Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


01.09.2015

"Əyri oturub düz danışaq"


Təhsil Nazirliyi peşə təhsili sisteminin yenidən qurulması və işəgötürənlərin tələblərinə cavab verən, əmək bazarında dəyişən şəraitə çevik və adekvat təklif verməyə qadir, eyni zamanda ölkə sənayesininin əsas sahələrinin, eləcə də orta və kiçik müəssisələrin ixtisaslı kadrlara olan tələbatını ödəmək üçün Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifini irəli sürmüşdür.
Əfsuslar oslun ki, Təhsil nazirliyi texniki peşə təhsilinin ikişafı üzrə öz təklif və təşəbbüslərini geniş mütəxəssis dairələrində müzakirə etmədən cəmiyyətə anons və şüar şəkilində təqdim edir. Hesab edirəm ki, bu təşəbbüs də təstiq üçün respublika hökumətinə təqdim olunana qədər geniş şəkildə müzakirə edilməli idi. Elə mən də bunu edirəm.
Təxminən bu fikirləri Təhsil naziri M. Cabbarov nazir postunda təzəcə fəaliyyətə başlayarkən demişdir: “Biz məzunları peşə təhsili almağa istiqamətləndirəcyik. Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyytına professional kadrlar lazımdır. Azərbaycana ən müasir və ən yeni texnologiyalar gərirmək, yüksək bilik və təcrübə tətbiq etməklə buna nail olmaq olar”. Amma nəinki onun bu vədi yerinə yetirilmir. Eləcə də prezidentin respublika gəncləri ilə görüşündə Azərbaycan texniki peşə təhsilinin qarşısında qoyduğu yaradılan və istismara verilən mütərəqqi texnologiyaya malik müasir sənaye müəssisələri üçün zəruri ixtisaslara malik müasir peşəkar kadrların hazırlanması tapşırığı da yerinə yetirilmir. Bundan başqa texniki peşə məktəblərində maşınqayırma, elektron, energetika sənayesi, iqtisadiyyatın sənaye sahəsi üçün kadr hazırlığı faktiki olaraq dayandırılmışdır.
Təhsil nazirliyində texniki peşə təhsili mütəxəssislərinin faktiki olaraq yoxluğu şəraitində Dövlət agentliyi texpeşənin yığılıb qalmış bir çox başqa problemlərini həll edə biləcəkmi? Təhsil nazirliyində reallığa deyil, çox baxt fantaziyalara əsaslanan “təşəbbüslər” texpeşəni ziyana və ya sıfır nəticəyə aparır.
Məsələn, təşəbbüslərdən biri texniki peşə məktəblərinin məzunlarının işlə təmin edilməsi üçün işə götürənlərlə birgə planlaşdırılması üzrə tədbirlər paketinin hazırlanması və hökumətə təqdim edilməsi idi. Bu iş müvəffəqiyyət qazanmadı və təhsil nazirliyinin tərkibində fəaliyyət göstərən texniki peşə məktəbləri ilə müəssisələrin yolları indiyə qədər kəsişmir.
Məsələ burasındadır ki, sosialist iqtisadiyyatı şəraitində şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üçün texniki peşə məktəblərinə baza müəssisələri təhkim edilirdi. Baza müəssisələri şagirdlərə istehsalat təcrübəsi keçmək, bununla da əmək haqqı qismində qazanc əldə etmək üçün öz obyektlərində şərait yaradırdılar. Təhsilin sonunda isə işlə təmin edirdilər. Bazar iqtisadiyyatı şəraitində isə texniki peşə məktəbləri ilə müəssisələr (biznes strukturları) arasında münasibətlər başqa cürdür, onlar peşə məktəbləri şagirdlərini öz obyektlərində xilas etməyə (təhsilini axıra çatdırmağə) boyun olmurlar və şagirdlərin peşə təlimi prosesini birgə təşkil etməyi yalnız qarşılıqlı iqtisadi mənfəət əsasında həyata keçirə bilərlər. Lakin bu, texniki peşə məktəblərində hüquqi şəxs statusunda təsərrüfat hesablı müəssisələri, tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxana və başqa bölmələri olan tədris-istehsalat bazası yaratmaqla mümkündür. Bax Bakı texniki peşə təhsili tədris-istehsalat birliyinin (şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üçün texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin korporativ birliyi) fəaliyyəti dövründə Bakının əksər texniki peşə məktəblərində bu yaradılmışdır.
