Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


01.09.2015

"Azərbaycanda texniki peşə təhsilini iflasa uğradanlar"


İntiligentik, gəzirik naz ilə,
Ömr edirik nəşeyi dəm saz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri səhmanlarıq,
Ay bərəkallah, nə gözəl canlarıq!
M.Ə.Sabir
Hələ vahid bir dövlətdə - SSRİ-nin tərkibində olarkən burada tələm-tələsik addım atıldl, orta və peşə məktəblərini, texnikumları, ali məktəbləri, uşaq bağçalarını bir təsisata - Təhsil Nazirliyinin çətirinin altına yığdılar. Texniki peşə təhsili də dağılmağa bundan sonra başladı. SSRİ dağılandan sonra isə possovet məkanında texniki peşə təhsilini böhrandan çıxarmaq əvəzinə, sistemdə mövcud olmuş qayda-qanuna əhəmiyyət vermədən mif və reallıqdan kənar “ideyalar” tətbiq etməyə başladılar.
Dövlət rəhbərlərindən ilk olaraq V.Putin texniki peşə təhsilini böhrandan çıxarmaq məsələsini gündəmə gətirdi və yeni layihələrin irəli sürülməsi üzrə strateji təşəbbüs agentliyinin müşahidəçi şurasının iclasında o, Rusiyada texniki peşə təhsilinin dirçəldilməsinin zəruriliyini vurğuladı. V.Putin müşahidəçi şuranın üzvərinə müraciət edərək dedi: “Bilirəm ki, Rudiyada bu təhsilin inkişafı üzrə sizdə konkret təkliflər var, onu cürbəcür, bəzən dual təhsil də adlandırırlar”.
V.Putin tərəfindən bəyənilən model, şagirdlərin dual təhsil alması onun bu şuranın iclasında səsləndirdiyi bəyanatdan da aydın görünür: “Hər bir yeni, yaxşıca unudulmiş köhnədir - bizim texniki peşə məktəblərində də belə olmuşdu, uşaqları hazırlayan zaman onlar müəssisələrdə təcrübə keçirdilər”.
Şagirdlərin peşə təhsilinin bu cür dual modeli Bakı texniki peşə təhsili tədris-istehsalat birliyində də fəaliyyət göstərirdi. Burada şagirdlərin peşə təliminin başlanğıc mərhələsi istehsalat təlimi ustalarının rəhbərliyi altında peşə məktəblərinin tədris-istehsalat bazasında öz xərcini ödəmə və təsərrüfat hesabı prinsipi ilə aparılırdı və onlar yalnız peşənin ilk başlanğıc təcrübəsini mənimsədikdən sonra təlimin son mərhələsini mənimsəmək üçün müəssisələrə istehsalat təcrübəsinə göndərilirdilər. Orada onlara iş yerləri həvalə edilirdi, zira peşə məktəblərinin tədris-istehsalat bazasında qazandıqları peşənin ilk başlanğıc təcrübəsi onlara müəssisənin istehsalat fəaliyyətində iştirak etməyə və əməkhaqqı almağa imkan verirdi. Bu cür nəzəri və praktiki hazırlığın uzlaşması haqda V.Putin demişdir: “Əgər dual təhsil nəzəri və praktiki hazırlığın uzlaşmasını nəzərdə tutursa, o zaman, əlbəttə, bununla məşğul olmaq lazımdır”.
Bu gün Rusiyada şagirdlərin dual təhsilinin başqa modeli fəaliyyət göstərir. Onların kollecdəki nəzəri təlimi müəssisələrdəki faktiki mifik praktiki təlimlə uzlaşdırılması üzərində qurulur. Mifik ona görə ki, Rusiyada, eləcə də possovet məkanında əsasən orta və kiçik sahibkarlıq subyektləri fəaliyyət göstərir və onlar şagirdlərin peşə təlimi prosesini öz sahə və obyektlərində təşkil etməyi öz üzərlərinə götürmək imkanında deyillər. Bu yalançı dual təhsil modeli tələbələrin (şagirdlərin) istehsalat təlimi prosesini kolleclərin divarları arasından faktiki olaraq çıxarıb. O, bu prosesi müəssisələrin belinə yükləyib. Onlar isə bunu yerinə yetirməyə qadir deyillər. Məhs bu səbəbdən kolleclərdə bu prosesin imitasiyası gedir. Orada tələbələr (şagirdlər) peşə hazırlıqlarında əhəmiyyətli vasitə olan məhsul istehsalına və əmək məhsuldarlığına cəlb olunmurlar. Bu gün Bakının texniki peşə məktəblərində də şagirdlərin ictehsalat təlimi hazırlığının bu cür imitasiyası gedir. Orada istehsalat təliminin maddi-texniki bazası dağıdılıb və Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin dövründə fəaliyyət göstərmiş texniki peşə məktəbləri və müəssisələrin korporativ birliyi modeli ləğv edilib. Təhsil Nazirliyi tərəfindən ləğv edilmiş Bakı texniki peşə təhsili tədris-istehsalat birliyi - dual təhsil modeli V.Putinin bəyəndiyi və Rusiyanın texniki peşə təhsilini dirçəldə biləcək şagirdlərin dual təhsil modelinə yaxın bir model idi.
Bizim Bakı texniki peşə təhsili mütəxəssislərinin müstəqil qrupu V.Putinin bəyanatını nəinki Pusiyada, eləcə də ondan nümunə götürərək possovet məkanında, o cümlədən Azərbaycanda da texniki peşə təhsilinin dirçəlişinin başlanğıcı kimi qəbul etdik. Yeri gəlmişkən, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi bizim qrupun hazırladığı texniki peşə məktəblərinin idarəetmə model layihəsini respublikanın Təhsil Nazirliyinə təqdim etmişdir. O, keçmiş Bakı təsərrüfat hesablı texniki peşə təhsili tədris-istehsalat birliyinin (fəhlə kadrlarının birgə hazırlanması üzrə texniki peşə məktəbləri və müəssisələrin korporativ birliyinin) təcrübəsi əsasında işlənib hazırlanmışdır.
