərkəzi, metodiki-təlim mərkəzi, istehsal edilmiş məhsulların xüsusi satış obyektləri (mağaza, kafe, paltar evi və s.) daxil idi. Peşə məktəblərinin təlim emalatxanasının bazasında peşə məktəblərinin kollektivləri tərəfindən təsis edilmiş tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxanalar, müəssisələrin filialları fəaliyyət göstərməyə başladılar. Bakı şəhərinin texniki peşə təlimi sisteminə texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin korporativ birliyi modeli tətbiq edildi.
Texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələr arasında münasibətləri tənzimləmək məqsədilə necə deyərlər, menecer xidmətinin yaradılmasına zərurət yarandı ki, bu da Bakı texniki peşə təhsili tədris-istehsalat birliyi oldu. Bu, peşə məktəblərində şagirdlərin gəlir gətirən ictimai-faydalı istehsalat fəaliyyətinin təşkil edilməsinə imkan yaratdı. Həmin dövrlərdə Bakı texniki peşə məktəblərinin şagirdləri SSRİ üzrə ümumi göstəricidən 4 dəfə çox məhsul istehsal etmişdilər. Bu, yuxarıda göstərilən təsərrüfat hesablı müəssisələrin (o müəssisələrin ki, həm də onların avadanlıqlarından istifadə edilirdi) təlim emalatxanalarının bazasında həmin prosesdə birgə iştiraklarının nəticəsi idi. Şagirdlər tərəfindən hazırlanan məhsulların siyahısında peşə məktəblərinin özünün maddi-texniki bazasının təchiz edilməsi və möhkəmlədirilməsi üçün lazım olan məmulatların həcmi çoxluq təşkil edirdi. Hazırlanmış məhsulların satışından əldə edilmiş vəsaitlərin bir hissəsi təlim emalatxanalarının təchiz edilməsinə sərf edilirdi. Ötən əstin 80-si illərinin sonuna Bakı şəhərinin əksər texniki peşə məktəblərinin təlim emalatxanaları şagirdlərin istehsalat təlimini bütövlüklə həyata keçirmək üçün imkan verən maddi-texniki bazaya malik idilər. Bir sıra peşə məktəblərinin təlim emalatxanaları profilindən asılı olaraq mini-fabrika, mini-zavod, mini-geyim evi və s. kimi fəaliyyət göstərirdilər...
Yaxud, ölkəmizdə texniki peşə təhsili problemləri necə həll olunur? 
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, təhsil üzrə Dövlət Strategiyasını reallaşdırmaq üçün fəaliyyət Planı da hazırlanacaq. Bununla əlaqədar olaraq ictimaiyyəti təhsil sisteminin qollarından birinin, fəhlə kadrları hazırlığını aparan bölmənin vəziyyəti ilə və texniki peşə təhsili sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərlə tanış etməyi məqsədə uyğun hesab edirəm.
...Beləliklə, Bakının keçmiş 82 saylı texniki peşə məktəbinin mini-fabrikası bu cür fəaliyyət göstərirdi. Burada təlim emalatxanasının bazasında tikiş müəssisəsinin filialı, təsərrüfat hesablı emalatxana, şagird koperativi, uşaq paltarlarının fərdi tikişi üzrə atelye, peşə məktəblərinin sifarişi üzrə sex fəaliyyət göstərirdi. Öyrətmə mərhələli şəkildə - şagirdlərin fəhlə ixtisaslarını mənimsəmə səviyyəsinə uyğun sadədən mürəkkəbə doğru həyata keçirilirdi. Onlar başlanğıc mərhələdə tikiş təlimi emalatxanasında işləyərək peşə məktəblərinin sifarişlərini yerinə yetirməklə yataqxanalar üçün yataq dəstləri, mələfələr, dəsmallar, nisbətən sadə məhsullar hazırlayırdılar. Sonra "Texpeşə geyim" sahələrarası tədris-istehsalat firmasının sifarişlərini yerinə yetirərək nisbətən mürəkkəb məhsullar hazırlanan təsərrüfat hesablı emalatxanasında işləyirdilər. Daha sonra isə onun üçün fəhlə kadrları hazırlanan tikiş müəssisəsinin sifarişlərini yerinə yetirməklə məhsul hazırlayırdılar. Şagird dərzilər isə nəhayət peşə məktəbinin nəzdindəki atelyedə və "Cırtdan"  texpeşə uşaq paltarları evində öyrənirdilər. Bir sıra şagirdlər öz ixtisaslarını həmin dövrlərdə fəaliyyət göstərən "Texniki-peşəçi" uşaq koperativində təkmilləşdirirdilər. "Texpeşə geyim" sahələrarası tədris-istehsalat firması mini-fabrikanı istehsalat sifarişi ilə təmin edir, texniki sənədləri hazırlayan mərkəz etalon olaraq paltarların nümunəvi modelini hazırlayıb təqdim edir, texpeşə maqazin-salonu, uşaq geyimləri evi təlabatı öyrənərək və reklam təminatını yerinə yetirərək şagirdlərin hazırladıqları tikiş məmulatlarını realizə edirdi. Şagirdlərin istehsalat təlimini təşkil etmək üçün yaradılmış bütün bölmələr, o cümlədən bu prosesi idarə edən aparat özünümaliyyə prinsipi ilə işləyirdilər.