Bakının texniki peşə məktəblərinin tədris emalatxanaları müəssisələrin filialları kimi istifadə edilirdi və onların sifarişi ilə şagirdlər orada məhsul istehsal edirdilər. Öz sifarişlərini yerləşdirməklə onlar filialları lazımi avadanlıqlarla təchiz edirdilər. Müəssisələr bununla şagirdlərin istehsalat təlimlərinə sərf olunan vəsaitin bir hissəsini öz üzərlərinə götürməklə fəhlə kadrlarının hazırlanmasına nüfuz edirdilər.
Burada şagirdlərin istehsalat təlimi təsərrüfat hesabı və özünümaliyyə əsasında həyata keçiriliddi və şagirdlərin bu fəaliyyətindən əldə olunan vəsaitin bir hissəsi texniki peşə məktəblərinin və sahənin maddi-texniki bazasının möhkəmləndirinməsi üçün avadavlıqların alınmasına sərf olunurdu.
Bu gün sagirdlərin istehsalat təlimi maddi-texniki bazası acınacaqlı həyat keçirir və buna görə də peşə məktəbləri və müəssisələr əvvəlki qarşılıqlı iqtisadi faydalı əsaslarla göstərdikləri birgə fəaliyyəti dayandırıblır.
Fəhlə kadrları hazırlayan sistemin böhran vəziyyətinə düşməyinin əsas səbəbi “texniki peşə məktəbləri və liseyləri haqqında “ əsasnamənin məzmunua yenidən baxılması haqda Təhsil nazirliyinin “təşəbbüsü” oldu. Əvvəlki əsasnamədəki “texniki peşə məktəbləri başqa tədris ocaqları və müəssisələri ilə birlikdə tədris-istehsalat, tədris-ticarət-istehsalat firmaları, birlikləri, şagirdlərlə işçilərin başqa formada əmək assosiasiyalını yarada bilərlər” bəndi bu əsasnamədən çıxarılmışdır.
Həmin dövrdən Təhsil nazirliyi fəhlə kadrları hazırlayan sistemdə şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üçün texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin korporativ birliyi modeli fəaliyyətini dayandırmışdır. korporativ birliyin tərkibinə daxil olan texniki peşə məktəblərinin təsərrüfat hesablı tərəfdaş müəssisələri ləğv edildilər. Hansı ki, bu müəssisələr peşə məktəbləri ilə birlikdə şagirdlərin peşə təlimi prosesini məhsul istehsalı və əmək məhsuldarlığı əsasında təşkil edirdilər. Təsərrüfat hesablı müəssisələr şagirdlərin tədris emalatxanalarında hazırlamalı olduqları malların texniki sənədlərini tərtib edir, tədris emalatxanalarını sifarişlərlə təmin edir və bu sifarişlərin yerinə yetirilməsi üçün peşə məktəbləri ilə sifarişçi müəssisə arasında vasitəçi qismində çıxış edirdilər.
Təhsil nazirliyinin bu “təşəbbüsünün” tətbiqi nəticəsində texniki peşə məktəbləri şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil edilməsi üzrə tərəfdaşsız qaldılar, təkbaşına və köməksiz hərəkət etməyə məcbur edildilər. Həmin dövrlərdən peşə məktəblərində şagirdlərin peşə təlimi prosesinin imitasiyası gedir, anormal formaya salınıb. Şagirdlər ictimai-faydalı əməyə cəlb edilmirlər ki, bu da onların fəhlə peşələrinə yiyələnə bilməməsinə gətirib çıxarmışdır.
