Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“XALQ ХƏBƏR.AZ.COM.İNFO” Saytı


02.02.2014

Texpeşədə diletantlıq və korrupsiya

Sizin "Xalqxeber.az" saytında "Texniki peşə təhsili şöbəsinin müdiri nazirin əksinə gedir" məqaləsində Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri N. Məmmədovun qeyri-qanuni fəaliyyəti bu sahədə əməlli-başlı özbaşınalıq yaratması haqqında deyilənlər faktiki olaraq yerində deyilmiş sözlərdir.
Məqalədə deyilənləri faktlarla əsaslandırmaq istəyirəm. Düzgün hesab etmədiyim yeganə şey məqalənin adıdır. Məsələ burasındadır ki, N. Məmmədov nazirliyin fəhlə kadrları hazırlayan sistemində apardığı xəttin əksinə getmir. Həm də onun bu sahəyə münasibətdə məhvedici siyasəti çox uğurla həyata keçir. Nazirə gəldikdə isə onun bu sahəyə münasibəti hələ məlun deyil və bir çox illər bundan qabaqkı fəaliyyətindən fərqlənəcək ya yox zaman göstərəcək.
Məsələ burasındadır ki, fəhlə kadrları hazırlayan sistem Təhsil nazirliyinin tərkibinə qatılandan sonra texniki peşə məktəblərini idarə edən texniki peşə təhsilinə yabançı, ümumu orta təhsil məktəblərini idarə edən sturukruraya bənzər bir idarəetmə strukturu yaradıldı. Orada nəzərə alınmamışdır ki, texniki peşə məktəbi tədris-istehsalat ocağıdır, zira o təhsil sisteminə aid olduğu kimi, məhsul istehsalçısı rolunda çıxış edən iqtisadiyyat kompleksinin bəndlərindən biridir. Bu struktur dövlət büdcəsinin hesabına təmin olunur və onun məmurları sahədəki işlərin hansı vəziyyətdə olmasından asılı olmayaraq heç bir məsuliyyət daşımadan stabil maaş alırlar.
Bazar iqtisadiyytında texniki peşə məktəbləri faktiki olaraq yalnız dövlət büdcəsinə "otuzdurulub". Bu texniki peşə təhsili sistemində mövcud olan texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin korporativ birliyi modelinin həmin dövrlərdə Z. Abdullayevin rəhbərlik etdiyi idarəetmə strukturunun vəğv edilməsi ilə əlaqədardır. Şagirdlərin istehsalat təlimi prosesinin dövlət büdcəsi hesabına formalaşdırılması isə avantüradır, zira dövlət büdcəsinin cüzi vəsaitinə peşə mənimsənilməsi üçün nəzərdə tutulan tədris proqramının yalnız bir və ya iki mövzusunu mənimsəmək mümkündür. Bu səbəbdən də əksər peşə məkrəblərində şagirdlər istehsalat təlimi prosesində ictimai-faydalı əməyə cəlb edilmədiklərinə görə orada həmin prosesin imitasiyası gedir. Çünki bu prosesdə onlar ictimai-faydalı əməyə cəlb olunmurlar. Bu səbəbdən də onlar bütün tədris müddəti boyu faktiki olaraq fəhlə peşələrinə yiyələnə bilmirlər. Sahədə şagirdlərin peşə təlimi prosesini böhran vəziyyətə gətirib çıxaran Z. Abdullayevi isə hörmətlə layiqli təqayüdə yola salırlar. Bu vəzifəyə - texniki peşə təhsili şöbəsinin müdiri vəzifəsinə N.Məmmədov təyin edilir. O, bu vəzifəni aldıqdan sonra başçılıq etdiyi şöbənin və peşə məktəblərinin rəhbərlərinin fəaliyyətini sələfi tərəfindən pozulmuş şagirdlərin peşə təlimi prosesinə səfərbər etməyə borclu idi. Amma heç vaxt fəhlə kadrları hazırlğı məsələləri ilə məşğul olmayan N.Məmmədov qərar verdi ki, ümumiyyətlə texniki peşə təhsilində təsbit edilmiş qayda-qanunu saymamaq olar və fantaziyalar üzərində qurulmuş sərsəm "ideya" ilə çıxış etməyə başladı ki, texniki peşə məktəblərinin inkişafını şagirdlərin istehsalat təlimi prosesi zamanı əldə olunan gəlirlərlə əlaqələndirməməli. Bununla o, şagirdlərin istehsalat təlimini tabelikdə olan strukturların anomal formaya salmasının davam etmələrinə təşviq edir.