Bakının fəhlə kadrları hazırlayan sistemində faydalı məhsul istehsalına aid şagirdlərin istehsalat təliminin təşkili üçün yaradılmış bütün bölmələr, bu bölmələri idarə edən aparat da daxil olmaqla özünümaliyyə prinsipi ilə işləyirdilər. Istehsalın artması peşə məktəblərinə yüksək gəlir gətirirdi ki, bu da tədris dövründə şagirdlərə əmək haqqı ödənilməsinə şərait yaradırdı, eləcə də texniki peşə təhsili sistemində effektli və keyfiyyəti fəaliyyətlərinə görə mühəndis-pedoqoji işçilərinin həvəsləndirilməsi təcrübəsindən də istifadə edilirdi. Məsələn, istehsalat təlimi ustasının əmək haqlarına rəhbərlik etdikləri sagird qrupunun istehsalat təlimi prosesi zamanı qazandıqları məbləğdən asılı olaraq vəsait əlavə edilirdi. Bundan başqa, işçilər işdən kənar vaxtlarda peşə məktəblərinin tədris emalatxanalarının bazasında yaradılmış yuxarıda göstərilən təsərrüfat hesablı müəssisələrdə işə cəlb edilirdilər. Onların bir çoxu təyin olunmuş okladdan 2-3 dəfə artıq qazanırdılar. Təcrübəli işçiləri texniki peşə məktəblərinə bağlamağın yolu bu idi.
Ötən əsrin 80-ci illərinin sonuna Bakı şəhərinin əksər texniki peşə məktəblərinin təlim emalatxanaları şagirdlərin istehsalat təlimini bütövlüklə həyata keçirmək üçün imkan verən maddi-texniki bazaya və təcrübəli mühəndis-pedoqoji işçilərə malik idilər. Bakının fəhlə kadrları hazırlayan sistemi Azərbaycanın texniki peşə təhsili üzrə Dövlət Komitəsinin tərkibində tədris-istehsalat sahəsi - peşə məktəbləri və təsərrüfat hesablı tərəfdaş müəssisələrin korporativ birliyi kimi fəaliyyət göstərirdi. Texniki peşə məktəbləri (tədris-istehsalat ocaqları) bazar münasibətləri şəraitində yalnız bu strukturun bir bəndi olaraq müvəffəqiyyətlə fəaliyyət göstərə bilərlər və bunun alternativi yoxdur.
Amma texniki peşə məktəblərini idarə edən bugünkü struktur özünün ləğv etdiyi bazar münasibətləri şəraitində alternativi olmayan fəhlə kadrları hazırlayan sisteminin müvəffəqiyyətlə fəaliyyət göstərən peşə məktəbləri və təsərrüfat hesablı müəssisələrin korporativ birliyinin Bakı modelini bərpa etməkdə acizdir. Bunu yalnız texniki peşə təhsili mütəxəssisləri bacarar, lakin onların səsu fəhlə kadrları hazırlayan sistemi Təhsil Nazirliyinin tərkibinə qatandan sonra səriştəsiz şəxslərin yaratdığı qatı büroktatik maneələrin arxasından eşidilmir və mütəxəssislərin əksəriyyəti bu sistemi tərk ediblər. Bu struktura məmurların seçilməsi isə səriştə və peşəkarlıq nəzərə alınmadan həyata keçirilir. Şagirdlərin peşə təhsilinin müvəffəqiyyətli təşkili modelini yarada bilməyən bu cür "mütəxəssislər" xaricilərlə birlikdə onların üsulu ilə fəhlə peşələrini öyrədilməsi üzrə iş apardıqlarını deməklə ictimaiyyəti azdırırlar.
