Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“XALQ ХƏBƏR.AZ.COM.İNFO” Saytı


25.03.2014

Kimlər meydan sulayır     

Təhsil Nazirliyi məlumat verib ki, 2014-2020-ci illər üçün respublikanın texniki peşə təhsilinin inkişafı üzrə yeni poqramın hazırlanması üzərində iş gedir. Əgər Təhsil Nazirliyi bundan əvvəl qəbul olunmuş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramını" yerinə yetirməkdən vaz keçibsə bu proqramı yerinə yetirmək mümkündürmü? Səbəb təhsil təsisatının yaratdığı texniki peşə məktəblərini idarə edən texniki peşə təhsilinə yabançı strukturun bacarıqsız olmasıdır. Onlar bu proqramın əsas istiqamətlərindən heç birini: peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin məzmununun müasir tələblərə uyğun yeniləşdirilməsi və kadr hazırlığının müasir dövrün tələblərinə uyğun formalaşdırılması yerinə yetirilməmişdirlər.
Təhsil nazirliyinin məmurlarının həmin proqramın yerinə yetirilməsi üzrə görülmüş işlər haqqında verdikləri məlumatdan proqramın əsas istiqamətlərinin mahiyyətini anlamadıqları aydın olur. İşləri kompleks şəkildə yerinə yetirməyə borclu olduqları halda, yalnız görüləcək işlərin cüzi həcmi ilə kifayətləndilər və bunun yetərli ilduğonu düşündülər. Budur onların siyahısı: Naxçıvanda, Qəbələ və İcmayıllı rayonlarında 3 yeni texniki peşə təhsili ocağı tikilib. Quba, Lənkəran, Tovuz peşə liseylərində və Mingəçevir, Oğuz, Zaqatala peşə məktəblıərində yeni müasir tipli tədris kabinələri yaradılıb. 60-a yaxın texniki peşə təhsili ocaqları ayrı-ayrı vacib avadanlıqlarla təchiz edilib. Respublika Təhsil institutunun nəzdində "Monirorinq və proqnozlaşdırma" və "İlk peşə təhsili kurikulumu" şöbələri daxil olmaqla "İlk texniki peşə təhsilinin inkişafı mərkəzi" yaradılmışdır. Texniki peşə məktəblərində tədris prosesinin təkmilləşdirilməsində bunların əhəmiyyətinə nəzər salaq.
Məsələn, onlar iddia edirlər ki, İsmayıllıda şagirdlərin təlim prosesi yerli şəraiti nəzərə almaqla qərb sistemi üzrə aparılır. Beləliklə, bu peşə məktəbində aşpaz, barmen və afisiantları bu cür hazırıamaq üçün müvafiq maddi-təlim bazası: təsərrüfat hesablı kafe, yeməkxana, maqazin və bar olmalıdır. Lakin bu peşə məktəbində bunar yoxdur və respublikanın bütün peşə məktəblərində olduğu kimi burada da şagirdlərin istehsalat təliminin imitasiyası gedir. Budurmu şagirdlərin təlim prosesinin yerli şəraiti nəzərə almaqla qərb sistemi üzrə aparılması? Qəbələdə də vəziyyət bu cürdür.
Respublika Təhsil institutunun nəzdində yaradılmış "İlk texniki peşə təhsilinin inkişafı mərkəzi"nin üzərinə peşə məktəblərində tədris prosesinin təkmilləşdirilməsi, işlənib hazırlanmış metodiki tövsiyələrlə onların təmin edilməsi, birgə metodiki-tədris işlərinin təşkil edilməsi vəzifəsi qoyulmalı idi. Amma bunlar baş verirmi? Məmurlar bir sıra texniki peşə lisey və məktəblərində müasir tipli tədris kabinələri yaradılması haqda məlumat verirlər.
Müasir tipli tədris kabinələri təkcə şagird partasından və sinif lövhəsindən ibarət olmamalıdır. Burada müəllimin iş yeri tərkibində texniki və başqa tədris vasitələrinin idarəetmə pultu pultu olan
stolu, pedoqoji əməyin təşkil edilməsi üçün müəllimlər tərəfindən hazırlanmış didaktiki, metodiki və başqa materiallardan ibarət əyani vəsaitlərlə təchiz olunmuş metodiki şkafdan ibarət olmalıdır. Bugünkü peşə məktəblərinin müəllimlərinin bu materialları hazıramaq və toplamaq istedadı varmı? Almaniya xalq universiteti Beynəlxalq əməkdaşlıq institutunun nümayəndələrinin nəticəyə gəldikləri kimi bizim respublikanın peşə məktəblərinin müəllimləri müasir tədris prosesinin tələblərinə cavab vermirlər, eləcə də müasir biliklərinin çatışmamazlığı və keyfiyyətcə köhnəlmiş tədris üsulu ilə şagirdlərin texniki peşə təhsilinə neqativ təsir göstərirlər.
Bu gün texniki peşə məktəblərində praktiki olaraq metodiki təlim işləri aparılmır. Amma Bakı texniki peşə təhsili sistemi Təhsil nazirliyinin tərkibinə qatılana qədər metodiki təlim işləri və təlim kabinələrinin yaradılması ilə metodiki-təlim mərkəzi məşğul olurdu. Mərkəz mütəmadi olaraq müəllimlərlə metodiki ceksiyalar, seminarlar, qiraətxanalar, "Müasir pedoqoli texnolgiyalar əsasında tədris prosesinin intensivləşdirilməsi" qabaqcıl təcrübə məktəbi keçirirdi. Nümunəvi təlim kabinələri yaradılırdı və onların bazasında "təlim kabinəsi-o, necə olmalıdır" mövzusunda seminarlar keçirilirdi. Müzakirələr nəticəsində təlim kabinələrinə, onların avadanlıqlarına və metodiki təminatına olan əsas tələblər səlisləşdirilirdi. Əksər Bakı texniki peşə məktəblərinin təlim kabinələri pedoqoji əməyin və texniki estetikanın təşkilinin tələblərinə uyğun təchiz edilmişdi. Bütün bunları Təhsil nazirliyi ilə Respublika Təhsil institutu bacarmırlar və eləmirlər, ona görə də məmurların müasir tipli təlim kabinələri yaratdıqları haqda bəyanatları növbəti yalanlardan biridir. Onlar texniki peşə məktəblərini ayrı-ayrı avadanlıqlarla təchiz etdiklərini deyəndə, məhz hansı avadanlıqla, dəqiqləşdirmirlər. Bazar iqtisadiyyatı şəraitində texniki peşə məktəbləri özlərinin maddi-texniki bazalarını təchiz edərkən avadanlıqların əksər hissəsini öz hesablarına almalıdırlar.