Adı çəkilən məqalədə qeyd edildiyi kimi peşə məktəblərinin əksəriyyətində istehsalat "müəssisəsi" fəaliyyət göstərir, bu müəssisələrdə şagirdlərin iştirakı olmadan kənar şəxslər tədris işlərinin siyahısına uyğun olmayan məmulatlar istehsal edilir. Direktorlar bu binaları onlara Təhsil nazirliyinin məmurlarının icazəsi ilə güya şagirdlərin öyrədilməsi üşün veriblər. Bu "müəssisələrin" şagirdlərə peşə təliminin əlifbasınıın öyrədilməsində maraqlı olmasını düşünmək sadəlövlük olardı, zira onların məqsədi peşə məktəblərinin emalatxanalarının binasından və avadanlıqlarından istifadə edərək vəsait qazanmaqdır. Peşə məktəblərinin təlim emalatxanalarınin bazasında fəaliyyət göstərən bu "müəssislərə" hətta istehsalat təlimi ustalarını buraxmırlar. Peşə məktəblərinin bü cür "istehsalat fəaliyyətindən" həmin "müəssisələr", peşə məktəblərinin direktorları və Təhsil nazirliyinin məmurları qabağa düşürlər. Mühəndis-pedoqoji işçilərə gəlincə, onlar nəinki azacıq həmək haqqi ilə kifayətlənməli olurlar, eləcə də ixtisaslarını itirdilər. Bu peşə məktəblərində ictimai-faydalı məhsul istehsal etməklə şagirdlərin istehsalat təliminin mövcud olmaması onların nəinki fəhlə peşəsinə yiyələnməmələrinə, eləcə də gəlirdən də məhrum etdi. Bu hər şeydən əvvəl peşə məktəblərini texniki peşə təhsili sistemində mövcud olan effektli və keyfiyyəti fəaliyyətlərinə görə işçilərin həvəsləndirilməsi təcrübəsindən də istifadə etmək imkanından məhrum edir. Məsələn, istehsalat təlimi ustalarıının əmək haqlarına sagirdlərin istehsalat təlimi prosesi zamanı qazandıqları məbləğdən asılı olaraq vəsait əlavə edilməsi. Əksər təcrübəli mühəndis-pedoqoji işçilər peşə məktəblərini tərk ediblər. Elə həmin məqalə qeyd edir:" şöbə müdiri onları əvəzləmək üçün peşə məktəblərinə müəllimlərin qəbulunu öz bildiyi şəkildə həyata keçirir. Yəni kimin pulu onun tələbatlarını ödəyirsə, müəllim işləyir. Pulu olmayanlar isə işə düzələ bilmirlər. Rüşvət qarşılığında müəllim işləyənlər bu sahədən tamamilə xəbərsizdirlər". Almaniya xalq universitetləri assosiasiyasının beynəlxalq əməkdaşlıq üzrə institutunun nümayəndələrinin gəldikləri nəticəyə görə həmin kadrlar müasir tədris prosesinin tələblərinə cavab vermirlər, keyfiyyətcə köhnəlmiş tədris üsulu, müasir biliklərin çatışmaması, şagirdlərin peşə təsilinin keyfiyyətinə neqativ təsir göstərir.
Texniki peşə məktəblərinə kimlər rəhbərlik edir?
Məqalədə qeyd edilir ki, məktəb rəhbərlərinin əksəriyyəti şöbə müdirinin kadrlarıdır. Əlbəttə, onlar tutduqları vəzifədə havayı oturmayıblar. Şöbə müdirinin istədiyini çatdırandan sonra direktor vəzifəsinə sahib olublar. Çoxlarınımı inandırmaq olar ki, Təhsil nazirliyində bu cür kadr siyasəti, direktor vəzifəsinə təyinat qərəzsiz həyata keçirilir? Texniki peşə təhsili ocaqlarının direkroru haqqında əsasanamədə gösrərilir ki, o, uyğun ali təhsilə və ən azı beş il mühəndis-pedoqoji staja malik şəxslər sırasından təyin olunmalıdır. Lakin N.Məmmədovun özü kimi təyin olunan direktorların çoxu, əvvəllər heç vaxt fəhlə kadrları hazırlığı ilə məşğul olmayıblar.