Bizim respublikanın İqtisadi İnkişaf Nazirliyi faktiki olaraq Təhsil Nazirliyinə Bakı təsərrüfat hesablı texniki peşə təhsili tədris-istehsalat birliyinin bərpa edilməsi məsələsinə baxmağı və Azərbaycanda texniki peşə təhsilinin dirçəldilməsinə yol aça biləcək şagirdlərin dual təhsilinin Bakı modelini yenidən yaratmağı təklif etmişdir.
Bizim qrup Rusiya regionlarında maraq oyatmış şagirdlərin dual təhsilinin Bakı modelini Rusiyada tətbiq olunmasıda kömək etməkdə maraqlıdır. Biz Rusiyadakı respublikaların prezidentlərinə, vilayətlərin qubernatorlarına müraciət edirik və onlardan bu model barədə müsbət rəy, seminarlarda, forumlarda, dəyirmi masalarda səmərəli təcrübə mübadiləsi aparmaq üçün görüşmək təklifləri alırıq. O ki qaldı bizim Təhsil Naziliyinə, İqtisadi İnkişaf Nazirliyinin təqdim etdyi bizim qrupun hazırladığı texniki peşə məktəblərinin idarəetmə model layihəsinə etinasız yanaşdı, eləcə də bizim üç məktub-təkliflərimizə əhəmiyyət vermədi. Bu cür davranış Rusiyadakı rəhbərlərdən fərqli olaraq, yuxarı təşkilatlar - texniki peşə təhsili kuratorları tərəfindən Təhsil Nazirliyinin və orada işlərin real vəziyyətini öyrənməyə can atmayan rəhbərliyinin fəaliyyətinə nəzarət edilməməsinin nəticəsidir. Biz respublikanın fəhlə kadrları hazırlayan sistemdə işlərin vəziyyəti ilə tanış olub öyrənmək üçün mütəxəssislərin cəlb olunmasını Prezident Administrasiyasının humanitar şöbəsinə dəfələrlə təklif etmişik. 1993-cü ildə mütəxəssislərdən ibarət bir qrup yaradıldı. Həmin qrup sahədə vəziyyətin nə yerdə olduğunu öyrənəndən sonra texniki peşə təhsili sistemindəki ciddi çatışmazlıqlar haqda və onu bu vəziyyətdən çıxarmaq üçün təkliflər də daxil olmaqla arayış hazırlayıb təqdim etdi. O vaxtdan artıq 20 il keçib və yuxarı təşkilatlarda - texniki peşə təhsili kuratorlarıında fəhlə kadrları hazırlayan sistemdə işlərin vəziyyətinin necə olduğunu yerində öyrənməyə maraq oyanmadı. Bundan başqa, texniki peşə təhsilinin problemləri ilə maraqlanmadılar. Yoxsa vurğulamazdrılar ki, konsepsiyası texniki peşə təhsili ÜETİ-nin layihəsi çərçivəsində işlənib hazırlanmış Bakı texniki peşə təhsili tədris-istehsalat birliyi modeli köhnəlib və yeni model işlənib hazırlanmalıdır, bunun üçün isə xarici və beynəlxalq donor təşkilatlar cəlb edilməlidir. Əgər həmin kuratorlar texniki peşə təhsilinin problemləri ilə maraqlanmış olsa idilər, o zaman bilərdilər ki, xarici və beynəlxalq donor təşkilatlarla əməkdaşlıq indiyə kimi tədrisin məzmununu bircə peşə üzrə də olsun zərrə qədər yaxşılaşdırmamışdır. Amma V.Putin bizim Bakı modelinə yaxın modelin tətbiq olunmasını Rusiyanın texniki peşə təhsilinin dirçəldilməsi yolu kimi görür. Nazirlər Kabinetindən başqa, bir kurator texniki peşə təhsilini öz villasında texniki peşə məktəblərinin hesabına hansısa işi görmək lazım olanda xatırlayırdı. Azərbaycan Təhsil Nazirliyi daha irəli gedərək TN-nin fəhlə kadrları hazırlanmasına cavabdeh olan strukturun məmurlarına imkan yaratdı ki, onlar Bakı texniki peşə təhsili tədris-istehsalat birliyi haqqında yalan məlumatlar verərək cəmiyyəti azdırsınlar.
***
İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi texniki peşə təhsili sistemində bu fəaliyyət modelini bərpa etmək bacarığında olmayan Təhsil Nazirliyinin fəhlə kadrları hazırlığında məsuliyyət daşıyan strukturunun məmurları ANS-PRESS (Nazim Mustafayev) vasitəsilə ictimaiyyətə yalnış məlumat verməyə başladılar ki, güya “bu modeli təkcə Belorusiyada, Azərbaycanda və Rusiyanın bəzi regionlarında fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrində istifadə etməyə cəhd göstərdilər... və o iflasa uğradı”. Diletant məmurlar bu ağ yalanı təkrar etməkdə davam edirlər, baxmayaraq ki, Azərbaycan hökuməti Təhsil Nazirliyinin nəzdində texniki peşə təhsili eksperimental tədris-itehsalat birliyini Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin əsasında yaratmışdır. Və bu, SSRİ Dövlət Xalq Təhsili Komitəsinin Azərbaycan hökumətinə Təhsil Nazirliyi yaradılarkən Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin (dual təhsilin) müstəqil statusunun saxlanması barədə 24 fevral 1989-cu il tarixli xahiş məktubu ilə əlaqədar həyata keçirilmişdir. V.Putinin bəyəndiyi sagirdlərin dual təhsili modelinə yaxın modellə fəaliyyət göstərən bu struktur Rusiyanın texniki peşə təhsili sisteminin dirçəldilməsinin təməli oldu.