Fəhlə kadrları hazırlayan sistem ölkənin konkret sosial-iqtisadi şəraitinin spesifikasına uyğun qurulur. Əsasən kiçik və orta biznes strukturlarının fəaliyyət göstərdiyi Azərbaycandakı şəraiti məsələn, təhsil ocaqları ilə birlikdə özlərinə kadrlar hazırlayan iri müəssisələr və konsernlər fəaliyyət göstərən Almaniya ilə müqaisə etmək mümükündürmü? Bizdə bu cür hərəkət etməyi bacaran biznes strukturu çoxdurmu? Fəhlə kadrlarının hazırlanması üzrə alman metodunun öyrənilməsi və tətbiq edilməsi "ideyasını" keçmiş Təhsil naziri Misir Mərdanov Almaniyaya gedib gələndən sonra irəli sürmüşdür. Həmin vaxtlardan məmurlar Almaniyaya gedirlər. Gələndən sonra mətbu orqanlarda, televiziyada güya ki, respublikanın texniki peşə təhsili sisteminin təkmilləşdirilməsi üzrə almanlarla iş apardıqlarını ərz etməklə ictimaiyyəti azdırırlar. Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlığından fəhlə kadrları hazırlayan sistem deyil, beynəlxalq donor təşkilatların maliyyə vəsaitləri hesabına "sərsəm layihələr hazırladıqlarına" görə məmurlar qazanırlar. Yaradılan və müvəffəqiyyətlə işləyən texniki peşə təhsilinin fəaliyyət modeli uyğun sosial-iqtisadi şəraitə yaxın digər ölkələrdə də istifadə oluna bilər. Ümumi sosialist mirasından törəmiş və faktiki olaraq hamısında əsasən kiçik və orta biznes strukturları fəaliyyət götərən possovet məkanı ölkələri özlərinin əsas parametrləri ilə hələ də eyniyyət təşkil etməkdə davam edirlər. Ona görə də MDB dövlətlərinin bu və ya digərindəki texniki peşə məktəblərinin prinsipcə effektv fəaliyyət modeli, xüsusilə şagirdlərin peşə hazırlığı prosesi, possovet məkanı ölkələrində istifadə oluna bilər.
2013-cü il sentyabrın 3-də Yaltada ROO "Dom Evropı v Sankt-Peterburqe" tərəfindən "Həyat boyu təhsil: ənənə və innovasiyalar" mövzusunda (rus-ukrayna layihəsi) YUNESKO-nun "Yaşlıların təhsil həftəsi"  aksiyasının keçirildiyi zaman mən texniki peşə təhsili sahəsinin inkişafi proqramı üzrə cavabdeh qismində "Texniki peşə təhsili çərçivəcində akademik və korporativ sistemlərin inteqrasiyası" seksiyasını təşkil edib seminar keçirdim.
Orada "Ocviti doroslex Ukraini" ("Ukraynada yaşlıların təhsili" (YUNESKO) Habitat.ORG.ua Ümumukrayna kordinasiya bürosunun nümayədələri ilə Ukraynanın fəhlə kadrları hazırlığı sistemində texniki peşə məktəbləri və təsərrüfat hesablı texpeşə müəssisələrinin korporativ birliyinin Bakı modelinin tətbiqi üzrə saziş bağlanmışdır.
ROO "Dom Evropı v Sankt-Peterburqe" tərəfindən nəzərdə tutulmuşdur ki, possovet məkanı ölkələrində "Texniki peşə məktəbləri və təsərrüfat hesablı texpeşə müəssisələrinin korporativ birliyi - fəhlə kadrları hazırlığının alternativsiz modeli (Bakıda yaradılmış model əsasında)" mövzusunda seminarlar və seksiyalar keçirilsin və bu regionların rəhbərlərinə həmin ölkələrin fəhlə kadrları hazırlığı sistemində bu modelin tətbiq edilməsi təklifi ilə müraciət edilsin.