Bütün bunlar Z.Abdullarevin bu şöbəyə rəhbərlik etdiyi dövrlərdə də baş verirdi. Məsələn, onun vaxtında peşə məktəblərinin bütöv bir qrupu "ailə podratının" iltizamına verilmişdir – peşə liseyinin direkroru M.Aslanovanın tövsiyəsi ilə onun öz oğlu, qardaşı, qaynı, yaxın qohumu peşə məktəblərinin direktoru təyin edilmişdilər. Bu xanım direktorun texniki peşə məktəblərinin inkişafında axı hansı əlahiddə xidmətləri olub?
M.Aslanovanın başçılıq etdiyi lisey kompleksini vaxtilə keçmiş radiozavod tikdirmişdi. Bu gün həmin zavodun yerində Müdafiə Sənayesi nazirliyinin müəssisəsi fəaliyyət gösrərir. İndi bu kompleks-lisey artıq müdafiə sənayesinin həmin müəssisəsi üçün mütəxəssislər hazırlamalıdır. Kompleksin bazası imkan verirdi ki, həmin profildən olan başqa müəssisələr üçün də fəhlə kadrları hazırlayan mərkəzə çevrilsin. Amma bu baş vermədi. Bu kompleksin binası iki yerə "bölündü". Bir hissəsində ümumtəhsil məktəbi yerləşdirilib. Yeri gəlmişkən ora hənin Mərhəmət xanımin öz qızı direktor təyin edilib, binanın o biri hissəsində isə "müdafiəçilərin" tələbatından çox uzaq avtonəqliyyat həvəsksr-sürücüləri, radio-televizor aparatlarının təmiri üzrə usta, kompyuter operatorluğu, barmen və bufetçi, qadın bərbəri, manikür ixtisasları üzrə şagird qəbulu həyata keçirilir. Z.Abdullayev getdi, estsfeti N.Məmmədov qəbul etdi və tərs peşə məktəbləri qalmaqda davam edir. Məsələn respublikanın əməkdar jurnalisti M.Hacıyev bu ailə podratı haqqında dörd fəfə ayrı-ayrı qəzarlərdə məqalə dərc etdi, Təhsil nazirliyinə sistemdə yaradılmış ailə podratı ilə əlaqədar ölçü götürülməsi təklifi ilə üç dəfə məktub göndərdi. Lakin həm
N.Məmmədov, eləcə də Təhsil nazirliyinin rəhbərliyi jurnalistin apardığı işə diqqətsizlik göstərdilər və sahə bu cür peşə məktəbləri ilə dolmaqda davam edir.
Bu yolla direktor vəzifəsini alandan sonra onlar birbirinə yaxın fəhlə peşələri hazırlığı aparan ixtisaslaşdırılmış peşə məktəblərində möbcud maddi-texniki bazanı dağıdaraq onları özününküləşdiriblər, onlrı necə deyərlər əsli-nəsnəsiz bir şeyə, başqa sözlə "mutant peşə məktəblərinə" çeviriblər. Onlar tərəfindən şagird qəbulu özləri bildikləri kimi bir-birindən uzaq peşələr üzrə əmək bazarının tələblərini nəzərə almadan, peşə təlimini təşkil etmək üçün lazımi maddi-texniki bazanın yoxluğu şəraitində aparılır.
Fəhlə kadrları hazırlayan sistemdə iqtisadiyyatın sənaye sahəci üçün hazırlıq faktiki olaraq dayandırılmışdır və bir çox peşə məktəblərində əsasən qeyri istehsal sahələri ixtisasları: aşpaz, bərbər, avtomobil təmiri üzrə çilingər, kompüter operatoru, mühasibatçı, bufetçi, barmen, manikür ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Faktiki olaraq peşə məktəbinin profilinə uyğun heç nə. Öyrətmək üçün lazımi şəraitin olmamasına baxmayaraq bütün bu ixtisasları nəyin xatirinə "səpələyirlər"? Doğrudanmı, şahidlərin dediyi kimi, abituriyentlərdən alınan rüşvət naminə fəaliyyətlərini belə qızğın surətdə genişləndirirlər?
Şagirdlərin istehsalat təliminin imitasiyası getdiyi, bu səbəbdən də peşə bacarıqlarının əlifbasını mənimsəmək mümkün olmayan peşə məktəblərinə N.Məmmədov göstəriş verir ki, ümumi qəbuldan iki peşənin hazırlığı abituriyentlərin hesabına ödənili həyata keçirsinlər. Bu cür peşə məltəblərinə kim pul ödəyir? Əlbətdə, o abiruriyentlər pul ödəyəirlər ki, onların arzusu peşə bacarıqlarının əlifbasını mənimsəmək deyil (bilirlər ki, peşə məktəbi bunu verə bilməz) yalnız aşpaz, parikmaxer, avtoçilingər və s. diplomunu almaqdır.