ANS-PRESS-dən Nazim Mustafayev, ümumiyyətlə, əgər jurnalist idisə, Təhsil Nazirliyinin məmurlarının təqdim etdiyi materialları araşdırmalı və bu materiallarla bizi tanış etməli idi. Lakin o bunu etməyi lazım bilmədi. Özünün “O bednom proftexe zamolvite slovo” başlıqlı məqaləsində nazirliyin yalanını “araşdırma” kimi təqdim etdi. Mais Məmmədov ANS-PRESS-in rəhbərlərindən biri, Mustafayevlərdən olan N.Mustafayevin həcv-məqaləsini müdafiə etdi. Həmin Mais Məmmədov ki, hələ SSRİ dövründə mərkəzi televiziyanın muxbiri olarkən Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin fəaliyyətini “Zaman” xəbərlər proqramında dörd dəfə işıqlandırmışdır. O, bizim tələbimizlə bu həcv-məqaləni lentdən çıxartdı, amma əvvəlcədən təhsil naziri Mikayıl Cabbarovu tanış etmək şərtilə bizim təkzib-məqalə dərc etdirmək tələbimizdən sonra o, nəinki bunu etmədi, hətta Nazim Mustafayevin lentdən cıxarılmış həmin həcv-məqaləsi ANS-PRESS-in lentində yenidən peyda oldu.
Bax beləcə, respublikanın texniki peşə təhsili jurnalistləri maraqlandırmır, onların bəziləri həqiqəti belə əsirgəyirlər, təki nazirin xoşuna gəlsin. Bu, ildən-ilə davam edir, xüsusən televiziyada. Orada texniki peşə təhsili barəsində verilişlər yumuşaq desək, ixtisaslı fəhlə kadrları hazırlayan sistemin uydurma uğurları haqda təhsil təsisatının məmurlarının fantaziyaları, ritorik yalanları əsasında həyata keçirilir.
Bunlar ona görə baş verir ki, bu verilişlər peşə məktəblərinin maddi-texniki bazasının vəziyyətini, tədris prosesinin təşkilini və onun fəalyyətinin başqa tərəflərini əks etdirən videomateriallarla təmin olunmur.
Yalnız bircə dəfə maddi-texniki bazasının dağılması üzündən ixtisaslı fəhlə kadrları hazırlamaq üçün heç bir imkanı olmayan peşə məktəbi haqqında materal göstərilmişdir. Bu, texniki peşə məktəblərinin real vəziyyəti haqqında məlumat verən yeganə hadisə oldu. Texniki peşə məktəblərinin böyük əksəriyyəti bu gündədir və bu cür video süjetlər yüz belə verilişlərə bəs edər və güya texniki peşə məktəblərində fəhlə kadrlarının müvəffəqiyyətlə hazırlanması üçün güclü maddi-texniki bazanın mövcudluğu haqda qoşulan mədhiyyələrə sərf olunan vaxt da bir o qədəq azalar.
Bakıya ixtisaslı inşaatçılar, tornaçılar, frezerovşiklər, quraşdırıcı-çilingərlər, elektriklər, neftçilər lazımdır. Amma texniki peşə məktəblərində bu mütəxəssisləri hazırlamaq üçün maddi-texniki baza faktiki olaraq dağıdılmışdır. Televiziyaçılara bu problemlərlə tanış olmaq və iqtisadiyyatın sənaye sahəsi üçün ixtisaslı fəhlə kadrlarının hazırlanmasının dayandırılmasının səbəbinə aydınlıq gətirməkdən ötrü onu müzakirəyə çıxarmağa nə mane olur? Verilişlər əvvəlcədən hazırlıq işləri görülmədən aparılır və aparıcılar müzakirə olunan problemlərlə tanış olmadıqlarndan onu, necə deyərlər, təmiz vərəqdən başlayırlar. Aparıcı burada iştirak edən təhsil təsisatı məmurlarının qarşısında köməksiz kimi görünür və bütün proses dialoq formasında deyil, güya ixtisaslı fəhlə kadrları hazırlayan sistemdə böyük uğurlar qazanmaları barədə bu məmurların monoloqu formasında gedir. Müzakirə edilən problemi öyrınmək həvəsində olmayan teleaparıcılar qeyri-ixtiyari olaraq məmurlarla birlikdə cəmiyyəti aldatmağın iştirakçısı olurlar. Bax beləcə, Təhsil Nazirliyi özünün əsasən yarıtmaz kadr siyasəti nəticəsində yaratdığı fəhlə kadrları hazırlığındakı iflas vəziyyəti jurnalistlərin vasitəsi ilə gizlədir.
Təhsil Nazirliyində fəhlə kadrları hazırlığı prosesi ilə texniki peşə təhsili şöbəsi məşğul olur. Bu struktur dövlət büdcəsi hesabına saxlanılır və bu sahədə işlərin vəziyyətindən asılı olmayaraq stabil maaş alır. Burada texniki peşə təhsili mütəxəssisləri faktiki olaraq yoxdur. Onun məmurları bacarıq və peşəkarlıqları nəzərə alınmadan təyin edilirlər və mütəmadi olaraq əvəzlənən rəhbərlər bu sahəyə uyğun gəlməyən şəxslərdən ibarət olur.
Məsələn, onlardan biri, Zülfüqar Abdullayev Azərbaycan Dövlət texniki peşə təhsili komitəsinin fəaliyyəti dövründə kənd məktəblərinin kuratoru olmuşdu. Həmin vaxtlar keçmiş Sov.İKP MK Partiya Nəzarəti Komitəsinin həyata keçirdiyi yoxlama kənd məktəblərinin fəaliyyətində görünməmiş çatışmazlıqlar aşkar etmişdir. Bu yoxlamanın nəticəsi olaraq Dövlət texniki peşə təhsili komitəsinin sədrinə şiddətli töhmət verilir, hökumət sədrinin müavini ciddi xəbərdarlıq alır, kənd məktəblərinin kuratoru Zülfüqar Abdullayev peşəsinə yaramayan kadr kimi təstiq edilir. Bununla belə, bu məmur Təhsil Nazirliyinin texniki peşə məktəblərinə nəzarət edən şöbəsinin rəhbəri olur və öz işinə, yuxarıda göstərilən yoxlamanın nəticəsində müsbət qiymət alan Bakının texniki peşə məktəblərini uğursuz kənd peşə məktəblərinin səviyyəsinə catdırmaqla başladı. Bakı texniki peşə məktəblərinin təlim emalatxanalarında Təhsil Nazirliyinin məmurlarının xeyir-duası ilə peşə məktəblərinin otaq və avadanlıqlarından istifadə edərək pul qazanan kənar firmalar fəaliyyət göstərməyə başladılar. Təlim emalatxanaları kənar firmalar tərəfindən tutulmuş bir çox peşə məktəblərində şagirdləri və təlim ustalarını emalatxanalara buraxmırlar. Bu “islahatlardan” şagirdlər və peşə məktəbləri deyil, işlərin bu şəkilə salınmasına göz yuman nazirliyin məmurları və peşə məktəblərinin direktorları xeyir götürürlər. Əksər peşə məktəblərində şagirdlərin ictehsalat təlimi prosesinin faktiki olaraq imitasiyası gedir. Zira, şagirdlər məhsul istehsal etmirlər və məhsuldar əməyə cəlb edilmirlər. Baxmayaraq ki, bunlar peşə hazırlığı üçün ən vacib vasitədir.