Bazar iqtisadiyyatında fəhlə kadrlarının hazırlanması prosesini lazımi səviyyədə təkbaşına təşkil etmək peşə məktəbləri üçün çox çətindir. Çünki şagirdlərin hazırlayacağı məhsullar üçün sifarişçilərin axtarışı, texniki sənədlərin işlənib hazırlanması, buraxılan məhsulların realizasiyası üçün müştəri tapılması və bu kimi çoxlu problemləri həll etmək əlbətdə ki, çox mürəkkəb işdir.
Əmək bazarının tələbinə uyğun ixtisaslı fəhlə kadrlarının hazırlanması prosesini təşkil etmək yalnız fəhlə kadrlarını hazırlayan sistemdə şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üzrə texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin korporativ birliyi modelini bərpa etməklə mümkündür. Təhsil nazirliyi öz “təşəbbüsü” ilə bu modeli də ləğv etdi və İqtisadi İnkişaf nazirliyinin təqdim etdiyi şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üzrə texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin korporativ birliyi layihə modelini diqqətdən kənar saxladı.
Bazar iqtisadiyyatında fəhlə kadrlarını hazırlayan sistem sənayenin əsas sahələrinin, eləcə də ölkənin orta və kiçik müəssisələrinin ixtisaslı kadrlara olan təlabatını ödəmək üçün texniki və peşə təhsili ocaqlarının potensialını yalnız şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üzrə texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin korporativ birliyi modeli kimi fəaliyyət göstərərək gücləndirə bilər. Bunun alternativi yoxdur. Azərbaycan Təhsil nazirliyinin özü isə ictimaiyyətə başa salmağa borclidur ki, təklif olunan “Texniki peşə təhsili Agentliyi” nədir, bu fəhlə kadrlarını hazırlayan sahənin yeni adıdır, yoxsa ona calaqdır?
Əgər bu fəhlə kadrlarını hazırlayan sahənin yeni adıdırsa, Qırığızstanda yaradılan və Təhsil nazirliyinin tərkibindən çıxarılan texniki peşə təhsilinin bu cür Agentliyinin fəaliyyəti effektsizdir . Belə ki, orada da şagirdlərin texniki peşə təhsili prosesi Azərbaycanda olduğu kimi yalnız dövlət büdcəsinin hesabına aparılır. Əgər o, fəhlə kadrları hazırlayan sahəyə əlavə bir calaqdırsa, onda o yalnız məcləhət verməlidir. Amma Təhsil nazirliyində faktiki olaraq texniki peşə təhsili mütəxəssisləri olmadığından bu məsləhətlər çox güman ki, reallıqlara deyil, fantaziyalara əsaslanaraq veriləcəkdir.
Texniki peşə təhsili Dövlət Agentliyi sənayenin əsas sahələrinin, eləcə də ölkənin orta və kiçik müəssisələrinin ixtisaslı kadrlara olan təlabatını ödəmək üçün texniki və peşə təhsili ocaqlarının potensialını yalnız onun strukturunu şagirdlərin peşə təlimi prosesini birlikdə təşkil etmək üzrə texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin korporativ birliyi kimi fəaliyyət göstərən modeli şəkilində yaratmaqla gücləndirə bilər. Bu zaman o, Təhsil nazirliyinin tərkibində deyi, məsələn, Əmək və Əhalinin Sosil Müdafiəsi nazirliyinin tərkibində olmalıdır.
Əks halda nazirliyin bu təşəbbüsünün nəticəsi də bundan əvvəlki təşəbbüslərinin nəticəsi kimi olacaq. Bu arada isə göstərilən təşəbbüslər Təhsil nazirliyinə fəhlə kadrları hazırlayan sistemi hələ də Təhsil nazirliyinin tərkibində xilas edilməsinin mümkünlüyünə cəmiyyətə yalançı ümidlər sırımaq üçün lazımdır, baxmayaraq ki, sistem ardıcıl olaraq ildən ilə dağılır. Texniki peşə təhsili Dövlət Agentliyini Təhsil nazirliyinin məmurları - texpeşə diletantlatı deyil, texniki peşə təhsili mütəxəssisləri yaratmalıdır.


Рафик Алиев

Copyright © 2009 Azerin LLC