Azərbaycanda isə, təcrübə göstərdiyi kimi fəhlə kadrları hazırlayan sistemin təkmilləşdirilməsinə aid sənədlər hazırlanarkən öncə Təhsil nazirliyin rəhbərliyi tərəfindən yalnız bu təsisatın məmurlarının təklifləri qəbul edilirdi, amma texniki peşə təhsili mütəxəssislərinin təkliflərinə isə əhəmiyyət verilmirdi. Çox güman ki, yuxarıda göstərilən Plan hazırlananda da reallıq əsasında deyil,  bu məmurların güya fəhlə kadrları hazırlayan sistemin təkmilləşdirilməsi haqda təntənəli fantaziya və ritorik yalanları əsasında quraşdırdıqları təkliflərdən istifadə ediləcəkdir. Bu Plan yerinə yetiriləcəkmi? Həyat göstərdi ki, respublikanın texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş qərarlar, proqramlar, bağlanmış müqavilələr Təhsil Nazirliyi tərəfindən  yerinə yetirilmir.
Yeri gəlmişkən elə həmin məsələlərin həllinə istiqamətlənmiş 2007-2012-ci illərlərdə Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə Dövlət Proqramına da Təhsil Nazirliyi əhəmiyyət vermədi, ondan yan keçdi. Proqramın əsas istiqamətlərindən heç biri - peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin məzmununun müasir tələblərə uyğun yeniləşdirilməsi və kadr hazırlığının müasir dövrün tələblərinə uyğun formalaşdırılması - yerinə yetirilmədi. Hətta bu sistemin dağlma prosesi davam etdi. Texniki peşə təhsili sistemində şagirdlər istehsalat təlimi prosesi zamanı ictimai-faydalı əməyə cəlb olunmadıqlarından onların istehsalat təlimi prosesinin imitasiyası davam edərək anomal formaya düşüb. Bu isə öz növbəsində şagirdlərin nəinki fəhlə peşəsinə yiyələnməmələrinə, eləcə də tədris müddətində əmək haqqından da məhrum olmalarına gətirib çıxardı. Bu eləcə də peşə məktəblərini texniki peşə təhsili sistemində mövcud olan effektli və keyfiyyətli fəaliyyətlərinə görə işçilərin həvəsləndirilməsi təcrübəsindən də istifadə etmək imkanından məhrum etdi. Məsələn, istehsalat təlimi ustalarıının əmək haqlarına sagirdlərin istehsalat təlimi prosesi zamanı qazandıqları məbləğdən asılı olaraq vəsait əlavə edilməsi. İstehsalat təlimi ustaları nəinki azacıq əmək haqqi ilə kifayətlənməli oldular, onlar hətta ixtisaslarını itirdilər ki, bu da texniki peşə təhsilində mütəxəssis-kadrların itkisinə gətirib çıxardı. Axı strategiyanın başlıca məqsədlərindən biri səriştəli müəllimlərə malik iqtisadiyyata davamlı təhsil sistemi yaradılması adlanır. Amma bu problemi şagirdlərin istehsalat təlimi prosesini faktiki olaraq dövlət büdcəsi hesabına həyata keçirən, bununla da dövlər budcəsində "oturmağa" davam edən bugünkü texniki peşə təlimi sistemi həll etməyə qadir deyil. Bu avantüradır, belə ki, həmin cüzi vəsaitə tədris proqramının bir-iki mövzusunu belə mənimsəmək olmaz. Hətta dövlət büdcəsindən kifayət qədər vəsait ayrılsa da belə yuxarıda göstərilən həmin ləğv edilmiş vasitəçi və yardımçı müəssisələrsiz texniki peşə məktəbləri bu prosesi müvəffəqiyyətlə həyata keçirmək iqtidarında deyillər. Nəticə etibarilə şagirdlərin hazırladıqları faydalı məhsulların hesabına istehsalın artırılmasını təmin etmək və bununla gəlir əldə etmək olmaz. Bu isə öz növbəsində peşə məktəblərinə imkan verməz ki, mühəndis-pedoqoji işçilərin əmək haqlarına əlavə vəsait odəyə bilsin və texniki peşə məktəblərini səriştəli müəllimlərlə komplektləşdirsin.