Zülfüqar Abdullayevi ehtiramla təqaüdə yola salandan sonra texniki peşə məktıblərinə nəzarət edən nazirliyin şöbəsinə fəhlə kadrları hazırlanması məsələləri ilə əvvəllər heç vaxt məşğul olmayan N.Məmmədov adlı şəxs başçılıq etdi. Bu məmur vəzifəsinin texniki peşə təhsilində təsbit edilmiş qayda-qanuna əməl etməməyə imkan verdiyini düşünərək sərsəm “ideya” ilə çıxış etməyə başladı ki, texniki peşə məktəblərinin inkişafı şagirdlərin istehsalat təlimi prosesi zamanı əldə olunan gəlirlərlə əlaqələndirilməməlidir. Bu, onunla izah olunur ki, onun tabeçiliyində olan sahənin fəaliyyətini analiz etmək üçün rəhbərə xas olan bacarığı olmadığından şagirdlərin fəhlə peşələrini mənimsəmələrinə imkan verə biləcək istehsalat təlimi prosesinə başçılıq etmək iqtidarında deyildir. Bu bəyanatı ilə N.Məmmədov faktiki olaraq şagirdlərin istehsalat təlimi prosesinin imitasiyasını bəyənərək himayə etdi. Belə ki, şagirdlər məhsul istehsal etmirlər və məhsuldar əməyə cəlb edilmirlər və bu səbəbdən də onlar təlim proqramını və fəhlə peşələrini mənimsəyə bilmirlər. Peşə məktəblərinin təlim emalatxanalarında onun icazəsi ilə kənar firmaların fəaliyyəti xeyli genişləndi. O, güya qəbul olunmuş qərar və qətnamələrin sayəsində sahənin nailiyyətləri haqqında yalan məlumatlar verərək, faktiki olaraq cəmiyyəti çaşdırmaqla məşğul oldu. Əslində isə həmin qərar və qətnamər yerinə yetirilmirdi.
Bu gün texniki peşə təhsilinə nəzarət edən nazirliyin şöbəsinə Samir Vəliyev başçılıq edir. O da fəhlə kadrları hazırlanması məsələləri ilə əvvəllər məşğul olmamışdır. Ona görə də əvvəlki rəhbərlərin dövründə olduğu kimi, indi də şagirdlərin istehsalat təlimi prosesinin imitasiyası gedir. Yenə də şagirdlər məhsul istehsal etmirlər və məhsuldar əməyə cəlb edilmirlər və bu səbəbdən də onlar təlim proqramını və fəhlə peşələrini mənimsəyə bilmirlər. Onun haqqında daha sonra deyiləcək.
...Təhsil Nazirliyinin texniki peşə məktəblərinə nəzarət edən şöbəsinin rəhbərlərinin də kadr siyasəti ziyanlı idi. Onlar tərəfindən texniki peşə məktəbləri haqqında əsasnamənin tələblərinə uyğun gəlməyən şəxslər direktor vəzifəsinə təqdim edilirdi. Əsasnamədə göstərilir ki, peşə məktəbinə təyin olunan direktorlar uyğun ali təhsilə və ən azı beş il mühəndis-pedaqoji staja malik olan şəxslər sırasından olmalıdır. Məsələn, Zülfüqar Abdullayeviin təqdimatı ilə texniki peşə məktəblərinin direktotları vəzifəsinə peşə məktəblərindən birinin xanım direktorunun qızı, oğlu, yaxın qohumu onun tövsiyəsi ilə direktor təyin edilmişdir. Yəqin ki, nazir duymaya bilməzdi ki, texniki peşə təhsili sistemində təhsil ocaqlarının bütöv bir qrupu heç də qərəzsiz olmadan “ailə podratına” verilir.

Peşə məktəblərinin spesifikaslndan, onun təlabat və ehtiyacından uzaq şəxslərin direktor təyinatı prosesi qərəzli aparılmaqda davam edir. Texniki peşə təhsilinə nəzarət edən şöbəyə rəhbərlərin, onlar tərəfindən isə məktəb direktorlarının seçilməsi fəhlə kadrları hazırlayan sistemin başlıca fəlakəti oldu. Məsələ burasındadır ki, bir-birinə yaxın fəhlə peşələri hazırlığı aparan ixtisaslaşdırılmış peşə məktəblərinə təyin edilmiş direktorlar orada qohum peşələr üzrə fəhlə hazırlığını dayandırıblar və mövcud maddi-texniki bazanı dağıdaraq tələbə qəbulunu öz bildikləri kimi, bir-birindən uzaq peşələr üzrə və əmək bazarının təlabatını nəzərə almadan aparırlar. İxtisaslaşdırılmış, eləcə də faktiki olaraq bütün texniki peşə məktəbləri “əsli-nəcabəti” bilinməyən bir şeyə, başqa sözlə, mutant peşə məktəblərinə çevriliblər. Faktiki olaraq maşınqayırma, neft, elektron sənayesi və başqa sahələr üçün aparılan fəhlə hazırlığı dayandırılmışdır. Öyrətmək üçün uyğun maddi-texniki bazanın yoxluğu şəraitində və təhsil ocağının öz profilinə heç də yaxın olmayan bir-birindən uzaq peşələr: aşpaz, bərbər, kompüter operatoru, mühasib, bufetçi, avtomobil təmiri üzrə çilingər ixtisasları üzrə şagird qəbulu aparılır.