Əlində maddi-texniki bazası, tədris-istehsalat prosesini lazımi səviyyədə təşkil etməyi bacaran istehsalat təlimi ustaları olmayan bu mutant texniki peşə məktəblərini istisnasız olaraq bütün məzunlara güya ixtisaslı fəhlə peşəsinə yiyələndiyini təstiq edən sənəd verməklə diplom satışı üzrə bazara çevriliblər.
Bugünkü mutant texniki peşə məktəblərində əmək bazarında tələb olunmayan bacarıqsız fəhlələr, potensial işsizlər hazırlanması üçün dövlət büdcəsindən vəsait mənimsənilməsindən başqqa heç nə baş vermir.
Göstərilən məqalənin müəllifi təhsi naziri M.Cabbarova təklif edir ki, o bu sahədə rüşvətin və korrupsiyanın kökünü kəsmək istəyirsə, şöbə rəhbərini vəzifədən azad etməlidir.
Lakin N.Məmmədovu məqalə müəllifinin təklif etdiyi kimi vəzifədən kənarlaşdırmaqla fəhlə kadrları hazırlayan sistemdə heç nə dəyişməyəcək. Texniki peşə məktəblətini idarə edən bu texniki peşə təhsili sisteminə yabançı srtuktura yeni müdirinin təyinatı bu vakxanaliyanı nəinki durdurmayacaq, əksinə davam edəcək. Bütün məsələlər texniki peşə məktəblərini idarə edən bu lənətlənmiş idarəetmə strukturundadır.
5-6 məmurdan ibarət bu struktur (dövlət büdcəsi artığına yol vermir) texniki peşə məktəblərinin fəaliyyətini hərtərəfli qavramaq baçarığında olmdığından faktiki olaraq onun problemlərinin həllində özlərini qırağa çəkərək onları direktorların iltizamına veriblər və onların qarşılıqlı münasibət sistemi yalnız cürbəcür sənədlərin qarşılıqlı dəyişdirilməsi ilə məhdudlaşır. Bu strukturun rəhbərləri əsasən kadr siyasəti ilə məşğuldurlar. Təyin edilən kadrların səriştəlikləri nəzərə almadığından batırıcı kadr siyasəti tətbiq edilir. Mikayıl Cabbarov bu strukturu dəyişəcəkmi?
Məsələ burasındadır ki, İqtisadi inkişaf nazirliyinin Təhsil nazirliyinə təqdim etdiyi texniki peşə məktəblərinin idarəetmə strukrurunun yeni modelinə M.Cabbarov öz münasibətini bildirməyib.
Bu strukturun əsasını keçmiş Texniki peşə təhsili komitəsinin tərkibində müvəffəqiyyərlə fəaliyyət göstərən Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin təcrübəsi təşkil edir.Birliyinin aparatı isə öz fəaliyyətini indiki strukrurdan fərqli olaraq iqtisadi maraqlar və təsərrüfat hesablı prinsipi ilə formalaşdırırdı. O, peşə məktəbləri, texpeşə və başqa təsərrüfat hesablı müəssisələrlə bağlanmış müqavilələr əsasında yerinə yetirdiyi işlərdən qazandığı vəsait hesabına fəaliyyət göstərirdi. Bu ona imkan verirdi ki, öz tərkibini sahınin fəaliyyətini hər tərəfli
əhatə edə bilən mütəxəssislərlə lazımi miqdarda komplektləşdirə bilsin. O, tədris prosesinin təşkilində peşə məktəblərinin köməkçisi qismində çıxış edirdi.

Bu struktutun rəhbəri N.Məmmədov kimi diletant deyil, yalnız texniki peşə təhsili mütəxəssisi ola bilər. Texniki peşə təhsilinə yabançı olan bu texniki peşə məktəblərinin idarəetmə strukturuna N.Məmmədovun yerinə yeni rəhbərin təyin edilməsi bütün bu vakxanaliyanı nəinki dayandıracaq, əksinə davam edəcəkdir.

 

Rafiq Əliyev

 

Copyright © 2009 Azerin LLC