Bugünkü texniki peşə məktəblərinin peşə təhsili maddi-texniki bazası acınacaqlı vəziyyətdədir. Onlar gəlirlərinin olmaması səbəbindən nə bir dəzgah nə də bir avadanlıq ala bilmirlər. Yeni mədaxil də yoxdur, zira şagirdlər məhsul istehsal etmirlər.
İndi də növbəti əfsanə uydururlar ki, güya Təhsil nazirliyi bütün bu müddətdə işəgötürən təşkilatlara səmərəli əməkdaşlıq yaratmağa çalışırlar.
Son illər ərzində tək-tük işəgötürənlər özlərinə fəhlə kadrları hazırlamaq üçün peşə mıktəblərinə sifariş verirlər. Ona körə ki, onlar peşə məkrəblərinin şagirdləri lazımi səviyyədə peşə təhsili ilə təmin etməyə qadir olmadıqları barədə məlumatlıdırlar. Uzun illərdir ki, müəssisələr peşə məktəbləri ilə əməkdaşlıq etmirlər, hərə öz həyatını yaşayır və onların yolları kəsişmir.
Texniki peşə məktəblərini idarə edən indiki strukturun bacarıqsızlığı İqtisadi İnkişaf Nazirliyini Bakı təsərrüfat hesablı texniki peşə təhsili tədris-istehsalat birliyinin təcrübəsi əsasında yaradılmlş texniki peşə məktəblərinin yeni idarəetmə struktur layihəsini işləyib hazırlamağa və Təhsil Nazirliyinə təqdim etməyə vadar etdi. Lakin, Təhsil Nazirliyində fəhlə kadrlarının birgə hazırlanması üzrə texniki peşə məktəbləri və tərəfdaş müəssisələrin korporativ birliyinin bu modelini başa düşüb hərəkətə gətirməyi bacarmadılar və məmurlar ictimaiyyətə yalnış məlumat verməyə başladılar ki, güya "Bu modeli təkcə Belorusiyada, Azərbaycanda və Rusiyanın bəzi regionlarənda fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrində istifadə etməyə cəhd göstərdilər. Lakin o, şagirdlərin əmək qabliyyətini mənimsəməsinə deyil, gəlir mənbələrinin sayının artırılmasına xidmət etdiyinə görə iflasa uğradı".
Bu model bazar iqdisadiyytına keçid, iqtisadi islahatların başlanması ilə yaradılmağa başlandı. Peşə məktəbləri öz təşəbbüsləri ilə özlərinin profilləri üzrə birləşmək, tədris-istehsalat birlikləri kimi çıxış etmək maraqları ilə birləşməyə başladılar. Belə ki, məsələn, Lvovda tikiş peşə məktəbləri birləşdilər və təsərrüfat hesablı "Prestjl" təsris-istehsalat birliyi yaratdılar. Leninqradda tikinti peşə məktəbləri "Uçprofstroy" yaratdılar, Bakıda "Proftex" yaradıldı. 1988-ci ildə bu üç tədris-istehsalat birliklərinə "Xalq ictehlakı mallarının və kənnd təsərrüfatı məhsullarının istehsalının artırılmasında yüksək nailiyyətinə və şagirdlərin əmək tərbiyyəsində müvəffəqiyyət qazandığına görə" Lenin komsomolu mükafatı verilmişdir. Həmin dövrlərdə İttifaqın 20-dən çox regionunda təsərrüfat hesablı tədris-istehsalat birlikləei yaradılmışdır.
Texniki peşə təhsili tədris-istehsalat birlikləri yaratmaq yolunu tutdu. "Texniki peşə məktəbləri haqqında müvəqqəti əsasnamə" qəbul olundu ("Müəllim" qəzeti 15.08.89). Orada qeyd olunurdu: "Texniki peşə məktəbləri başqa tədris ocaqları və müəssisələri ilə birlikdə tədris-istehsalat, tədris-
ticarət-istehsalat firmaları, birlikləri, şagirdlərlə işçilərin başqa formada əmək assosiasiyalını yarada bilərlər". 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq müəllimlər qurultayı texniki peşə təhsili tədris-istehsalat birliklərinin yaradılması və onların iş təcrübələrinin SSRİ-nin regionlarında yayılması haqda qərar qəbul etdi.
Üç təhsil təsisatlarının birləşdirilməsindən sonra yaradılmış SSRİ Dövlət Xalq Təhsili Komitəsi respublikalarda yaradılmlş təhsil nazirliklərinin nəzdində texniki peşə təhsili tədris-istehsalat birliklərinin fəaliyyət göstərmələri haqqında qərar qəbul etdi. Həmin Dvlət komitəsi 24 fevral 1989-cu ildə Azətbaycan hökumətinə məktub göndərdi. Məktubda deyd edilirdi: "Azərbaycan texniki-peşə məktəblərinin idarəetmə strukturunun təkmilləşdirilməsi məsələsi haqda qərar qəbul edərkən Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin müstəqil statusunun saxlanması barədə təklifimizi nəzərə almağınızı xahiş edirik". Azərbaycan hökuməti 28 iyun 1989-cu il tarixdə sərəncam verərək Təhsil nazirliyinin nəzdində texniki peşə təhsili eksperimental tədris-itehsalat birliyini yaratdı.
Lakin SSRİ-nin dağılması ilə müstəqillik qazanan keçmiş ittifaq respublikalarında yaradılmış təhsil nazirliklərinə, belə deyək, əsasən sırf marifçilər başçılıq etdilər. Faktiki olaraq texniki peşə təhsili sahəsindəki yuxarıda göstərilən proseslərdən xəbərdar olmayan bunlar nəinki orada təsərrüfat hesablı tədris-istehsalat birliklərinin yaradılması üzrə işləri davam etdirmədilər, hətta texniki peşə təhsili sistemində təsərrüfat hesablı münasibətlərin tətbiqi prosesini faktiki olaraq dayandırdılar. Fəaliyyət göstərən tədris istehsalat birlikləri hər cür diqqətdən məhrum edilərək ləğv olundular.