Onları öyrətmək üçün lazımi şəraitin olmamasına baxmayaraq, bir belə fəhlə ixtisaslarını nəyin xatirinə “səpələyirlər”? Doğrudanmı, şahidlərin dediyi kimi, abituriyentlərdən nəsə çəkmək naminə fəaliyyətlərini belə qızğın surətdə genişləndirirlər? Axı bu proses Bakının bütün peşə məktəblərini bürüyüb! Zira, faktiki olaraq onların hamısında qəbulun böyük hissəsi əmək bazarının təlabatını on dəfələrlə üstələyən həmin göstərilən ixtisasların payına düşür. Bu peşə məktəblərində maddi-texniki bazanın olmamasından şagirdlərin istehsalat təlimi prosesinin imitasiyası gedir, anomal forma alıb, çünki ictimai-faydalı əməyə cəlb olunmurlar. Amma istisnasız olaraq bütün məzunlara güya ixtisaslı fəhlə peşəsinə yiyələndiyini təstiq edən sənəd verirlər. Peşə məktəblərinin çoxu birmənalı olaraq diplom satışı bazarina çevriliblər.
Mutant peşə məktəbləri şagirdlərin istehsalat təlimi prosesini təşkil etməyi bacarmadıqlarından onların ümumtəhsil hazırlığına istinad edirlər. Mutant peşə məktəblərində şagirdlərin hazırlıqlarının ümumi səviyyəsi ümumtəhsil hazırlığı üzrə imtahandan aldıqları qiymətlər ifadə edir - yalnız 28% materialı mənimsəyib. Texniki peşə məktəbləri respublika Təhsil Nazirliyinin tərkibində şagirdlərin nə umumi orta təhsilini, nə də şagirdlərin peşə hazırlığını həyata keçirməyə qadir deyil. Amma bacarıqsız fəhlə, potensial işsizlər hazırlamaq üçün dövlət xəzinəsindən vəsaitlərin sovrulması prosesi davam edir. Bugünkü texniki peşə məktəbləri de-yure mövcuddur, de-fakto əmək bazarının təlabatına uyğun ixtisaslı fıhlə kadrları hazırlayan təhsil ocaqları kimi fəaliyyətini dayandırmışdır. Səbəbi odur ki, orada Təhsil Nazirliyinin ləğv etdiyinə görə şagirdlərin dual təhsili modeli əvvəlki kimi fəaliyyət göstərmir.
Bu modelin olmaması Azərbaycan texniki peşə təhsilini elə vəziyyətə salmışdır ki, o əmək bazarının təlabatına uyğun ixtisaslı fəhlə kadrlarını hətta xarici təşkilatların köməyi ilə belə hazırlamaq bacarığında deyil.
2010-cu ilin sonunda Bakıda “Texniki peşə təhsili ocaqlarında lkin texniki peşə təhsili və təlimi milli strategiyasının” təqdimatı keçirilmişdir. Bu sənəd Avropa Birliyinin TASİS proqramı ilə maliyyələşdirilən “Azərbaycanın regionlarında texniki peşə təhsili və təlimi və yerlərdə tətbiqi sferasında reformalar” (AZVET) layihəsi çərçivəsində işlənib hazırlanmışdır. AZVET layihəsinin rəhbəri Enn Castisin sözlərinə görə, proqram tərəfdaşlıq və texniki peşə təlimi və fəhlə kadrları hazırlığı modelini həyata keçirmək yolu ilə “Azərbaycanda texniki peşə məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişafına” istiqamətlənmişdir. Əgər bu layihınin rəhbəri internetdəki materiallarla, müxtəlif KİV-də dərc edilmiş müxtəlif məqalələrlə tanış olsa idi, bilərdi ki, tərəfdaşlıq və texniki peşə təlimi və fəhlə kadrları hazırlığı modeli Bakının texniki peşə təhsili sistemində fəaliyyət göstərmişdir. Bu model - fəhlə kadrlarının birgə hazırlanması üzrə texniki peşə məktəbləri və müəssisələrin korporativ birliyi modeli idi və onu Təhsil Nazirliyi ləğv etmişdir. Və məqsədə uyğun olardı ki, AZVET layihəsinin rəhbəri Enn Castis nəzərdə tutulan proqramı yerinə yetirmək üçün onun təklif etdiyi modelə yaxın olan fəhlə kadrlarının birgə hazırlanması üzrə texniki peşə məktəbləri və müəssisələrin korporativ birliyi modelinin bərpasına səy göstərsin. Axı bu model fəaliyyət göstərsə, həm də məhsul istehsalçısı rolunda çıxış edən texniki peşə məktəbləri, şagirdlərin istehsalat təlimi prosesini məhsul istehsalı, əmək məhsuldarlığı əsasında müvəffəqiyyətlə təşkil edə bilər ki, bu da peşə təliminin və fəhlə kadrları hazrlığının səviyyəsini yüksəldər. Bu məhsulların satışından qazanılan vəsaitin hesabına isə onun bazasını inkişaf və təkmilləşdirmək olardı.
Bu nəticəyə istiqamətlənmiş AZVET layihəsinin rəhbəri Enn Castisin təklif etdiyi proqram baş tutmadı. Belə ki, sistemdə fəhlə kadrlarının birgə hazlrlanmasl üzrə texniki peşə məktəbləri və müəssisələrin korporativ birliyi modeli bərpa edilmədi. Uzun müddət keçib, amma şagirdlərin peşə təlimi səviyyəsi yüksəlməyib, bacarıqsız fəhlə hazırlığı davam edir. Müəssisələr, biznes strukturları bu çür fəaliyyət göstərən peşə məktəblərinə fəhlə hazırlamağı sifariş etmirlər. Və buna müvafiq olaraq bu cür mütəxəssis-fəhlə hazırlığını maliyyələşdirmirlər. Texniki peşə məktəbləri öz həyatını, müəssisələr, biznes strukturları isə öz həyatını yaşayırlar, onların yolları kəsişmir.