Peşə məktəblərinin maddi-texniki bazası gəlirləri olmadığı səbəbindən mebel, avadanlıq həmçinin inventar olaraq təzə bir şey almadıqlarına görə acınacaqlı vəziyyətə salınıb, belə ki, şagirdlər tədris-istehsalat prosesində onları hazırlamağı dayandırıblar.
Dövlət tərəfindən müəyyən edilmiş iqtisadiyyatın bu və ya başqa sahələrini zəruri iixtisaslı fəhlə kadrları ilə təmin etməyi bacarmayan peşə məktəblərinin direktorları tələbə qəbulunu əsasən qeyri istehsal sahələri üçün lazımi maddi-texniki bazanın olmaması şəraitində özləri bildikləri kimi həyata keçirirlər: bunlar aşpazlar, parikmaxerlər, avtoçilingərlər, mühasib, bufetçi və barmenlərdir.
Prezident İlham Əliyev respublika gənclərlərinin nümayəndələri ilə görüşündə qeyd etdi ki, ölkə iqtisadiyyatının bugünkü dinamik inkişafı, artan iqtisadi potensial, yaradılan yeni, mütərəqqi texnologiyaya malik müəssisələr texniki peşə təhsili sistemindən peşəkar kadrlar tələb edir, belə ki, məhz bu kateqoriyadan olan peşəkarlar daha çox lazımdır. Lakin sənaye sahələri üçün fəhlə kadrlarlarının hazırlanmasını faktiki olaraq dayandıran bugünkü texniki peşə məktəblərinin bunu yerinə yetirməyə gücü çatacaqmı?
Tək-tük işəgötürənlər özlərinə fəhlə kadrları hazırlamaq üçün peşə mıktəblərinə sifariş verirlər. Ona körə ki, peşə məktəbləri şagirdləri lazımi səviyyədə peşə təhsili ilə təmin etməyə qadir olmadıqları barədə məlumatlıdırlar. Müəssisələr peşə məktəbləri ilə faktiki olaraq əməkdaşlıq etmirlər, hərəsi öz həyatlarını yaşayırlar və onların yolları kəsişmir. Peşə məktəblərinin əksəriyyəti de-yure var, de fakto isə əmək bazarının tələbatına uyğun ixtisaslı fəhlə kadrlarları hazırlayan təhsil ocağı kimi fəaliyyət göstərməyi dayandırıblar.
Təhsil naziri Mikayıl Cabbarov bəyan etd: "Bizim məzunlar texniki peşə təhsili almağa yönəldiləcəklər".
Təsisatın başçısının fikirincə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına peşəkar kadrlar lazımdır. Nazir inandırır ki, "buna  yüksık bilik və təcrübə tətbiq etməklə, Azərbaycana ən müasir və yeni texnologiya gətirməklə nail olmaq olar".  Doğrudanmı nazir inanır ki, bunu Azərbaycanın yarıdağıdılmış fəhlə kadrları hazırlayan sistemi ilə həyata keçirmək mümkündür?
Bütün bunlar yeni nazirin onun rəhbərlik etdiyi təsisatın tabeliyində olan texniki peşə təhsili sistemindəki işlərin durumu ilə kifayət qədər tanış olmamasının və texniki peşə təhsilinin böhran vəziyyəti, eləcə də bu böhrandan necə qurtulmaq haqda texniki peşə təhsili mütəxəssislərinin təqdim etdiyi materiallara əhəmiyyət verməməsinin nəticəsidir.Bakının texniki peşə təhsili mütəxəssisləri fəhlə kadrları hazırlayan sistemi xilas etmək üçün cəhd göstərirlər və bunu Azərbaycan Təhsil Nazirliyi ilə dialoq formasında etməyə çalışırlar. Təəssüf ki, bunun hələlik bir nəticəsi yoxdur.

Fəhlə kadrları hazırlayan sistemin xilas edilməsi və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təstiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət stragesiyası"nın yerinə yetirilmısi üzrə işlərin aparılması davam edəcəkdir. Əgər ekspertlərin fikirləri eşidilməzsə, monoloqa keçməyə məcbur olacağıq. Belə ki, Azərbaycan Təhsil Nazirliyindən fərqli olaraq bizi həm özümüzün, həm də MDB ölkələrinin KİV-ləri dəstəkləyirlər.

Rafiq Əliyev

Copyright © 2009 Azerin LLC