Azərbaycanda 1991-ci ilin may ayında eksperimentin müvəffəqiyyətlə başa çatması ilə əlaqədar təhsil nazirinin əmri ilə Pespublika statusu alan tədris-istehsalat birliyini 1991-ci il dekabrın 14-də nazir müavini əmr verərək ləğv etdi. Lakin məhkəmədə əmrin qanuni olmadığını qət edərək birliyin fəaliyyətini bərpa etdi. Növbəti təhsil naziri 31 avqust 1992-ci ildə Bakı tədris-istehsalat birliyinin bərpa olunması haqda əmr verdi və bu əmrdən sonra respublika tədris-istehsalat birliyi faktiki olaraq öz fəaliyyətini dayandırdı. Bundan cəmi üç ay sonra 22 dekabr 1992-ci il tarixdə o, Bakı tədris-istehsalat birliyinin müdirinə paytaxtın iki peşə məktəbindən başqa digər məktəblərin işinə qarışmamaq haqda yazılı göstəriş verdi. Bu məmur 3 ay ərzində respublika texniki peşə məktəblərinin birliyini Bakı texniki peşə məktəblərinin birliyinə, daha sonra iki peşə məktəbinin birliyinə "çevirdi". Birliyin eləcə də onun rəhbərinin fəaliyyətini iflic vəziyyətə saldıqdan sonra onun iştirakı olmadan nazirliyin kollegiyasını keçirdi və həmin kollegiyada yalan və qərəzli faktlara istinadən hazırlanmış materiallar əsasında 1993-cü ilin may ayında Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin ləğv edilməsi haqda qərar qəbul edildi. Məhz Təhsil nazirliyinin rəhbərləri tədris-istehsalat birliyini məhv etdilər ki, bu da Azərbaycanda fəhlə kadrları hazırlayan sistemin iflasına gətirib çıxardı.

 

 

Rafiq Əliyev

 

Copyright © 2009 Azerin LLC