Təkcə bu yox, eləcə də Azərbaycan Təhsil Nazirliyinin xarici və beynəlxalq donor təşkilatları ilə əməkdaşlığı müsbət nəticə vermir, fəhlə kadrlarının hazırlıanması səviyyəsini heç olmasa bircə peşə üzrə də olsun yüksəltməmişdir. Xarici və beynəlxalq donor təşkilatlarının vəsaiti hesabına “sərsəm layihələrin hazırlanmasına” görə fəhlə kadrlarını hazırlayan sistem deyil, məmurlar qazanır.
“Texniki peşə təhsili islahatlar strategiyası” proqramı çərçivəsində British Council və AB-nin tövsiyəsi ilə Azərbaycanda İsmayıllı rayon mərkəzində peşə pilot məktəbi yaradılmışdır və orada turizm sahəsinə aid: bələdçi, aşpaz, ofisiant, barmen, turagent və başqa peşələr üzrə qəbul aparılır. Təhsil Nazirliyində ərz elədiklərinə görə, burada təlim yerli şəraiti nəzərə almaqla qərb sistemi üzrə aparılır. Bu, belədirmi? Faktiki olaraq bütün peşə məktəblərində aşpaz ixtisası üzrə şagird qəbulu aparıldığını nəzərə alaraq onların öyrədilmə prosesini misal olaraq analiz edək, görək həqiqətənmi deyildiyi kimi, həmin peşə məktəbində təlim yerli şəraiti nəzərə almaqla qərb sistemi üzrə aparılırmı? Bu, belədirmi?
Respublikanın bütün peşə məktəblərində olduğu kimi, bu təhsil ocağı da dövlət büdcəsi hesabına dolanır və istehsalat təlimi prosesinin təşkili üçün dövlət büdcəsindən ayrılan cüzi vəsaitə peşə öyrədilməsi üçün nəzərdə tutulan proqramın yalnız 10%-ni mənimsəmək mümkündür. Ona görə də proqramı tam mənimsəmək üçün bu peşə məktəbi təkcə onu edə bilər ki, gələcəyin aşpazlarını, barmenlərini və ofisiantlarını təlimin lap başlanğıc mərhələsində barlara, kafelərə, pestoranlara göndərsin. Bəs öz sənətinin əlifbasını bilməyənləri orada qəbul edərlərmi? Budurmu yerli şəraiti nəzərə almaqla qərb sistemi üzrə təlim aparılması?
Qəbələdə də oxşar proqram çərçivəsində yaradılmış turizm və otelçilik işi üzrə kadrlar hazırlayan rayon texniki peşə mərkəzində də aşpazların “təlim” prosesi bu cür həyata keçirilir.
***
Bazar iqtisadiyyatında aşpazlığı öyrənən şagirdlərin müvəffəqiyyətli istehsalat təlimini yalnız onların hazırladıqları məhsulların realizasiyası və müştərilərə ödənişli xidmət göstərməklə öz xərcini çıxarma prinsipi ilə həyata keçirmək olar. Aşpazlığı öyrədən texniki peşə məktəblərinin məhsul hazırlanması və satışını mümkün edə biləcək maddi-texniki bazasının necə olmasını Təhsil Nazitliyinin və peşə məktəblərinin rəhbərlərinə izah etmyə cəhd edək. O, avadanlıqlarla hətta yaxşı təchiz olunmuş yalnız bircə kulinar emalatxanası ilə məhdudlaşdırıla bilməz. Məsələ burasındadır ki, gələcəyin aşpazı üçün istehsalat təlimi proqramında şagirdin yüzdən çox fərqli xörəklər, salatlar və başqa cürbəcür kulinar məmulatların hazırlaması nəzərdə tutulur. Həm də bunun üçün balıq, quş və heyvan ətləri, meyvələr, tərəvəzlər və bir çox başqa ərzaqlar istifadə olunur. Və əgər bir qrupda 20 şagird oxuyursa, onda iki minə qədər yuxarıda adı çəkilən məhsullar hazlamalıdır. Peşə məktəbinin cüzi büdcəsi bütün bunları almağa imkan vermir. Ona görə də şagird aşpazların müvəffəqiyyətli istehsalat təlimini onların hazırladığı məhsulların satılması yolu ilə yalnız öz xərcini çıxarma prinsipi əsasında həyata keçirmək mümkündür. Əldə edilmiş vəsaitə lazımi miqdarda ərzaq alıb istehsalat təlim proqramı çərçivəsundə nəzərdə tutulmuş müxtəlif çeşiddə məhsul hazırlanar. Daha əhəmiyyətlisi odur ki, əldə edilmiş gəlirin hesabına ödənilən əmək haqqı şagirdəri həvəsləndirəcək. Bu isə aşpaz hazırlayan peşə məktəbi özünün təsərrüfat hesablı kafe, yeməkxana, firma mağazası, bar və bu kimi başqa müəssisələrini yaratması ilə mümkündür. Bazar münasibətləri sahəsində özünün möhürü və bankda hesabı olan təsərrüfat hesablı bu və başqa texpeşə müəssisələrinin yaradılmasına yol açar. Onlar peşə məktəbləri ilə korporativ birlikdə birləşərək şagird aşpazların istehsalat təlimi prosesini birgə təşkil etmək üçün peşə məktəblərinin köməkçisi olaçaqlar. Sahənin yalnız bu fəaliyyət modeli ixtisaslı fəklə kadrları hazırlaya bilər.
Texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin münasibətlərini tənzimləmək üçün, belə deyək, menecer xidməti olmalıdır. Bu, Bakı tədris- istehsalat birliyi idi. Lakin Təhsil Nazirliyi onu ləğv etdi. Bununla birlikə o şagirdlərin dual təhsil modelini ləğv etmiş oldu, həmin model ki, Rusiyanın regionlarında maraq oyatmışdır. Bizim təhsil təsisatında isə özlərinin heç yerə aparan yolları ilə getməyə qərar verdilər. Məsələn, əvvəllər maşınqayıranlar üçün tornaçılar, frezerovşiklər, quraşdırıcı çilingərlər hazırlayan peşə məktəbinin (Buzovna) bu gün maddi-texniki bazasını dağıdıblar və orada aşpaz peşəsi üçün qəbul aparılır. Burada da özlərinin təsərrüfat hesablı kafe, yeməkxana, firma mağazası, bar və bu kimi başqa yeyinti və satış obyektlərini yaratmadılar və şagird aşbazların istehsalat təlimi prosesi öz xərcini çıxarma yolu ilə aparılmır, zira, onlar məhsul istehsal və realizasiya etmirlər. Nəticə etibarı ilə aşpaz hazırlayan bütün peşə məktəblərində olduğu kimi, burada da onları seçdikləri peşənin əlifbasını mənimsəmədən yeyinti məntəqələrinə göndərirlər.
12 saylı peşə məktəbində də aşpaz peşəsi üzrə qəbul aparılır. Halbuki bu peşə məktəbi vaxtilə neft və maşınqayırma sənayesinə fəhlə kadrları hazırlamaq üçün ixtisaslaşdırılmışdır. Gələcəyin tornaçılarını, frezerçilərini, çilingər-quraşdırıcılarını, elektrik qaynaqçılarını hazırlamaq üçün onun kifayət qədər yaxşı təchiz olunmuş maddi-texniki bazası var idi. Onlar bu bazada tədris prosesi dövründə vertikal və stolüstü burğu dəzgahları, didici-cilalayıcı, rəndələyici dəzgahlar, xalçatoxuyan dəzgahlar, çilingər dəzgahı, dairəvi mişar, elektrik qaynaqçıları üçün təlim kabinələri və başqa məmulatlar hazırlayaraq peşə vərdişlərini dərindən mənimsəyirdilər. Amma bu gün bu maddi-texniki baza dağıdılmış, təcrübəli mühəndis-pedaqoji işçilərin hərəsi bir tərəfə səpələnmişdir. Burada da özlərinin təsərrüfat hesablı yeməkxana, kafe, firma mağazası və bu kimi başqa yeyinti və satış obyektlərini yaratmadılar və şagird aşpazların istehsalat təlimi prosesi öz xərcini çıxarma prinsipi ilə aparılmır, zira, onlar məhsul istehsal edib satmırlar. Əgər kulinar emalatxanası bahalı avadanlıqlarla təchiz edilibsə də, onlar yalnız gələn qonaqlara göstərmək üçün istifadə edilir, vəssalam. Elit texniki peşə məktəbləri adlandırılan mutant peşə məktəblərində aşpazların “öyrədilməsi” bax bu cür aparılır. Bax beləcə, maşınqayırma sənayesinə fəhlə kadrları hazırlamaq üçün ixtisaslaşdırılmış texniki peşə məktəbləri Təhsil Nazirliyinin buyruğu ilə aşpaz hazırlamaq üçün “ixtisaslaşdırılır”.
Aşpazların “öyrədilməsi” prosesi Azərbaycan Təhsil Nazirliyinin himayəsi altında hazırlanan başqa peşələrin öyrədilməsi prosesinin durumunu göstərir. Minimum peşə proqramını mənimsəmək üçün kifayət etməyən istehsalat təlimi prosesinin təşkil olunmasına ayrılan həmin cüzi dövlət büdcəsi vəsaiti və şagirdlərin istehsalat təlimi prosesini məhsul istehsalı və realizasiyası yolu ilə öz xərcini çıxarma prinsipi əsasında təşkil edə bilmək bacarığının olmaması. Bu, Azərbaycan Təhsil Nazirliyinin özünün ləğv etdiyi sahədə tədris prosesinin burgə təşkil olunması üzrə texniki peşə məktəbləri və tərəfdaş müəssisələrin korporativ birliyinin olmamasının nəticəsidir. Necə ki, şagird aşpazlar da seçdikləri sənətin əlifbasını öyrənə bilmirlər. Təhsil Nazirliyi tərəfindən dövlət xəzinəsi vəsaitlərinin havaya sovrulması hesabına bax beləcə, bacarıqsız fəhlələr - potensial işsizlər hazırlanır. Təhsil Nazirliynin və texniki peşə məktəblərinə nəzarət edən nazirliyin şöbəsinin rəhbərləri fəhlə kadrları hazırlayan sistemin problemlərini həll etməyə qadirdilərmi?
Hələlik isə təhsil naziri Mikayıl Cabbarov yalnız ərz edir - biz məzunları peşə təhsili almağa istiqamətləndirəcyik. Belə ki, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyytına professional kadrlar lazımdır. Amma Təhsil Nazirliyi nəinki verdiyi sözü həm də Prezident İlham Əliyevin respublika gənclərlərinin nümayəndələri ilə görüşündə yaradılan yeni, mütərəqqi texnologiyaya malik müəssisələr üçün peşəkar kadrların hazırlanması tələbini yerinə yetirmir. Təhsil Nazirliyi bu tapşırığı və öz verdiyi sözü yerinə yetirmək üçün peşə məktəblərində maşınqayırma, elektron sənayesi, industriya sahəsi üçün fəhlə kadrlarının hazırlanmasına şəraitin yaradılmasından başlamalı idi, zira, bu sahələr üçün fəhlə kadrlarının hazırlanması dayandırılmışdır. Lakin əvvəllər bu sahələr üzrə fəhlə kadrları hazırlayan texniki peşə məktəblərində şagird qəbulu aşpaz peşəsi üzrə aparılır.
Nazirliyin şöbə müdiri Samir Vəliyev isə bu gün və ondan əvvəlkilərin dövründə də olmuş biabırçı çatışmazlıqların aradan qaldırılması üçün indiyə qədər heç nə etməmişdir. O, öz xələflərinin metodu ilə onlar kimi məktəblərə direktorlar təyin etmək üçün tövsiyə verməklə məşğul olur.
Təhsil Nazirliyinin və texniki peşə məktəblərinə nəzarət edən nazirliyin şöbəsinə rəhbərlərin seçilməsi necə həyata keçirilir? Doğrudur, üç təhsil təsisatını bir təsisatda birləşdirib orta və peşə məktəblərini, texnikumları, ali məktəbləri, uşaq bağçalarını bir yerə yığdıqdan sonra yaranmış təsisata - Təhsil Nazirliyinə tabeçilikdə olan bütün müəssisələrin fəaliyyəti ilə tanış olan rəhbər seçmək əlbəttə ki, çətindir. Buna görə də təhsil nazirləri onlara göstərilən etimadı faktiki olaraq doğrultmadılar. Amma nazirliyin bir şöbəsinə, yalnız bir sahəyə - fəhlə kadrları hazırlayan sahəyə əvvəllər həmin sahənin problemləri ilə məşğul olmayan birisini rəhbər təyin etmək birbaşa təhsil nazirinin ziyanlı kadr siyasətidir. Nəinki texniki peşə məktəblərinə nəzarət edən nazirliyin şöbəsinə əvvəllər həmin sahənin problemləri ilə məşğul olmayan Samir Vəliyevi rəhbər təyin edilməsi, eləcə də aralıq ixtisaslara mütəxəssislərin təyin edilməsi də istisna olmadı. Ehtimal olunur ki, Vəliyevə edilmiş bu hədiyyənin davamı olacaq - Rusiyadakı kimi eyni vaxtda həm fəhlə kadrları hazırlığı, həm də aralıq ixtisaslara mütəxəssislərin hazırlığını həyata keçirən, bununla da V.Putinin xilas etmək istədiyi texniki peşə təhsilini böhran vəziyyətinə gətirib çıxaran kolleclərin yaradılması.
Fəhlə kadrları hazırlayan sahədə bu vakxanaliya Azərbaycanda fəhlə kadrlarının hazırlanmasına hər kəsin biganə yanaşmasının nəticəsidir. Məsələn, biz fəhlə kadrlarının hazırlığındakı böhran vəziyyət və böhrandan mümkün çıxış yollarını əks etdirən materialları (məqalələri) dəfələrlə Milli Məclisə təqdim etmişik. Materiallar bir sıra deputatların “facebook” səhifələrində də yerləşdirilmişdir. Bütün hallarda onlar cavabsız qalmışdır. Amma Rusiyanın Dövlət Dumasına texniki peşə təhsilinin bərpası üzrə göndərdiyimiz materiallara bizim Milli Məclisdən fərqli olaraq Dövlət Dumasının Təhsil komitəsinin sədri V.A.Novikov cavab verdi: “Dövlət Dumasının Təhsil komitəsi texniki peşə təhsilinə böyük diqqət ayırır. Mövqeyinizi bildirdiyinizə və qeyri-biganəlik göstərdiyinizə görə Sizə minnətdaram. Sizin fikirləriniz nəzərə alınmışdır”.
Bu məqalə respublikada iflas vəziyyətinə gətirilmiş fəhlə kadrları hazırlayan sahənin vəziyyətinin tədqiq edilməsinin başlanğıcı, öz xələfləri kimi əvvəllər həmin sahənin problemləri ilə məşğul olmayan Samir Vəliyevin nazirliyin fəhlə kadrları hazırlanmasına nəzarət edən şöbəsinə hancı əsaslarla rəhbərlik etməsinin aşkara çıxarılması və bunu ictimaiyyətin diqqətinə çatdırılmasıdır.
Prezident V.Putin texniki peşə təhsilini böhrabdan çıxarmağı və Rusiyada onu dirçəltməyi öhdəsinə götürmüşdür. Onun təklif etdiyi intibah modeli keçmiş Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin tərkibində fəaliyyət göstərən şagirdlərin dual təhsil modelinə yaxındır. İndi söz Azərbaycanındır, fəhlə kadrları hazırlayan sistemdə gənclərimizin seçdikləri sənət üzrə ixtisas almaq kimi Konstitusiya haqlarını pozaraq şikəst edilməsinə itaətkarcasına tamaşa etməyə son qoyulmasının vaxtıdır.
Təhsil Nazirliyinin tərkibində fəhlə kadrları hazırlayan sahənin gələcəyi yoxdur, zira, burada texniki peşə təhsili mütəxəssisləri yoxdur, onlar bu təsisatı tərk ediblər. Belə ki, texniki peşə təhsilinin problemlərinin həll edilməsi haqda təklif və ideyaları Təhsil Nazirliyinin peşə təhsili məsələlərində səriştəsiz məmurlarının yaratdığı qalın səddən keçirmək çöx şətindir. Burada texniki peşə təhsil sistemində təsbit edilmiş qayda-qanuna əhəmiyyət verilmir, reallığa deyil, fantaziyaya söykənən “ideyalar” tətbiq edilir.
Nəhayət, başa düşməyin vaxtıdır ki, nə texniki peşə məktəblərini idarə edən strukturun özünün, nə də rəhbərlərinin dəyişdirilməsi Təhsil Nazirliyinin tərkibində texniki peşə təhsilinin dağılmasını dayandıra bilməz... Fəhlə kadrları hazırlayan sahəni yalnız onu Təhsil Nazirliyinin tərkibindən çıxararaq dövlət texniki peşə təhsili tədris-istehsalat korporasiyası kimi sərbəst şəkildə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yaxud da başqa bir təsisatın tərkibində fəaliyyət göstərməsini təmin etməklə mümkündür. O, təsərrüfat hesabına öz xərcini çıxarma prinsipi ilə şagirdlərin texniki peşə təhsilinin bütün prosesini öz üzərinə götürər. Texniki peşə məktəbləri tədris-istehsalat ocağı olaraq bazar münasibətləri şəraitində tədris-istehsalat sahəsi (korporasiyası) kimi fəaliyyət göstərən strukturun bir bəndi olaraq işləyə bilər. Bu haqda daha sonra.

Рафик Алиев

Copyright © 2009 Azerin LLC